30 İyul 2026 02:40
698
Fərmanlar
A- A+
"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qərara alıram:

1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I); 2024, № 5 (I kitab), maddə 526, № 7, maddə 805; 2025, № 2, maddə 124, № 7, maddə 632, № 9, maddə 817, № 12 (I kitab), maddə 1147; 2026,   № 3, maddə 228) 3.25.4-cü yarımbəndində "Respublikası Ali Məclisinin sədri" sözləri "Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi"sözləri ilə əvəz edilsin.

2.  Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440 (Cild I); 2024, № 5 (I kitab), maddə 526; 2025, № 5, maddə 444, № 9, maddə 817; 2026, № 3, maddə 228, № 4, maddə 315; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 29  iyun tarixli 702 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nun 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənd üzrə:

2.1.1. 2.1.3.14-cü abzasdan ", Naxçıvan Muxtar Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman)" sözləri çıxarılsın;

2.1.2.  2.1.4.23-cü və 2.1.5.7-ci abzaslar aşağıdakı redaksiyada verilsin:

"2.1.4.23. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatı rəhbərinin müavini və həmin Aparatda şöbə müdiri, Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda şöbə müdiri;";

"2.1.5.7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında şöbə müdirinin müavini;";

2.1.3. 2.1.6.2-ci abzasdan "Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)," sözləri çıxarılsın;

2.1.4. 2.1.6.4-cü abzasda "və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) köməkçiləri" sözləri "köməkçisi" sözü ilə əvəz edilsin;

2.2. 2.3.3-cü yarımbəndin1-ci abzasından "Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)," sözləri çıxarılsın.

3. "Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 614 (Cild I) ilə təsdiq edilmiş "Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı haqqında Əsasnamə"nin 1.3-cü bəndindən "və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin" sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172 (Cild I); 2024, № 4, maddələr 374, 397; 2025, № 9, maddə 817; 2026, № 2, maddə 123) ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nın 2.8-ci bəndi ləğv edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 788 (Cild I) ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı"nın 3-cü hissəsində "Respublikası Ali Məclisinin sədri" sözləri "Respublikasının Nazirlər Kabineti (dövlət qulluğu vəzifələri istisna olmaqla)" sözləri ilə əvəz edilsin. 

6. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 671 (Cild I); 2024, № 7, maddələr 788, 806, № 8, maddə 950; 2025, № 5, maddə 450, № 7, maddə 659) 2.5-ci bəndində "ali vəzifəli şəxsi" sözləri "Nazirlər Kabineti" sözləri ilə əvəz edilsin.

7.Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763, № 9, maddə 820, № 10, maddə 898, № 11, maddələr 1018, 1036; 2026, № 1, maddə 36, № 2, maddə 123,№ 3, maddə 226, № 4, maddə 307; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 660 nömrəli, 2 iyun tarixli 676 nömrəli, 19 iyun tarixli 686 nömrəli və 15 iyul tarixli 722 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 27-ci hissəsindən ", Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini" sözləri çıxarılsın.

8. "Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; 2025, № 3, maddələr 224, 232, № 5, maddə 444, № 7, maddə 658, № 9, maddə 817, № 11, maddə 1018, № 12 (I kitab), maddə 1151; 2026, №2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 673 nömrəli və 15 iyul tarixli 723 nömrəli fərmanları) ilə təsdiq edilmiş Əlavə 2 - "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nın 9.6-cı bəndi ləğv edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 3, maddə 230; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 29 iyun tarixli 702 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri"ndə aşağıdakı dəyişikliklər edilsin:

9.1.  1-ci hissə üzrə:

9.1.1. 1.7.13-cü, 1.9.7-ci, 1.11.12-ci, 1.15.5-ci və 1.19.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

"1.7.13. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri;";

"1.9.7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatı rəhbərinin müavini;";

"1.11.12. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında şöbə müdiri;";

"1.15.5. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında şöbə müdirinin müavini;";

"1.19.4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib;";

9.1.2. 1.19.9-cu yarımbənd ləğv edilsin;

9.1.3. 1.20.4-cü, 1.21.4-cü və 1.22.3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

"1.20.4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında baş məsləhətçi;";

"1.21.4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında böyük məsləhətçi;";

"1.22.3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında aparıcı məsləhətçi;";

9.1.4. 1.23.3-cü yarımbənd ləğv edilsin;

9.2. 2.10.1-ci, 2.11.1-ci, 2.12.1-ci və 2.13.1-ci yarımbəndlərdən "Naxçıvan Muxtar Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman)," sözləri çıxarılsın.

10. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 186 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2026, № 4, maddə 315) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

10.1. 23-cü bənddən "ali vəzifəli şəxsin və" sözləri çıxarılsın və həmin bənddə "xarakterli" sözü "hüquqi" sözü ilə əvəz edilsin;

10.2. 100-cü bəndin ikinci abzasının dördüncü cümləsi çıxarılsın.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənd turizmi - əlçatan, rahat və səmərəli istirahət

10:27
30 İyul

Qələmi ilə millətə xidmət edən ziyalı

10:20
30 İyul

Tovuz fareli

10:13
30 İyul

Ənənə davam edir

10:06
30 İyul

İndiyədək Şəmkirdə 35,5 min tondan çox kartof yığılıb

09:59
30 İyul

Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına başlanılıb

09:52
30 İyul

Naxçıvanda fiber-optik şəbəkə qurulur

09:45
30 İyul

Vətəni qorumaq şərəfli peşədir

09:38
30 İyul

6 ayda ölkə üzrə 25,4 milyard kubmetr qaz hasil edilib

09:31
30 İyul

Müstəqil Azərbaycan dördüncü, amma bərpa olunmuş suveren ərazisində birinci siyahıyaalmaya hazırlaşır

09:24
30 İyul

Memarların şeyxi - Əcəmi Naxçıvani

09:17
30 İyul

Zəngin irsdən texnoloji gələcəyə

09:10
30 İyul

Qlobal güc balansını artıq texnologiya müəyyən edir

09:03
30 İyul

"Xeyriyyəçi" maskası altında törədilən transmilli cinayətlər

08:56
30 İyul

Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir

08:49
30 İyul

Mərakeş-Azərbaycan tərəfdaşlığı Afrika ölkələri üçün nümunədir

08:42
30 İyul

"Əvvəllər qəbul olunan inkişaf planlarına yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir"

08:35
30 İyul

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı türk dünyasının inteqrasiyasına mühüm töhfə verir

08:28
30 İyul

"GabalaFest" çərçivəsində ilk beynəlxalq incəsənət sərgisi açılıb

08:21
30 İyul

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

08:14
30 İyul

Qlobal siyasi nizamda etibarlı tərəfdaşlıq modeli

08:07
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!