07 Dekabr 2024 08:40
357
İQTİSADİYYAT
A- A+
Orta dəhliz "həyat yolu"na çevrilir

Orta dəhliz "həyat yolu"na çevrilir


Bu, həm də Azərbaycanın hesabına mümkün olmuşdur


Beynəlxalq aləmdə baş verən hadisələrin mövcud dünya düzəninin pozulmasına və bir çox problemlərə səbəb olması məlum faktdır. Onlardan biri də qlobal ticarət marşrutları ilə bağlıdır. Belə hal öz növbəsində dünyada təchizat zəncirində və ticarətdə ləngimələrə və azalmalara gətirib çıxarıb. 

İki aparıcı qütb arasında qlobal ticarət marşrutlarına nəzarət etmək istəyi ön plana çıxıb. Mövcud marşrutlarda Qərb bloku söz sahibi idi. Daha doğrusu, bu yollara nəzarət ABŞ-nin başçılıq etdiyi siyasi güclər tərəfindən nəzarətə alınmışdır. Lakin son dövrdə baş verən hadisələr nəticəsində "cəbhə"də dəyişiklik baş verib. Qırmızı dənizdən keçib Süveyş kanalı vasitəsilə aparılan ticarət marşrutuna indi Yəməndəki husilər nəzarət edir. Onlar dost bilmədikləri ölkələrin bayraqları altında üzən gəmilərə atəş açır. O üzdən dünya ticarətinin aparıldığı bu önəmli marşrutla yükdaşımaların həcmi aşağı düşüb.

Rusiya-Ukrayna müharibəsi isə Şərqdən Avropaya uzanan ticarət marşrutunun tam bağlanmasına səbəb olub. Hazırda həmin marşrutla yük daşınmır və problemin nə vaxt həll olunacağı məlum deyil. Odur ki, yaranmış vəziyyətdən çıxış yolu axtarmaq zərurəti yaranıb. Məlum olub ki, indiki halda çıxış yolu Orta dəhlizdən istifadə etməkdir.

Əvvəllər bu nəqliyyat marşrutunun perspektivlərinə o qədər əhəmiyyət verilmirdi. Bunun iki əsas səbəbi vardı. Birincisi, hesab olunurdu ki, Çindən Avropaya uzanan Orta dəhlizin keçdiyi ölkələrdə dəmir yolu infrastrukturu müasir dövrün tələblərinə cavab vermir. Bu səbəbdən Azərbaycanın təşəbbüsü ilə Qazaxıstan, Gürcüstan və Türkiyə bu məsələni birgə həll etdilər. İkincisi isə yüklərin dənizaşırı olması idi. Yəni yüklərin bir sahildən digərinə keçirilməsi vaxt tələb edirdi. Bu problemin həllini də ölkəmiz öz üzərinə götürdü. Azərbaycan vaxt itirmədən çox sayda müasir tipli gəmi-bərələr inşa etdi. Üstəlik, dəniz üzərindən gətirilən yüklərin boşaldılması üçün müasir tələblərə cavab verən Ələt Beynəlxalq Ticarət Limanını tikib istifadəyə verdi. Beləliklə, bu iki problem yüksək səviyyədə həll olundu və yüklərin sürətlə və təhlükəsiz daşınmasına imkan yarandı.

Hazırda Avropada və dünyanın digər yerlərində Orta dəhlizə yeganə ümid yeri kimi baxırlar. Bu, dünyanın yükdaşımalar üzrə fəaliyyət göstərən nüfuzlu qurumlarının rəhbərləri tərəfindən də etiraf edilir. Beynəlxalq Nəqliyyat Forumunun (ITF) baş katibi Kim Yanq Tae bildirir ki, Orta dəhliz Avropadan Asiyaya standart marşrutlara sərfəli alternativdir. Baş katib indiki halda Orta dəhlizi Asiya və Avropanı birləşdirən ən real variantlardan biri kimi görür. Deyir ki, Azərbaycan, Türkiyə və Qara dəniz hövzəsi ölkələri həqiqətən bu dəhlizin inkişafına xüsusi əhəmiyyət verir: "Bu barədə müzakirələr indi çox aktualdır, çünki ənənəvi marşrutlarda çoxlu sayda qeyri-müəyyənliklərlə üzləşirik".

Avropa Komissiyasının mobillik və nəqliyyat üzrə baş direktorunun müavini Maya Marçiçin fikirləri də maraqlıdır. Xanımın sözlərinə görə, Orta dəhliz indiki halda daha böyük əhəmiyyət kəsb edir: "Xüsusən Ukraynada müharibədən sonra davamlı həll yolu tapmalıyıq. Söhbət təkcə infrastrukturun inkişafından getmir. Rəqəmsallaşma da əsas elementdir. Bakıda imzalanan bəyannamə əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verib ki, bu da bizə tam dayanıqlı dəhlizin yaradılması üzərində işləməyə imkan yaradır. Əlbəttə, müəyyən problemlər var, lakin birgə iş onları aradan qaldırmağa və bu marşrutun böyük potensialını açmağa imkan verir.

Dünyada əhalinin və  istehsalın sürətlə artması ticarət dövriyyəsinin yüksəlməsinə səbəb olur. O üzdən qlobal ticarət marşrutlarının əhəmiyyəti daha da artır. Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) yükdaşıma tələbinin qarşıdakı illərdə daha da artmaqda davam edəcəyini proqnozlaşdırır. "Polşa Dövlət Dəmir Yolları" Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Kşiştof Maminski deyir ki, dəmir yolu aşağı karbonlu və yüksək səmərəli nəqliyyat növü kimi 21-ci əsrin qlobal çağırışlarına cavab verə bilər: "Amma bu gün dəmir yolu ilə daşımaların payı azalır. 2008-2022-ci illər arasında qlobal miqyasda dəmir yolundan avtomobil yoluna doğru qlobal keçid 7 faiz olub və dövlət xərcləri 31 faiz azalıb. Orta dəhlizin daha da optimallaşdırılması indiki halda daha da aktual xarakter alıb".

Xatırladaq ki, Orta dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropa ölkələrinə qədər uzanır. Ötən il bu marşrutla 2,7 milyon ton yük (2022-ci ilə nisbətən 86 faiz çox) daşınıb. Cari ildə isə yük axını 4 milyon tonu ötə bilər.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub  

11:40
26 Dekabr

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya işləyir  

11:28
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR  

11:16
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar ombudsmanların işçi qrupunun fəaliyyəti davam edir  

11:07
26 Dekabr

FHN-in həkimi: Təyyarə qəzası nəticəsində xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağır qimətləndirilir  

10:48
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!