11 Mart 2026 15:06
116
CƏMİYYƏT
A- A+
Mina problemi ilə əlaqədar ölkəmizin Çin ilə əməkdaşlığı genişlənəcək  

Mina problemi ilə əlaqədar ölkəmizin Çin ilə əməkdaşlığı genişlənəcək  

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) işgüzar səfərdədir.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi ÇXR-in Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət İdarəsi ilə birbaşa əlaqələrin qurulması, həmin nazirlikdə, Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Mühəndislik Universitetində və Çinin minatəmizləmə avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış bir sıra şirkətlərində görüşlərin keçirilməsidir.

Səfər çərçivəsində ilk görüş Çin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin baş direktoru Sun Xiaobo ilə olub. Görüşdə ölkəmizin ÇXR-dəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da iştirak edib.

Görüş zamanı ötən il aprelin 23-də Prezident İlham Əliyevin ÇXR-ə dövlət səfəri çərçivəsində Pekində hər iki ölkənin rəhbərləri arasında imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” çərçivəsində ANAMA ilə ÇXR-in Xarici İşlər Nazirliyi arasında imzalanan “Humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun icrası, eləcə də digər əməkdaşlıq məsələləri ətrafında danışıqlar aparılıb.

Baş direktor Sun Xiaobo imzalanan sənədin iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edərək bildirib ki, humanitar minatəmizləmə fəaliyyəti Azərbaycanın müharibədən sonrakı bərpa və yenidənqurma prosesində mühüm rol oynayır. Çin tərəfinin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləməyə, həmçinin bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Vüqar Süleymanov ÇXR-in ölkəmizdə minatəmizləmə fəaliyyətinə töhfəsinə görə qarşı tərəfə təşəkkür edib və həmin addımın Azərbaycanın mühüm humanitar missiyasında dost ölkənin həmrəyliyinin göstəricisi olduğunu qeyd edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çin dövlətinə məxsus müdafiə sənayesi kompleksi olan NORINCO (China North Industries Group Corporation) şirkətinin sərgi mərkəzinə baş çəkib, daha sonra şirkət rəhbərliyinin iştirakı ilə geniştərkibli görüş keçirib.

Sərgi mərkəzində minatəmizləmə sahəsində istehsal olunan müxtəlif avadanlıqlar, o cümlədən mexaniki minatəmizləmə maşınları, partlayıcı sursatların zərərsizləşdirilməsi üçün istifadə edilən robotlar, mina aşkarlayan dronlar və digər texnoloji həllər nümayiş etdirilib. Şirkətin mütəxəssisləri təqdim olunan avadanlıqların texniki xüsusiyyətləri və tətbiq imkanları barədə geniş məlumat verib, Azərbaycan nümayəndə heyətinin suallarını cavablandırıblar.

Belə sərgilərə səfərlər minatəmizləmə sahəsində qabaqcıl təcrübənin araşdırılması və innovativ yanaşmaların tətbiqinə şərait yaradır.

Görüşdə səfərin tərəflər arasında əməkdaşlığın başlanması və gələcək tərəfdaşlıq imkanlarının araşdırılması baxımından mühüm ilkin addım olduğu vurğulanıb.

Səfər həm də Azərbaycanın üzləşdiyi mina problemi və onun aradan qaldırılması sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə ÇXR-in və orada fəaliyyət göstərən yerli şirkətlərin ətraflı məlumatlandırılmasına və bununla da problemə beynəlxalq diqqətin artırılmasına müsbət təsir göstərəcəyinə ümid bəsləməyə əsas verir.

Qeyd edək ki, bu səfər 9-13 mart tarixlərini əhatə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baderschneider: Azərbaycan fəaliyyətə hazır koalisiyaların formalaşdırılmasında çox mühüm rol oynaya bilər  

16:30
11 Mart

Petar Stoyanov: Qlobal Bakı Forumu geosiyasi vəziyyət səbəbindən ən önəmli platformalardan biri olacaq  

16:29
11 Mart

Avropa İttifaqının səfirləri İrana qarşı yeni sanksiyaları təsdiqləyiblər

16:29
11 Mart

BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti: Azərbaycan mühüm istinad nöqtəsinə çevrilib

16:28
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir  

16:27
11 Mart

Enerji təminatından asılı olan ölkələr iqtisadi çətinliklə qarşılaşacaqlar

16:26
11 Mart

Sabiq Baş katib: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sülhə xidmət etmək məqsədilə fəaliyyət göstərir  

16:26
11 Mart

Media: İranın Körfəz ölkələrinə hücumları davam edir  

16:21
11 Mart

İsveçrənin İrandakı səfiri: Biz Azərbaycana gəlməyi seçdik

16:20
11 Mart

Avropa İttifaqı Şurasının Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb  

16:20
11 Mart

Vike-Frayberqa: Azərbaycan Ermənistanla uzunmüddətli münaqişəni həll etməsi səbəbindən təbrik olunmalıdır  

16:19
11 Mart

Elm və təhsil naziri Şuşada vətəndaşların müraciətlərini dinləyib

16:09
11 Mart

BMT: Hörmüz boğazının bağlanması qlobal miqyasda ərzaq qiymətlərini də artıra bilər

16:08
11 Mart

Dubayda xəsarət alan Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb  

16:01
11 Mart

Respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb

15:57
11 Mart

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşların müraciətlərini dinləyib

15:57
11 Mart

İsmail Serageldin: Dünya yalnız keçid dövrünü deyil, həm də qırılma mərhələsini yaşayır

15:53
11 Mart

Şarl Mişel: XIII Qlobal Bakı Forumu mövcud şəraitdə qarşılıqlı anlaşmanı gücləndirmək üçün böyük fürsətdir  

15:52
11 Mart

İranla müharibə turizm sənayesinə gündə 450 milyon funt sterlinq zərər vurur

15:47
11 Mart

İsveçrənin İrandakı səfiri və səfirliyin üzvləri təxliyə olunublar 

15:41
11 Mart

Avropa ABŞ və Çinin hegemon olmadığı düşərgə axtarışındadır

15:36
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!