28 Avqust 2026 15:34
780
İQTİSADİYYAT
A- A+
Mütəxəssis: Azərbaycan startaplarının Özbəkistan bazarına çıxması üçün geniş imkanlar var

Mütəxəssis: Azərbaycan startaplarının Özbəkistan bazarına çıxması üçün geniş imkanlar var


Azərbaycan ilə Özbəkistan informasiya texnologiyaları (İT) və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir. Azərbaycanın İT sektoru 1990-cı illərin əvvəllərindən inkişaf etməyə başlayıb, ölkəmizdə artıq 30 ildən çox fəaliyyət göstərən İT şirkətləri var.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.

Mütəxəssis qeyd edib ki, Özbəkistanda İT sektorunun sistemli inkişafı müxtəlif səbəblərdən daha gec başlayıb. Özbəkistanın İT sektorunun daha gec formalaşmağa başlaması isə ölkəyə əvvəlki təcrübədən yararlanmaq imkanı verib. Özbəkistan İT “qatarına” növbəti stansiyada minib. Bu baxımdan onların köhnə investisiya və ağır maliyyə yükləri yoxdur, sektor daha sürətlə inkişaf edə bilir. Azərbaycan isə İT sahəsində daha uzun inkişaf yolu keçib və müxtəlif mərhələlərin formalaşdırdığı təcrübəyə malikdir. Ölkəmiz artıq daha samballı, oturuşmuş sistemə malikdir və burada İT sahəsində ənənələr formalaşıb. Özbəkistanda isə bu ənənələr daha gəncdir”.

F.Kazımovun fikrincə, müqayisə aparılarsa, Azərbaycanı artıq iri və oturuşmuş İT şirkətinə, Özbəkistanı isə inkişaf edən startapa bənzətmək olar: “İstənilən halda onların oxşar məqsədləri var. Hər iki ölkə qlobal iqtisadi və İT-innovasiya sistemində öz yerini tutmağa çalışır və bu istiqamətdə kifayət qədər çevik addımlar atır”.

Mütəxəssis Azərbaycanın İT və startap ekosisteminin inkişafı üçün qanunvericilik sahəsində də yeniliklərin gözlənildiyini diqqətə çatdırıb: “Təkmilləşdirilən qanunvericilik çərçivəsində texnopark rezidentlərinin sayının artırılması nəzərdə tutulur. Hazırda bizim texnoparkda 190-dək rezidentimiz var və onlar 10 illik vergi güzəştlərindən istifadə edir. Yenilənmiş və təkmilləşdirilmiş mühit imkan verəcək ki, yaxın bir-iki il ərzində rezidentlərin sayını minimum iki dəfə artıraq. Yeni imkanlar yalnız xarici şirkətlərin deyil, Azərbaycanda fəaliyyət göstərən startapların da texnopark ekosisteminə daxil olmasına şərait yaradacaq”.

O qeyd edib ki, Azərbaycanın xarici şirkətlər üçün cəlbediciliyi yalnız vergi güzəştləri ilə məhdudlaşmır: “Şirkətlər baxırlar ki, hansı ölkədə fəaliyyət göstərsinlər, harada vergi yükü daha az olsun. Azərbaycan bu baxımdan onlara çox yaxşı məkan yarada bilər. Bakı¬nın biznes və yaşayış mühiti də xarici şirkətlərin cəlb olunmasında mühüm amildir. İnsanları yalnız maliyyə maraqlandırmır. Onlar rahat və komfortlu mühitdə yaşamaq istəyirlər. Azərbaycanın dənizi, istirahət zonaları və ümumilikdə yaşayış mühiti xarici şirkətlərin cəlb olunmasına müsbət təsir göstərə biləcək amillərdir”.

Ekspert Azərbaycan və Özbəkistanın texnologiya sahəsində artıq əməkdaşlıq etdiyini də diqqətə çatdırıb: “Azərbaycan və Özbəkistan tərəfdaş ölkələrdir. Texnologiya sahəsində də əməkdaşlıq var. Azərbaycan startapları Özbəkistanda fəaliyyət göstərməyə başlayır, Özbəkistan startapları da Azərbaycan bazarına daxil olur. Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz arasında mühüm biznes platforması kimi çıxış edə bilər. Azərbaycan bu regionda mühüm ölkələrdən biridir. Avropaya çıxmaq istəyən Mərkəzi Asiya ölkələrinin startapları və biznesləri üçün Azərbaycan bazar və yoxlama platforması, bir növ tramplin ola bilər”.

