03 İyun 2026 08:35
214
SİYASƏT
A- A+
Ölkəmizin təcrübəsi digər dövlətlər üçün də faydalıdır

Ölkəmizin təcrübəsi digər dövlətlər üçün də faydalıdır


Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını, qlobal proseslərdə fəal iştirakını, xüsusilə şəhərsalma ilə dayanıqlı inkişaf sahələrində həyata keçirilən siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Forumun regionda ilk dəfə olaraq Azərbaycanda təşkil edilməsi isə ölkəmizin beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun mühüm göstəricisidir.

Milli Məclisin deputatı Pərvin KƏRİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, forumun məqsədi sürətli urbanizasiya proseslərinin şəhərlərin inkişafına təsirini araşdırmaq, dayanıqlı urbanizasiya siyasətinin təşviqinə nail olmaq, bu sahədə ölkələrin uğurlu təcrübələrini bölüşmək, açıq debat və müzakirələr vasitəsilə bilik mübadiləsini genişləndirmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Bu forum dünya üzrə şəhərsalma sahəsində ən nüfuzlu - genişmiqyaslı iştirakçılığa malik platforma hesab olunur. Belə ki, məzmun və əhatə dairəsinə görə WUF BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından - COP-dan sonra təşkilatın ikinci ən böyük və ən mühüm beynəlxalq tədbiri sayılır. 

Pərvin Kərimzadə daha sonra deyib: "Ölkəmizdə şəhərsalma fəaliyyəti Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində dayanıqlı inkişafın əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma sahəsində müasir standartlar tətbiq edilir, Bakı və respublikanın digər şəhərlərində həyata keçirilən layihələr sosial-iqtisadi inkişafda mühüm rol oynayır. Prezident İlham Əliyevin mayın 18-də "Euronews" televiziyasına müsahibəsində dediyi kimi, WUF13-ə evsahibliyi etmək bizim üçün böyük şərəfdir. Tədbirdə 176 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. "Təbii ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır", - deyə dövlətimizin başçısı vurğulayıb".

Deputat qeyd edib ki, cənab İlham Əliyev müsahibəsində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun bərpasında yeni şəhərsalma üsullarının tətbiq edildiyini diqqətə çatdırıb. Prezidentin vurğuladığı kimi, bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Ölkə rəhbəri qeyd edib ki,  dəmir yolları, məktəblər, xəstəxanalar - bütün bu işlər paralel şəkildə həyata keçirilir. Yenidənqurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırmışdıq. Hazırda isə əsas sərmayələr yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin baş planları, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları üzrə layihələr həyata keçirilir. 

P.Kərimzadə dövlət başçısının müsahibədə Avropanın enerji mənbələrini şaxələndirdiyi bir dövrdə Azərbaycanın rolundan da bəhs etdiyini xatırladıb: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmizin  reallaşdırdığı layihələr dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması istiqamətində yeni imkanlar açır. Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, qlobal enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib. Azərbaycanın enerji strategiyası qlobal müstəvidə böyük əhəmiyyət daşıyır. "Cənub qaz dəhlizi" vasitəsilə  hazırda 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə dünyada birinci yerdəyik. Bu gün 12 Avropa ölkəsi Azərbaycan qazı alır, onlardan 10-u Avropa İttifaqının üzvüdür".

Deputat qeyd edib ki, dövlətimizin başçısı Hörmüz boğazı ilə bağlı yaranmış böhranın ölkəmizə təsiri ilə bağlı sualı da cavablandırıb. Prezident İlham Əliyev bildirib ki, təchizat zənciri baxımından bu böhran bizə ciddi təsir göstərmir. Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Prezident qeyd edib ki, Hörmüz böhranının qlobal iqtisadiyyata təsiri olsa da, öz enerji layihələrimiz baxımından biz təhlükəsiz mövqedəyik. Bu amil isə Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Ona görə Azərbaycanın təcrübəsi digər ölkələr üçün də faydalı ola bilər.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

17:09
03 İyun

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

17:08
03 İyun

Roma Papası XIV Leodan

16:40
03 İyun

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:39
03 İyun

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

16:38
03 İyun

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb

16:37
03 İyun

Toxumçuluq sahəsində yeni rəqəmsal yanaşmalar təqdim edilib

16:17
03 İyun

DVX Vətəndaşları saxta vergi ödənişi saytları ilə bağlı xəbərdar edib

16:06
03 İyun

Zəngəzur dəhlizi üzrə işlər Azərbaycan tərəfində yekunlaşmaq üzrədir

16:01
03 İyun

Tramp: Mən olmasaydım, İsrail artıq yox idi

15:44
03 İyun

Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib

15:42
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!