11 Oktyabr 2024 12:55
979
Səhiyyə
A- A+
 COVID-19 infarkt, insult və ölüm riskini artıra bilər

 COVID-19 infarkt, insult və ölüm riskini artıra bilər

ABŞ-da tədqiqatçılar COVID-19-a yoluxanların növbəti üç ildə infarkt, insult və ölüm riskinin bu xəstəliyə tutulmayanlara nisbətən iki dəfə yüksək olduğunu müəyyənləşdiriblər.

"Azərbaycan" qəzeti Anadolu Agentliyinə istinadla xəbər verir ki, “Atherosclerosis, Trombosis, and Vascular Biology” jurnalında dərc olunan araşdırmaya görə, Cənubi Kaliforniya Universiteti, Kaliforniya Universiteti (UCLA) və Ohayo ştatındakı Lerner Araşdırma İnstitutunun alimləri sağlamlıq qeydlərini tədqiq ediblər. Bu, 250 min adamın qeydiyyatda olduğu İngiltərədəki Biobank adlı baza üzərindən aparılıb.

Alimlər 2020-ci ildə COVID-19-a yoluxan xəstələrin Biobankdakı məlumatlarını eyni dövrdə xəstəliyə yoluxmayan 222 mindən çox insanın məlumatları ilə müqayisə ediblər. Məlumatlara görə, 2020-ci ildə COVID-19 peyvəndi buraxılmamışdan əvvəl bu xəstəliyə yoluxanlar 11 mindən çox olub. Tədqiqatçılar COVID-19-a yoluxan 11 mindən çox insandan təxminən 3 min nəfərin xəstəxanaya yerləşdirildiyinə diqqət çəkib. Bildirilib ki, infarkt, insult və ölüm riski digərləri ilə (yoluxmayanlar) müqayisədə daha çoxdur. COVID-19 xəstəliyi olan və bu səbəbdən xəstəxanaya yerləşdirilənlərin infarkt, insult və ölüm riskinin zamanla azalmadığı ifadə edilib. Qeyd olunub ki, xəstəliyin niyə bu qədər uzunmüddətli təsir göstərdiyi hələ məlum deyil.

Səbuhi Bayramov,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbulda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir  

20:43
18 Oktyabr

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib  

20:40
18 Oktyabr

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 13 %-ə yaxın artırıb  

20:36
18 Oktyabr

Xaçmazda ekoloji aksiya: İki ay ərzində 30 min ağac əkiləcək

20:31
18 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Bərdədə vətəndaşları qəbul edib

20:23
18 Oktyabr

Baydenin biabırçı mirası uzun illər ABŞ-ın üzərində damğa olacaq

20:16
18 Oktyabr

 50 vikinqin qalıqları tapıldı 

20:09
18 Oktyabr

Payız mövsümündə Balakəndə 3 min ağac əkiləcək

19:58
18 Oktyabr

İtaliyada işçilər tətilə başladı

19:41
18 Oktyabr

İnnovativ çoxrejimli robot təqdim edilib

19:32
18 Oktyabr

 Bayden Almaniyadadır: Prezidentlər arasında görüş olub

19:28
18 Oktyabr

“Ferrari” ən güclü avtomobilini təqdim edib

19:11
18 Oktyabr

Qatar fil sürüsü ilə toqquşdu

18:53
18 Oktyabr

Azərbaycanın və Türkiyənin XİN rəhbərləri qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər

18:39
18 Oktyabr

“Yaşıl dünya naminə həmrəylik ili”: Biləsuvarda 10 min ağac əkiləcək

18:37
18 Oktyabr

Almaniya parlamenti miqrasiya siyasətini sərtləşdirdi 

18:21
18 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib

18:16
18 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

18:14
18 Oktyabr

Məlumatların ötürülməsi zamanı rekord sürətə nail olunub

18:12
18 Oktyabr

Almaniya Ukraynaya raket göndərməyəcək

18:11
18 Oktyabr

Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir 

17:28
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!