09 Oktyabr 2024 16:12
398
CƏMİYYƏT
A- A+
Misirdə “Azərbaycanı kəşf et!” layihəsi çərçivəsində növbəti tədbir təşkil edilib

Misirdə “Azərbaycanı kəşf et!” layihəsi çərçivəsində növbəti tədbir təşkil edilib

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi münasibətilə Misirin Qalubiyyə şəhərində “Azərbaycanı kəşf et!” (“Discover Azerbaijan!”) layihəsinin 4-cü tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) məlumat verilib.

Bildirilib ki, DİDK-nın dəstəyi və Qahirə şəhərində yaşayan diaspor fəalı Sədaqət Əliəşrəfin təşəbbüsü ilə baş tutan tədbirə yerli ictimaiyyətin tanınmış şəxsləri, nüfuzlu şirkətlərin və media qurumlarının rəhbərləri, "Passion Zone" Akademiyasının tələbələri, "Azərbaycanı kəşf et!" layihəsinin iştirakçıları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar qatılıblar.

Tədbir Azərbaycanın və Misirin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

“Azərbaycanı kəşf et!” layihəsinin rəhbəri Sədaqət Əliəşrəf tədbirdə çıxış edərək ölkələrimiz arasında qarşılıqlı hörmət və maraq əsasında dostluq münasibətlərinin qurulmasını sevindirici hal kimi dəyərləndirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin cari il iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfərini xatırladıb. Misirdəki Azərbaycan diasporunun bu dostluğun və əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün inamla fəaliyyət göstərdiyini bildirib. “Azərbaycanı kəşf et” layihəsinin də buna bir nümunə olduğunu söyləyən Sədaqət Əliəşrəf verilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.

“Passoin Zone” Akademiyasının sahibi və rəhbəri Amal Süleyman çıxışında ölkələrimiz arasında əlaqələrin qədim tarixə malik olduğunu, “Azərbaycanı kəşf et!” layihəsinin Misirdə tanındığını və maraqla qarşılandığını vurğulayıb.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Səbinə Səmədova layihə çərçivəsində 2024-cü ilin aprelində Qahirədəki “Pioneer Integrated school” və “Seyidna Hadija” adına məktəblərdə olduqlarını, qaliblərə şəhadətnamələr, hədiyyələr təqdim etdiklərini bildirib. O, layihənin bu ilin sonuna kimi bütün Misirdə keçiriləcəyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Azərbaycan dilində müxtəlif şeirlər və musiqilər səsləndirilib. Misirin Ayn Şəms Universitetinin Tibb fakültəsində təhsil alan azərbaycanlı gənc, diaspor fəalı Sandi Salem iştirakçılar arasında Azərbaycan haqqında viktorina keçirib və uşaqlar üçün əyləncəli proqram təqdim edib.

Sonda 25 nəfər qalib müxtəlif hədiyyələr və şəhadətnamələrlə mükafatlandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə xərcləri 70 milyard dollaradək artırıldı - Bloomberg

19:03
09 Oktyabr

Tramp məğlub olsa, həbs olunacam - Maskdan açıqlama

18:59
09 Oktyabr

Rusiyada “Discord” qadağan edildi

18:47
09 Oktyabr

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib YENİLƏNİB

18:03
09 Oktyabr

Səməd Seyidov: ABŞ-ın Azərbaycana münasibəti ikili standartlarla dolu və qeyri-səmimidir

17:53
09 Oktyabr

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

17:41
09 Oktyabr

Yeni məhkəmə hakimləri and içiblər

17:33
09 Oktyabr

Ukraynalı uşaqlar üçün Qəbələdə və Şəkidə ekskursiyalar təşkil edilib

17:23
09 Oktyabr

Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək

17:09
09 Oktyabr

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib YENİLƏNİB

17:01
09 Oktyabr

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır

17:00
09 Oktyabr

Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçiləri Azərbaycana dəvət olunub  

16:59
09 Oktyabr

 Papa Zelenskini qəbul edəcək

16:53
09 Oktyabr

Fransanı şiddətli fəlakət gözləyir

16:52
09 Oktyabr

Türk Hava Yollarının pilotu uçuz zamanı öldü

16:50
09 Oktyabr

Viktor Orban: Avropa Komissiyası siyasi alət rolunu oynayır

16:30
09 Oktyabr

Məşhur oyunçu futboldan ömürlük uzaqlaşdırıla bilər - İDDİA

16:24
09 Oktyabr

Somalidə "Əş-Şəbab"ın 59 silahlısı zərərsizləşdirilib

16:23
09 Oktyabr

Kloze Emrelidən razıdır

16:22
09 Oktyabr

"Neftçi"nin yeni baş məşqçisi ilə bağlı SON XƏBƏR

16:20
09 Oktyabr

Dünya ulduzu Bakıya gəlir -“Qarabağ” açıqladı

16:19
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!