03 Sentyabr 2026 17:23
316
İQTİSADİYYAT
A- A+
Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yeni geoiqtisadi imkanlar yaradır

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yeni geoiqtisadi imkanlar yaradır

Azərbaycan son illərdə Mərkəzi Asiya ilə münasibətlərini yeni mərhələyə yüksəldərək regionun Cənubi Qafqaz, Türkiyə və Avropa ilə əlaqələndirilməsində əsas ölkələrdən birinə çevrilib. Bu proses həm siyasi münasibətlərin inkişafında, həm nəqliyyat və enerji layihələrində, həm də investisiya və rəqəmsal bağlantıların genişlənməsində özünü göstərir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə artan əməkdaşlığı Xəzərin iki sahilində daha sıx geoiqtisadi məkanın formalaşmasına imkan yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Roza Bayramova deyib.

O, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində ikinci mühüm amilin coğrafiya və infrastruktur olduğunu bildirib. “Azərbaycanın coğrafi mövqeyi və son illərdə yaradılmış nəqliyyat infrastrukturu ölkənin regional bağlantılardakı rolunu daha da gücləndirir. Azərbaycanın yalnız tranzit ölkə kimi xarakterizə edilməsi artıq düzgün olmazdı. Ölkə siyasi dialoqu, nəqliyyat və enerji layihələrini, rəqəmsal bağlantıları və investisiyaları birləşdirən regional qovşağa çevrilib. Bu da Azərbaycanla Mərkəzi Asiyanın getdikcə daha sıx və vahid geoiqtisadi məkanda fəaliyyət göstərməsi üçün zəmin yaradır”, – deyə Roza Bayramova bildirib.

Ekspert hesab edir ki, qarşıdakı mərhələdə əsas hədəf Azərbaycanla Mərkəzi Asiya arasındakı əməkdaşlığın geniş iqtisadi inteqrasiyaya keçməsi olacaq. Nəqliyyat axını artdıqca marşrut boyunca limanlar, logistika mərkəzləri, istehsal müəssisələri, anbar infrastrukturu və yeni investisiya layihələri də formalaşır. Yəni dəhlizin özü iqtisadi aktivlik yaradır. Bu baxımdan Orta Dəhlizə yalnız nəqliyyat marşrutu kimi deyil, bütövlükdə yeni iqtisadi əlaqələrin formalaşmasına xidmət edən platforma kimi yanaşmaq lazımdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər üzərindən yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq ayrıca regional istiqamətə çevrilir. Perspektivdə Mərkəzi Asiyada istehsal edilən bərpaolunan enerjinin Azərbaycan üzərindən Avropa istiqamətinə çıxarılması regionlar arasında yeni enerji balansı yarada bilər. Bu, həm Azərbaycanın enerji tranzitində rolunu genişləndirər, həm də Mərkəzi Asiya ilə Avropa arasında yeni əməkdaşlıq imkanları açar. Rəqəmsal bağlantılar və birgə investisiya fondlarının yaradılması kimi istiqamətlər nəzərə alındıqda Azərbaycanla Mərkəzi Asiya arasındakı əməkdaşlığın potensialı daha geniş görünür. Bu səbəbdən məqsəd yalnız yükün Mərkəzi Asiyadan Azərbaycana və oradan digər istiqamətlərə ötürülməsi deyil. Əsas perspektiv nəqliyyat, enerji, investisiya və rəqəmsal infrastrukturu bir-birinə bağlamaq və nəticədə Xəzərin iki sahilində daha vahid geoiqtisadi məkan formalaşdırmaqdır.

Roza Bayramova Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərini daha geniş Avrasiya siyasətinin bir hissəsi kimi qiymətləndirdiyini bildirib.

“ŞƏT-in Azərbaycan üçün üstünlüyü ondadır ki, eyni platformada Mərkəzi Asiya ölkələri, Çin, Hindistan, Pakistan, İran və digər mühüm Avrasiya aktorları iştirak edir. Bu isə Azərbaycana ikitərəfli münasibətlərini daha geniş, çoxtərəfli çərçivə ilə tamamlamaq imkanı verir. Azərbaycanın ŞƏT çərçivəsində iştirakı ölkənin həm Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini inkişaf etdirməsinə, həm də Çin, Hindistan, Pakistan, İran və digər mühüm regional aktorlarla dialoqu genişləndirməsinə imkan yaradır. Bu platforma Azərbaycanın nəqliyyat, enerji, ticarət və digər iqtisadi prioritetlərini daha geniş Avrasiya əməkdaşlığı kontekstində təqdim etməsi baxımından da əhəmiyyətlidir. Prezident İlham Əliyevin Bişkekdəki çıxışında Azərbaycanın beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə bundan sonra da töhfə verəcəyini vurğulaması bu yanaşmanı bir daha təsdiq edir. Azərbaycan həm ikitərəfli münasibətləri, həm regional əməkdaşlıq platformalarını, həm də çoxtərəfli formatları paralel şəkildə inkişaf etdirərək özünün Avrasiyadakı mövqeyini daha da möhkəmləndirir”, – deyə Roza Bayramova əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

19:45
03 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

19:35
03 Sentyabr

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb

19:30
03 Sentyabr

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

19:29
03 Sentyabr

“Zirə” afrikalı futbolçu transfer edib

19:22
03 Sentyabr

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

19:20
03 Sentyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

19:15
03 Sentyabr

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

19:08
03 Sentyabr

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

19:01
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

18:54
03 Sentyabr

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

18:47
03 Sentyabr

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

18:40
03 Sentyabr

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

18:33
03 Sentyabr

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

18:26
03 Sentyabr

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

18:19
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

18:12
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!