02 Noyabr 2024 09:15
358
İQTİSADİYYAT
A- A+
Payız həm də əkin mövsümüdür

Payız həm də əkin mövsümüdür


Biləsuvarlı fermerlər taxıl səpinini sürətləndirirlər


Payızdır - barlı-bəhərli payız. İndi həm də kənd adamlarının üzünün güldüyü, eyninin açıldığı fəsildir. Məhsul yığımı dövrüdür axı... 

Pambıq tarlaları da səs-küylüdür. Yaşıl rəngli "Conder" markalı maşınlar dayanmaq bilmədən işləyir, qoşqulu traktorlar yığılan pambığı tədarük məntəqələrinə daşıyır. Lakin sahələrdə iş bununla bitmir. Payız həm də əkin fəsli olduğundan fermerlər bu işi də optimal müddətdə başa çatdırmağa çalışırlar. Bir tərəfdə şum qaldırılır, digər tərəfdə torpağa mala çəkilir, başqa bir tərəfdə isə toxum səpilir. 

Kənd təsərrüfatında bütün işlər kimi, taxıl səpini də böyük diqqət tələb edir. Gərək şumdan tutmuş məhsul yığımınadək hər bir aqrotexniki tədbiri vaxtında və keyfiyyətlə görəsən. Biləsuvar rayonunun fermerləri bu işdə zəngin təcrübəyə malikdirlər. Cari il biləsuvarlılar 32 min 324 hektar sahənin hər hektarından 28 sentner arpa və 32,2 sentner buğda biçmişlər. Muğan şəraiti üçün bunlar yaxşı göstərici hesab olunur. Taxıl əkən fermerlər hazırda gələn ilin məhsulunun əsasını qoyurlar. Onlar hələ yay aylarında kifayət qədər yüksək reproduksiyalı elit toxum tədarük etmişlər. Bunun üçün heç də uzağa getməmişlər. Payondakı toxumçuluq təsərrüfatları onlara yaxından kömək göstərmişlər. 

Rayon üzrə gələn ilin məhsulu üçün təxminən keçən ildəki qədər, yəni 32 min hektarda arpa və buğda əkilməsi nəzərdə tutulur. Artıq 5 min hektarda "Cəlilabad-19", "Qarabağ-22", "Dəyanətli" sortlarından olan arpa toxumu səpilmişdir. Əkinə 204 şum traktoru, 86 toxumsəpən aqreqat, 87 mala və 116 kotan cəlb edilmişdir. Texnikalar vaxtında saz hala gətirildiyindən iş prosesində, demək olar ki, ləngimələr yoxdur. 

Biləsuvarda təcrübəli, işgüzar fermerlər çoxdur. Onlardan biri də Lətif Cəfərovdur. Yaşının 85-i keçməsinə baxmayaraq, cavanlardan heç də geri qalmır. Lətif kişi deyir ki, ağlı kəsəndən kənd təsərrüfatı sahəsində çalışır. Kolxoz zamanı uzun müddət aqronom, briqadir vəzifələrində çalışıb. Odur ki, yüksək məhsul götürməyin şərtlərini bilir. Bilir ki, növbəli əkinin tətbiqi, məhsuldar və sağlam toxum əkilməsi, aqrotexniki tədbirlərin düzgün aparılması, gübrələrin normada nəzərdə tutulduğu qədər verilməsi, suvarmanın, alaq otlarına və ziyanvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında həyata keçirilməsi bol məhsulun qaçılmaz tələbləridir. Elə ona görədir ki, bu qocaman fermer oğlanlarının köməyi ilə əkib-becərdiyi taxıl və pambıq sahələrindən hər il yüksək məhsul əldə edir. 


S.CAVADOV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!