29 Oktyabr 2025 17:57
3645
PARLAMENT
A- A+
Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Beynəlxalq Parlament Konfransı keçirilib  

Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Beynəlxalq Parlament Konfransı keçirilib  


Oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, 5 beynəlxalq təşkilatın təmsilçiləri iştirak ediblər.

Konfransı giriş nitqi ilə açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr edilən beynəlxalq parlament konfransının Azərbaycanda keçirilməsinin dərin rəmzi mənası var. Bu il biz müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının 30 illiyini qeyd edirik. Bununla əlaqədar 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub.

Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələr tarixidir. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan siyasi, iqtisadi, hərbi və digər sahələrdə mürəkkəb vəziyyətə düşmüşdü. Ölkəmizə qarşı silahlı təcavüz və daxili böhran dövlət müstəqilliyinin itirilməsi təhlükəsini törətmişdi.

Belə bir şəraitdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əzmlə həyata keçirdiyi tarixi missiya ölkəmizin qarşısında dayanan problemləri aradan qaldırmağa, vəziyyəti sabitləşdirməyə, qanunçuluğu bərpa etməyə və müasir dövlətin əsaslarını yaratmağa imkan verdi. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin inkişaf strategiyasını irəli sürdü, xalqın suverenliyi, qanunun aliliyi, hakimiyyət bölgüsü prinsiplərini müəyyən etdi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün təminatlar yaratdı. Bu mənada dövlətimizin əsas qanunu təkcə hüquqi sənəd deyil, həm də milli tariximizin yeni dövrünün, gələcəyə inam və quruculuq dövrünün simvoludur”.

Milli Məclisin sədri deyib ki, Ulu Öndər Heydər Əliyevin başladığı yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında əldə edilən tarixi qələbələr nəticəsində Azərbaycan özü beynəlxalq hüququn qüvvəsini bərpa edib. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərqərar edilməsi ilə Azərbaycan Konstitusiyasında müəyyənləşdirilmiş prinsiplər real həyatda öz təcəssümünü tapıb.

Sonra konfrans iştirakçıları müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması məsələlərinə dair fikirlərini bölüşüblər.

Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədri Saqr Qobaş Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibətilə təbriklərini çatdıraraq, ölkənin suverenliyinin möhkəmləndirilməsi, dayanıqlı inkişafın təmin edilməsində Konstitusiyanın rolunu qeyd edib. Son 30 il ərzində Azərbaycanda milli iradə, siyasi uzaqgörənlik sayəsində hərtərəfli inkişafın müşahidə olunduğunu söyləyib. Bildirib ki, Azərbaycan təcrübəsi Konstitusiyanın cəmiyyət və dövlət arasında münasibətləri tənzimləyən, dövlətin konstitusion quruluşunu təsbit edən, ölkənin iqtisadi, siyasi, sosial, xüsusiyyətlərini özündə əks etdirən, habelə regional və beynəlxalq münasibətlərdə mövqeyini müəyyən edən bir sənəd olduğunun bariz nümunəsidir.

Saqr Qobaş Azərbaycanda həyatın bütün sahələrində, o cümlədən təhsil, səhiyyə, ətraf mühitin qorunması, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində təqdirəlayiq nailiyyətlərin əldə edildiyini vurğulayıb. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinə inamını ifadə edib. Hər iki ölkənin qanunverici orqanlarının Konstitusiya dəyərlərinin və prinsiplərinin həyata keçirilməsində önəmli rolundan bəhs edib. Azərbaycan dövləti və xalqına davamlı tərəqqi və rifah arzulayıb.

Sonra Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani çıxışında Azərbaycan üçün əlamətdar hadisə - ölkə Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən tədbirdə iştirakından məmnunluğunu ifadə edib. O, Konstitusiyanın dövlət və xalq arasında körpü rolunu oynadığını, cəmiyyətdə ədalətin təmin edilməsi, dövlətçiliyin əsaslarının müəyyənləşdirilməsi ilə bağlı məsələlərin, insanların hüquq və azadlıqlarının təsbit edildiyi ali sənəd olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın demokratik prinsiplərə əsaslanan Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində müstəsna xidmətlərini xüsusi qeyd edib.

O, Prezident İlham Əliyevin Azərbaycan dövlətinin suverenliyini və müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək və ölkənin beynəlxalq mövqeyini möhkəmləndirmək sahəsində atdığı mühüm əhəmiyyətli addımları təqdir edib.

