30 İyul 2026 08:28
284
SİYASƏT
A- A+
Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı türk dünyasının inteqrasiyasına mühüm töhfə verir

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı türk dünyasının inteqrasiyasına mühüm töhfə verir


Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəlib. Ümumiyyətlə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ortaq tarixə, mədəniyyətə, dini-mənəvi dəyərlərə və geosiyasi maraqlara malik vahid strateji məkanı formalaşdırırlar. Bu baxımdan Xəzər dənizi bu ölkələri birləşdirən mühüm strateji körpü rolunu oynayır.

Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan regionun bütün dövlətləri ilə, xüsusilə də Özbəkistanla əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivləşməsi, yüksəksəviyyəli siyasi dialoq və imzalanan çoxsaylı sənədlər münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqləyir. "Prezident Şavkat Mirziyoyev ilə olan qarşılıqlı etimad və dostluq münasibətləri də bu əməkdaşlığın uğurlu inkişafında mühüm rol oynayır. Azərbaycan və Özbəkistan təkcə ikitərəfli münasibətləri deyil, həm də Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda əməkdaşlığı uğurla inkişaf etdirirlər.  İqtisadi əməkdaşlıq da yüksələn xətt üzrə davam edir. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyalar, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması, Xankəndidə birgə tikiş fabrikinin fəaliyyətə başlaması və Orta dəhliz çərçivəsində nəqliyyat-logistika imkanlarının genişlənməsi iqtisadi tərəfdaşlığın əsas göstəricilərindəndir", - deyə deputat bildirib. 

Energetika sahəsində də əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyən P.Vəliyeva qeyd edib ki, SOCAR ilə Özbəkistanın müvafiq qurumları arasında uzunmüddətli əməkdaşlıq davam edir, eyni zamanda "yaşıl enerji" layihələri üzrə Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında imzalanmış sazişlər regionun enerji təhlükəsizliyinə və bərpaolunan enerji imkanlarının inkişafına mühüm töhfə verir. Mədəni-humanitar əməkdaşlıq iki qardaş xalq arasında münasibətlərin ən mühüm sütunlarından biri olaraq qalır. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, şəhərlərin qardaşlaşması, media və qeyri-hökumət təşkilatları forumlarının keçirilməsi, həmçinin təhsil və idman sahəsində həyata keçirilən layihələr xalqlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstək, xüsusilə Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi qardaş ölkənin Azərbaycana səmimi münasibətinin və həmrəyliyinin bariz nümunəsidir.

Deputat vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə türk dünyasının inteqrasiyasına, regional sabitliyə və iqtisadi inkişafa mühüm töhfə verir. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənd turizmi - əlçatan, rahat və səmərəli istirahət

10:27
30 İyul

Qələmi ilə millətə xidmət edən ziyalı

10:20
30 İyul

Tovuz fareli

10:13
30 İyul

Ənənə davam edir

10:06
30 İyul

İndiyədək Şəmkirdə 35,5 min tondan çox kartof yığılıb

09:59
30 İyul

Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına başlanılıb

09:52
30 İyul

Naxçıvanda fiber-optik şəbəkə qurulur

09:45
30 İyul

Vətəni qorumaq şərəfli peşədir

09:38
30 İyul

6 ayda ölkə üzrə 25,4 milyard kubmetr qaz hasil edilib

09:31
30 İyul

Müstəqil Azərbaycan dördüncü, amma bərpa olunmuş suveren ərazisində birinci siyahıyaalmaya hazırlaşır

09:24
30 İyul

Memarların şeyxi - Əcəmi Naxçıvani

09:17
30 İyul

Zəngin irsdən texnoloji gələcəyə

09:10
30 İyul

Qlobal güc balansını artıq texnologiya müəyyən edir

09:03
30 İyul

"Xeyriyyəçi" maskası altında törədilən transmilli cinayətlər

08:56
30 İyul

Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir

08:49
30 İyul

Mərakeş-Azərbaycan tərəfdaşlığı Afrika ölkələri üçün nümunədir

08:42
30 İyul

"Əvvəllər qəbul olunan inkişaf planlarına yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir"

08:35
30 İyul

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı türk dünyasının inteqrasiyasına mühüm töhfə verir

08:28
30 İyul

"GabalaFest" çərçivəsində ilk beynəlxalq incəsənət sərgisi açılıb

08:21
30 İyul

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

08:14
30 İyul

Qlobal siyasi nizamda etibarlı tərəfdaşlıq modeli

08:07
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!