16 Avqust 2024 12:13
147
DÜNYA
A- A+

Nyu-York meri məhkəməyə çağırıldı - Korrupsiya

 

Nyu-York meri Erik Adams və komandasının üzvləri korrupsiya ilə bağlı federal araşdırma çərçivəsində çağırış vərəqələri alıblar.

“Azərbaycan" qəzeti xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanları hesab edir ki, Adams guya 2021-ci ildə seçki kampaniyası üçün vəsait toplayarkən Türkiyə hakimiyyətinin nümayəndələrindən də qeyri-qanuni ianələr almış ola bilər.

Qeyd edək ki, Adams qanunsuzluqda hər hansı mümkün iştirakını inkar edib. O, seçki kampaniyasının Amerika qanunlarına uyğun olduğunu bildirib.

“Biz merin qanunsuz davranışına dair heç bir dəlil tapmadıq. Əksinə, federal ittiham nəzəriyyəsini təkzib edən ciddi sübutlarımız var. Biz bu araşdırmanın tez və ədalətli həllini gözləyirik”- Adamsın vəkilləri “The New York Times”a göndərdikləri bəyanatda bildiriblər.

S.Bayramov,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video