O bildirib ki, Azərbaycan startaplarının Özbəkistan bazarına çıxması üçün də geniş imkanlar mövcuddur: “Azərbaycan startaplarının Özbəkistan bazarına çıxmasında heç bir maneə yoxdur. Onlar orada rezident statusu alaraq fəaliyyətlərini qura bilərlər. Özbəkistan bazarının Azərbaycan startapları üçün xüsusilə böyük imkanlar yaradır. Azərbaycan startapları üçün Özbəkistan bazarı çox maraqlı və böyük bazardır”.

Ekspert təhsil sektorunu buna nümunə göstərib: “Azərbaycanda müxtəlif səviyyələrdə, bakalavr, magistratura və PhD daxil olmaqla, təxminən 240 min tələbə var. Özbəkistanda isə bu rəqəm 1 milyona yaxındır. Deməli, Azərbaycan üçün Özbəkistan bazarına çıxmaq potensialı çox böyükdür. İki ölkənin startapları yerli tərəfdaşlarla əməkdaşlıq etməklə də yeni bazarlara daha uğurla çıxa bilərlər. Bəzi hallarda xarici bazara çıxmaq üçün yerli oyunçularla kooperasiya etmək, yerli tərəfdaşlarla fəaliyyət qurmaq daha uğurlu nəticə verə bilər”.

F.Kazımov Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üçün turizm, qida texnologiyaları və təhsil kimi sahələrin də perspektivli olduğunu söyləyib: “Bizim xalqlarımız eyni regionun xalqlarıdır. Biz həm yeməyi, həm də gəzməyi sevirik. Bir çox sahələrdə oxşarlıqlarımız var. Birgə layihələr turizm, qida texnologiyaları və təhsil sahələrində ola bilər. Özbəkistanda təhsil sektorunda böyük artım müşahidə olunur və bu istiqamətdə texnoloji həllər üçün geniş imkanlar mövcuddur.

O, gələcəkdə Azərbaycan və Özbəkistan arasında vahid texnoloji və iqtisadi bazarın formalaşdırılması ideyasının da müzakirə edilə biləcəyini bildirib: “Dünyada gedən proseslərə baxanda, ola bilər ki, 20-30 ildən sonra bu məkanda vahid iqtisadi bazar formalaşsın. Bu, Avropa İttifaqının bazarı kimi ola bilər. Vahid bazar və ümumi oyun qaydalarının formalaşdırılması hər iki ölkənin şirkətlərinə qlobal rəqabətdə daha güclü mövqe qazandıra bilər. İqtisadiyyatın qloballaşması prosesində iki ölkə birlikdə hərəkət etdikdə daha güclü olur. Vahid bazar və vahid oyun qaydaları məsələsi region üçün çox aktual mövzuya çevrilə bilər”.

Mütəxəssis əlavə edib ki, hər iki ölkənin startap və texnologiya ekosistemlərinə qarşılıqlı dəstək göstərməsi gələcəkdə yeni əməkdaşlıq imkanlarının yaranmasına səbəb ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Özbəkistan strateji əməkdaşlığı sürətli yüksəliş yolundadır 

08:00
01 Sentyabr

Kia "Qızıl Açar" stimullaşdırıcı lotereyasının nəticələrini açıqlayıb

02:42
01 Sentyabr

Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Gürcüstan mediasında

23:40
31 Avqust

Milli Məclisin sədri Uqandanın Vitse-prezidenti ilə görüşüb  

23:35
31 Avqust

Macarıstanın NATO-nun şərq cinahında "təhlükəsizlik dəhlizi"nin yaradılmasını dəstəklədiyi açıqlanıb  

23:31
31 Avqust

Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb  

22:38
31 Avqust

Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb  

21:54
31 Avqust

Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır 

21:14
31 Avqust

Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir 

21:11
31 Avqust

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

20:38
31 Avqust

MEDİA Böyük Britaniyanın bəzi media qurumlarını peşə prinsiplərinə sadiq qalmağa çağırıb  

20:33
31 Avqust

Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir  

19:36
31 Avqust

Sentyabr konfransı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilib  

19:14
31 Avqust

Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 

19:08
31 Avqust

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNİB

18:35
31 Avqust

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək

18:33
31 Avqust

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib

18:31
31 Avqust

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə

18:30
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!