03 Sentyabr 2026 16:13
394
İQTİSADİYYAT
A- A+
“Mygov business” platforması ilə startaplar dövlət xidmətlərindən yararlana biləcək 

“Mygov business” platforması ilə startaplar dövlət xidmətlərindən yararlana biləcək 


“Mygov business” platforması vasitəsilə biznes subyektləri, sahibkarlıq subyektləri, kiçik və orta bizneslər və startaplar dövlət xidmətlərindən yararlana biləcək. Hazırda vətəndaşlar “mygov”dan istifadə etdiyi kimi, biznes subyektləri və startaplar bunu “mygov business” üzərindən həyata keçirəcək.

Bu barədə AZƏRTAC-a açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Hüquqi təminat şöbəsinin müdiri Səbinə Hümbətzadə deyib.

O bildirib ki, “mygov business” platforması üzərindən bir sıra dövlət xidmətinin həyata keçirilməsi mümkün olacaq: “İşlək şəkildə biz bu “mygov business” xidmət kanalı vasitəsilə həmin məlumatları təqdim edə biləcəyik. Biznes subyektləri, sahibkarlıq subyektləri, kiçik və orta bizneslər, startaplar, rezidentlər platforma vasitəsilə müxtəlif xidmətlərdən yararlana biləcəklər. Texnopark rezidentlərinin və sənaye müəssisələrinin müxtəlif xidmətlərə çıxışı təmin olunacaq. Məsələn rezidentlər layihələri ilə bağlı müraciətlərini elektron şəkildə təqdim edə biləcəklər. Lisenziyaları, texnoparklara, sənaye parklarına rezidentliyi bu platforma üzərindən əldə edə biləcəklər”.

S.Hümbətzadə qeyd edib ki, platformanın tətbiqi sahibkarların müəyyən xidmətlərə çıxış imkanlarını da genişləndirəcək: “Biz istəyirik ki, sahibkarlar öz fəaliyyətləri ilə bağlı bütün prosesləri vahid platforma üzərindən həyata keçirə bilsinlər”.

Onun sözlərinə görə, “mygov business” çərçivəsində yeni funksional xidmətlərin yaradılması da planlaşdırılır: “Planlaşdırdığımız əsas istiqamətlərdən biri də yeni funksional xidmətlərin yaradılmasıdır. Bu xidmətlər istifadəçilərin müxtəlif ehtiyaclarını bir platformada qarşılamağa imkan verəcək”.

Şöbə müdiri startaplara məsləhət xidmətlərinin göstərilməsinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Digər tərəfdən, startaplar əgər sırf məsləhət platforması istəyirsə - hüquqi, vergi, maliyyə hesabatlarının hazırlanmasında dəstək axtarırsa, bu artıq Texnoparkın fəaliyyət istiqamətlərindən biridir. Texnopark öz rezidentləri və qeyri-rezidentləri üçün bu dəstəyi göstərə bilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

19:45
03 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

19:35
03 Sentyabr

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb

19:30
03 Sentyabr

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

19:29
03 Sentyabr

“Zirə” afrikalı futbolçu transfer edib

19:22
03 Sentyabr

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

19:20
03 Sentyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

19:15
03 Sentyabr

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

19:08
03 Sentyabr

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

19:01
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

18:54
03 Sentyabr

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

18:47
03 Sentyabr

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

18:40
03 Sentyabr

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

18:33
03 Sentyabr

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

18:26
03 Sentyabr

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

18:19
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

18:12
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!