23 Dekabr 2025 19:57
336
PARLAMENT
A- A+
Milli Məclisin plenar iclasında 11 məsələ müzakirə edilib YENİLƏNİB  

Milli Məclisin plenar iclasında 11 məsələ müzakirə edilib YENİLƏNİB  

Dekabrın 23-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov gündəliyin ilk məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

O, sənədin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə Əlavə Protokolun məqsədi Azərbaycanda və Türkiyədə fəaliyyət göstərəcək məktəblərin fəaliyyətinə və məktəb binalarının istifadəyə verilməsinə dair prosedur və əsasları müəyyənləşdirmək, bu binaların Sazişə uyğun olaraq Bakı Türk Təhsil Müəssisələri və Azərbaycan tərəfinin açacağı təhsil müəssisəsi üçün təlim-tədris fəaliyyətlərində istifadə olunması məqsədilə çərçivəni tənzimləməkdir.

Bildirilib ki, layihədə Azərbaycan təhsil müəssisələrinin fəaliyyəti, onların istifadəyə verilmə qaydaları, hər iki tərəfin maliyyə öhdəlikləri, binalarda təmir və bərpa işlərinin aparılması şərtləri, bir sıra digər məsələlər ehtiva olunur.

Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov məsələ barədə öz fikirlərini və bəzi qeydlərini açıqlayıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə məsələ barədə bu komitənin rəyini söyləyərək qeyd edib ki, sənəd Azərbaycanla Türkiyə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə, həm milli, həm də regional səviyyədə təhsil sahəsində səmərəli nəticələr əldə olunmasına imkan verəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra komitə sədri Anar İsgəndərov “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsindən bəhs edib.

O nəzərə çatdırıb ki, 2021-ci il 19 fevral tarixində Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un 5-ci maddəsinə əsasən razılığa gəlinib.


Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə məsələyə bu komitədə baxılaraq müsbət rəy verildiyini söyləyib, sənədin peşəkar kadrların hazırlanmasına və təlim-tədris keyfiyyətinin artırılmasına xidmət edəcəyini deyib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. O, sənədin Azərbaycanın İslam dünyası ilə əlaqələrinin genişlənməsinə, ölkəmizin siyasi nüfuzunun gücləndirilməsinə, diplomatik imkanlarının genişlənməsinə, işgüzar əlaqələrinin daha da inkişafına xidmət edəcəyini vurğulayıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra iclasda üçüncü oxunuşda olan qanun layihələri müzakirə olunub.

Parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. O, layihənin həm komitədə, həm də plenar iclasda ətraflı müzakirə edildiyini deyib, sənəd barədə komitənin rəyinin müsbət olduğunu söyləyib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini nəzərə çatdırıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra iclasda ikinci oxunuşda olan qanun layihələrinə baxılıb.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Kamal Cəfərov “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov gündəliyin səkkizinci məsələsi olan “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Layihə ikinci oxunuşda qəbul edilib.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib. O bildirib ki, layihə vergi rezidentliyinin müəyyən olunması üçün Vergi Məcəlləsində müvafiq dəyişikliyin edilməsini nəzərdə tutur və dəyişikliklər barədə birinci oxunuşda ətraflı məlumat verilib. Sənədlə bağlı heç bir irad və təklif bildirilməyib. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, sənəddə təklif edilən dəyişikliklər dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra yeni tənzimlənmə məsələləridir. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov təqdim edib.

O, sənədin birinci oxunuşundan danışıb, müzakirədə qaldırılan məsələlərə aydınlıq gətirib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında

04:45
25 Dekabr

“Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

04:44
25 Dekabr

Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANATI

04:43
25 Dekabr

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar  

23:19
24 Dekabr

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar  

22:46
24 Dekabr

Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb  

22:43
24 Dekabr

“Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib  

22:42
24 Dekabr

Avropa Komissiyası ABŞ-ın bəzi Aİ vətəndaşlarına səyahət məhdudiyyəti tətbiq etməsini pisləyib  

22:39
24 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

22:36
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb  

20:20
24 Dekabr

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNİB-3 

20:15
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini panel müzakirələrlə davam etdirib  

20:07
24 Dekabr

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib  

20:03
24 Dekabr

TÜRKSOY-un Baş katibi Sultan Raevdən  

19:58
24 Dekabr

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan  

19:57
24 Dekabr

Azərbaycanın müdafiə naziri Liviya tərəfinə başsağlığı verib  

19:02
24 Dekabr

Orta Dəhliz üzrə yük axınlarının artması Azərbaycan üzrə hansı yeni imkanlar yaradır?  

18:44
24 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:42
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:39
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:38
24 Dekabr

Moskva Mayamidə danışıqların yekunları üzrə Vaşinqtonla əlaqələrini davam etdirəcək  

18:37
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!