30 İyul 2026 08:35
288
SİYASƏT
A- A+
"Əvvəllər qəbul olunan inkişaf planlarına yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir"

"Əvvəllər qəbul olunan inkişaf planlarına yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir"


Yaxın Şərqdə gərginliyin getdikcə artması Avrasiya məkanında nəqliyyat-logistika marşrutlarının əhəmiyyətinə birbaşa təsir göstərir. Bu şəraitdə Orta dəhliz, yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu qlobal təchizat zəncirləri baxımından ən təhlükəsiz marşrutlardan birinə çevrilir. Məhz buna görə də bu dəhlizin strateji əhəmiyyəti gündən-günə artır və əvvəllər qəbul edilmiş inkişaf planlarına da yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında qazaxıstanlı ekspert Maqbat Spanov deyib.

Ekspert bildirib ki, Orta dəhliz üzrə yükdaşımaların dinamikası marşrutun artan əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.

"2016-cı ildə bu marşrutla daşınan yüklərin ümumi həcmi cəmi 122 min ton təşkil edirdi. Sonrakı illərdə isə bu göstərici kəskin artaraq 1,6 milyon tona, sonra isə 4 milyon tona yüksəlib. Qarşıdakı dörd il ərzində bu həcmin daha üç dəfə artırılması planlaşdırılır. Bu faktlar göstərir ki, Orta dəhlizin əhəmiyyəti gələcəkdə daha da artacaq. Marşrutun inkişafına əsas maneələrdən biri Xəzər dənizi üzərində daşımaların mövcud imkanlarıdır. Bu gün marşrutun ən həssas hissəsi məhz Xəzərdir. Dəniz daşımalarının fasiləsiz təşkili üçün ilk növbədə bərə, tanker və digər yük gəmilərinin sayının artırılmasına ehtiyac var. Hazırkı imkanlar Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında, oradan isə Avropa istiqamətində yük axınının tam fasiləsiz təmin olunması üçün hələ kifayət etmir. Buna görə də dəniz nəqliyyatının gücləndirilməsi əsas prioritetlərdən biri hesab olunmalıdır", - deyə ekspert qeyd edib.

M.Spanov bildirib ki, son dövrlərdə yaranmış geosiyasi vəziyyət marşrutun təhlükəsizliyi məsələsini də ön plana çıxarıb. Regionda davam edən hərbi qarşıdurmalar göstərir ki, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi yalnız logistika məsələsi deyil. Bu marşrutun müxtəlif risklərdən qorunması və mümkün insidentlərin qarşısının alınması üçün təhlükəsizlik mexanizmlərinin də gücləndirilməsi vacibdir. Azərbaycan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinin Orta dəhlizdə fəal iştirakı marşrutun iqtisadi səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bunun üçün konteynerlərin yalnız bir istiqamətdə deyil, hər iki istiqamətdə yüklə təmin edilməsi vacibdir. Əgər marşrut Çin istiqamətindən tam yüklə işləyib geriyə boş qayıdarsa, onun iqtisadi səmərəliliyi azalacaq. Əksinə, hər iki istiqamətdə yük axınının təmin olunması daşımaların maya dəyərini aşağı salacaq və marşrutun rəqabət qabiliyyətini artıracaq.

O qeyd edib ki, Mərkəzi Asiya ölkələri iqtisadiyyatlarını yalnız xammal ixracına əsaslanan modeldən uzaqlaşdırmağa çalışırlar və bu baxımdan logistikanın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Orta dəhlizin inkişafı müxtəlif texnologiyaların tətbiqinə, yeni logistika həllərinin formalaşdırılmasına imkan yaradır. Bununla yanaşı, marşrut boyunca təkcə logistika mərkəzləri və nəqliyyat infrastrukturu deyil, sənaye müəssisələri, kənd təsərrüfatı istehsalı və digər iqtisadi fəaliyyət sahələri də inkişaf edə bilər. Bu isə bütövlükdə regionun iqtisadi potensialını artıracaq.

"Orta dəhlizin inkişafı yalnız iqtisadi baxımdan deyil, siyasi və təhlükəsizlik aspektindən də mühüm əhəmiyyət daşıyır. Bu marşrutun inkişafı ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsinə, dövlətlər arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Nəticə etibarilə bütün bunlar regionda sabitliyin və təhlükəsizliyin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək", - deyə Maqbat Spanov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənd turizmi - əlçatan, rahat və səmərəli istirahət

10:27
30 İyul

Qələmi ilə millətə xidmət edən ziyalı

10:20
30 İyul

Tovuz fareli

10:13
30 İyul

Ənənə davam edir

10:06
30 İyul

İndiyədək Şəmkirdə 35,5 min tondan çox kartof yığılıb

09:59
30 İyul

Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına başlanılıb

09:52
30 İyul

Naxçıvanda fiber-optik şəbəkə qurulur

09:45
30 İyul

Vətəni qorumaq şərəfli peşədir

09:38
30 İyul

6 ayda ölkə üzrə 25,4 milyard kubmetr qaz hasil edilib

09:31
30 İyul

Müstəqil Azərbaycan dördüncü, amma bərpa olunmuş suveren ərazisində birinci siyahıyaalmaya hazırlaşır

09:24
30 İyul

Memarların şeyxi - Əcəmi Naxçıvani

09:17
30 İyul

Zəngin irsdən texnoloji gələcəyə

09:10
30 İyul

Qlobal güc balansını artıq texnologiya müəyyən edir

09:03
30 İyul

"Xeyriyyəçi" maskası altında törədilən transmilli cinayətlər

08:56
30 İyul

Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir

08:49
30 İyul

Mərakeş-Azərbaycan tərəfdaşlığı Afrika ölkələri üçün nümunədir

08:42
30 İyul

"Əvvəllər qəbul olunan inkişaf planlarına yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir"

08:35
30 İyul

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı türk dünyasının inteqrasiyasına mühüm töhfə verir

08:28
30 İyul

"GabalaFest" çərçivəsində ilk beynəlxalq incəsənət sərgisi açılıb

08:21
30 İyul

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

08:14
30 İyul

Qlobal siyasi nizamda etibarlı tərəfdaşlıq modeli

08:07
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!