10 Oktyabr 2024 09:20
4461
Səhiyyə
A- A+
Payız gəldi, qrip gəldi...

Payız gəldi, qrip gəldi...


Mövsümi xəstəliklərə daha çox immun sistemi zəif olanlar yoluxur 


Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.  

Bu fəsildə daha çox rast gəlinən xəstəliklərə qrip (influenza), respirator virus infeksiyaları, bronxit, tonzillit və hətta koronavirus kimi tənəffüs yolları infeksiyaları daxildir.

Xəstəliklərin artmasının əsas səbəbi havanın temperaturunun aşağı düşməsi, bu hava şəraitinə uyğun infeksiyaların üstünlük qazanması və insanların qapalı mühitlərdə daha çox vaxt keçirməsi ilə bağlıdır. Viruslar qapalı məkanlarda daha sürətlə yayıldığı üçün yoluxma riski artır.


Əksər respirator xəstəliklər tənəffüs yollarına təsir göstərir


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Aişə Kərimovanın sözlərinə görə, son günlər payız fəslinin başlanması ilə birlikdə respirator virus infeksiyalarında artım müşahidə olunur: "Qrip virusu və digər respirator infeksiyalar xüsusilə yeni dərs ilinin başlaması və insanların iş yerlərinə geri qayıtması ilə daha sürətlə yayılmağa başlayır. Bu günlərdə tibb müəssisələrinə müraciətlərdə bu infeksiyalara bağlı halların çoxaldığını görürük. Mövsümi xəstəliklərə daha çox uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar yoluxurlar. Uşaqların immun sistemi hələ tam inkişaf etmədiyindən və məktəb, uşaq bağçası kimi yerlərdə bir-biriləri ilə sıx təmasda olduqları üçün onlar daha həssasdırlar. Yaşlılar isə bədənin immun cavabının zəifləməsi səbəbindən xəstəliklərə daha çox meyillidirlər. Eyni zamanda astma, şəkərli diabet və ürək-damar xəstəlikləri kimi xroniki xəstəlikləri olanlar infeksiyalara qarşı daha zəif olurlar".

Əksər respirator xəstəliklərin əsasən tənəffüs yollarına təsir göstərdiyini qeyd edən həkim-infeksionist bildirib ki, əlamətlər arasında burun axıntısı, boğaz ağrısı, öskürək, baş ağrısı, yüksək hərarət, bədən ağrıları və halsızlıq müşahidə olunur. Qrip hallarında daha yüksək hərarət, kəskin baş və əzələ ağrıları önə çıxır. Digər respirator virus xəstəliklərinin bir çoxu isə, adətən, daha yüngül əlamətlərlə özünü göstərir.


Zəncirvari yoluxmanın qarşısı alınmalıdır


Yoluxmanın qarşısını almaq üçün bir neçə vacib addım atılmalıdır. Aişə Kərimova deyib ki, bunların sırasında ilk növbədə mütəmadi əl yumaq və gigiyenik qaydalara riayət etmək dayanır: "Xüsusilə insanlarla sıx təmasda olan zaman əllərin sabunla yuyulması və ya dezinfeksiyaedici məhlullarla təmizlənməsi vacibdir. Həmçinin qripə qarşı peyvənd olmaq infeksiyanın qarşısını almağın effektiv yollarından biridir. Ölkəmizdə poliklinik xidmətlər çərçivəsində bu peyvənd əhaliyə təklif edilir. İldə bir dəfə payız mövsümünün başlanğıc dövründə immuniteti zəif olan insanlar peyvəndlənməlidir. Hər il həmin ilin ştamına uyğun peyvənd istehsal edilir. Hamilələrin, yaşlıların, 6 aydan böyük uşaqların xüsusən həssas qrup olaraq peyvənd etdirmələrində fayda vardır. Eyni zamanda qapalı və sıx məkanlarda maska taxmaq, sosial məsafəni qorumaq və otaqları havalandırmaq da yoluxma riskini azaldır".

Zəncirvari yoluxma, yəni bir nəfərin bir neçə başqa insana virusu yayması tənəffüs yolu infeksiyalarında çox yüksəkdir. Həkim-infeksionistin sözlərinə görə, qrip və koronavirus kimi viruslar insanın öskürməsi, asqırması və ya, sadəcə, danışması ilə belə havada yayıla bilər. Bir yoluxmuş şəxs qapalı məkanda çox sayda insanı xəstələndirə bilər. Buna görə də zəncirvari yoluxmanın qarşısını almaq üçün insanların xəstə olduqda evdə qalması və ictimai yerlərdən uzaq durması çox vacibdir.

Yoluxma əlamətləri hiss olunarsa, ilk növbədə həkimə müraciət edilməlidir. Ev şəraitində isə çoxlu maye qəbul etmək, istirahət etmək və özünü ətrafdan təcrid etmək vacibdir. Qrip və digər respirator infeksiyalar asanlıqla yayılır, ona görə də xəstə olan şəxsin digər insanlarla təmasdan qaçması, evdə maska taxması və ətrafdakıların da qorunması üçün gigiyena qaydalarına ciddi riayət etməsi məsləhətdir. Həkim məsləhəti olmadan antibiotik qəbul etməkdən çəkinmək lazımdır, çünki bu virus xəstəliklərində antibiotiklərin təsiri yoxdur.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!