Konfransda çıxış edən Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Fayzali İdizoda Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar təbriklərini çatdırıb, Konstitusiyanın hər bir müstəqil dövlətin hüquqi, siyasi və sosial əsasını təşkil edən, dövlətin suverenliyini təsdiqləyən ali hüquqi sənəd olduğunu qeyd edib. Tacikistanla Azərbaycan arasında dərin tarixi köklərə, ortaq mədəni dəyərlərə, adət-ənənələrə əsaslanan dostluq əlaqələrinin olduğunu söyləyib. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, mütəmadi təmaslarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. İkitərəfli əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolunu qeyd edərək, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında sazişin imzalandığını və bunun ölkələrimiz arasında siyasi, iqtisadi, elmi-texniki, sosial-mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində vacibliyindən danışıb.

Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean Rumıniyanın Azərbaycanla əlaqələrinə önəm verdiyini bildirib. Azərbaycan Konstitusiyasının 30 illiyinin qeyd edilməsini ölkə həyatında mühüm hadisə kimi dəyərləndirib. Konstitusiyanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkənin siyasi sisteminin əsaslarının təmin edilməsi, ərazi bütövlüyünün, suverenliyin qorunması, qanunun aliliyi, insan hüquq və azadlıqlarına əməl edilməsi baxımından önəmli olduğunu söyləyib. Konstitusiyanın 30-cu ildönümünə həsr olunmuş Beynəlxalq Parlament Konfransının keçirilməsinin qanunverici orqanlar arasında əməkdaşlığın əyani sübutu olduğunu deyib. Azərbaycan Konstitusiyasının ölkəmizin və xalqımızın gələcək inkişafı üçün möhkəm təməl rolunu oynadığını vurğulayıb.

Konfransda Belarus Milli Assambleyası Respublika Şurasının sədr müavini Vladislav Tatarinoviç, Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani, Serbiya Milli Assambleyasının sədr müavini Covan Canciç, Kamboca Milli Assambleyası sədrinin ikinci müavini Sot Vonq, Türkiyə Böyük Millət Məclisinin üzvləri Hasan Turan və Şamil Ayrım, Özbəkistan Ali Məclis Senatının komitə sədri Əbdulhakim Eşmuratov, Rusiya Federal Məclis Federasiya Şurasının deputatı Natalya Kuvşinova, Pakistan Milli Assambleyasının deputatı Sofiya Said Şah, Qazaxıstan Parlament Məclisinin üzvü Aydos Sarım, İtaliya Deputatlar Palatasının üzvü Eucenio Zoffili, Malayziya Senatının üzvü Mohd Hatta Bin Ramli və Cənubi Afrika Milli Assambleyasının üzvü Verner Horn çıxış edərək, Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə səmimi təbriklərini çatdırıb, yüksək təşkilatçılığa görə minnətdarlıqlarını bildiriblər.

Çıxışçılar öz ölkələri ilə Azərbaycanın konstitusiya tarixləri arasında paralellər aparıblar, müstəqillik və suverenlik uğrunda mübarizədə oxşar tarixi təcrübələrə diqqət çəkiblər.

Qeyd olunub ki, Azərbaycan Konstitusiyası xalqın arzularının və milli iradəsinin ifadəsi kimi formalaşmış, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji məqsədlərin hüquqi əsasını yaratmaqla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin möhkəm zəminini təşkil etmişdir.

Konfrans iştirakçıları Azərbaycanın bu gün Qarabağ Zəfəri ilə taclanan yeni bir tarixi dövr yaşadığını qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan bu gün yalnız ərazi bütövlüyünün deyil, həm də konstitusional quruluşunun və suverenliyinin təntənəsini yaşayır.

Sonra konfransda Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Əlcarvan, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev və Türk Dövlətləri Parlament Assambleyasının Baş katibinin müavini Muhammet Alper Hayali çıxış ediblər.

Çıxış edənlər Azərbaycanın sülhə, tərəqqiyə və əməkdaşlığa verdiyi töhfələri yüksək qiymətləndirərək, Azərbaycan Milli Məclisi ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Onlar Azərbaycanın daha böyük uğurlar qazanacağına əminliklərini bildiriblər və parlamentlərarası əməkdaşlığın sülhə və bəşəriyyətin rifahına xidmət edəcəyinə inandıqlarını vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!