10 İyul 2026 13:03
2166
Səhiyyə
A- A+
Özəl klinikalarda yoxlama necə aparılır?

Özəl klinikalarda yoxlama necə aparılır?


Səhiyyə Nazirliyinin Analitik Ekspetiza Mərkəzi (AEM) yalnız dövlət reyestrində qeydiyyata alınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırı planlı yoxlamalar həyata keçirir. Əgər hər hansı gözəllik salonu və ya qeyri-tibb müəssisəsində qanunsuz tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız hüquqi və fiziki şəxslərin şikayəti, mediada yayılmış məlumatlar və ya dövlət orqanlarının araşdırmaları (sənədlərlə təsdiqlənmiş) əsasında aparıla bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə AEM-in Hüquq şöbəsinin müdiri Tamam Həsənova məlumat verib.

O qeyd edib ki, qanunvericiliyə əsasən plandankənar yoxlamanın keçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir və yalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır: “Yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeyd olunan tarixlərdə və adları sistemə daxil edilmiş AEM-in əməkdaşları tərəfindən aparılır. Müəssisə yoxlamanın keçiriləcəyi barədə reyestrdən məlumat əldə edir. Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən (“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu da yazmaq olar) ölkə üzrə bütün lisenziyalar, eləcə də özəl tibb fəaliyyətinə dair lisenziyalar aidiyyəti dövlət qurumu tərəfindən verilir, AEM tərəfindən həmin müəssisələrə baxış keçirilərək müəssisənin təchizat, tibbi heyət və pasiyent qəbuluna uyğunluq barədə rəy verilir. Yoxlamalar nəticəsində əldə edilmiş hər bir fakt rəsmiləşdirilir və bu yoxlayıcıların aktı ilə təsdiq edilir. Qanun pozuntusu olduğu təqdirdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti orqanlara (məhkəmə və ya digər orqana) göndərilir və cərimə yalnız aidiyyəti orqanın qərarından sonra tətbiq edilir. Əgər həmin qanun pozuntusu təkrarlanarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilərək məsələ artıq hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara yönləndirilir. İnsan həyat və sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə, məsələ cinayət işi kimi prokurorluq orqanlarında araşdırılır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 95,13 dollara satılır

10:01
25 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətləri yeni zirvələrə yüksəlir

09:20
25 Avqust

Neft bahalaşır

09:00
25 Avqust

Səsi xoşbəxtliyi, peşəsi taleyi idi

08:55
25 Avqust

Poeziyada yeri səhv düşməmişdi

08:50
25 Avqust

Paytaxtda axşam konsertləri davam edir

08:45
25 Avqust

Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası

08:40
25 Avqust

Azərbaycanın yeni turizm strategiyası

08:35
25 Avqust

Dövlətə və xalqa xidmət amalının təcəssümü

08:30
25 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri Avrasiyanın yeni siyasi və iqtisadi arxitekturasını formalaşdırır 

08:25
25 Avqust

Bakı və Daşkəndin strateji inteqrasiyası: türk dünyasında yeni regional güc mərkəzi

08:20
25 Avqust

Müttəfiqliyin yeni zirvəsi

08:15
25 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır

08:10
25 Avqust

Tərəfdaşlıqdan "Əbədi dostluğ"a

08:05
25 Avqust

Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıq

08:00
25 Avqust

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!