06 Dekabr 2025 08:20
243
SİYASƏT
A- A+
Qətiyyətli siyasətin diktəsi

Qətiyyətli siyasətin diktəsi


Son beş ildir Cənubi Qafqazda müşahidə olunan sabitlik, ölkələrarası münasibətlərdə normallaşma və de-fakto sülhün əldə edilməsi Azərbaycanın bu istiqamətdə yürütdüyü qətiyyətli siyasətin yaratdığı reallıqlardır. Bu gün münaqişədən uzaq bölgə kimi çoxsaylı ölkələrin əməkdaşlıq üçün maraq dairəsinə düşən Cənubi Qafqazda kommunikasiyaların açılması və Orta dəhlizin vacib hissəsinə çevriləcək Zəngəzur dəhlizi (TRIPP) kimi nəhəng layihənin timsalında regionun inkişaf və tərəqqi vəd edən strateji məkana çevriləcəyi gün kimi aydındır. 

Bütün bunlar Azərbaycanın liderliyi ilə yürüdülən normallaşma prosesinin, onun sülh gündəliyinə sadiqliyinin uğurlu nəticələridir. Ölkəmizin bölgədə sülhü təşviq edən səyləri beynəlxalq müstəvidə də təqdir edilir və yüksək qiymətləndirilir.

Dekabrın 4-də Almaniya Kansleri Fridrix Merts də Prezident İlham Əliyevə zəng edərək, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb. Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edən Prezident İlham Əliyev isə ölkəmizin regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib.


Sülh yolu


Torpaqlarının 20 faizi işğal altında olanda belə münaqişənin sülh yolu ilə tənzimlənməsi tərəfdarı olan ölkəmiz  döyüş yolu ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra da sülh təşəbbüslərini irəli sürməklə dünyada nümunə yaradıb. İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra Azərbaycan sülh üçün lazım olan vacib addımları atmağa başlayıb, iki ölkə arasında münasibətlərin normallaşması üçün qarşı tərəfə beynəlxalq hüququn norma və prinsiplərinə cavab verən 5 baza prinsip təqdim edib. Ancaq Ermənistanın qeyri-konstruktivlik sərgiləməsi və üçüncü tərəflərin müdaxiləsi bir neçə il ərzində sülh istiqamətində hansısa irəliləyişlərin əldə olunmasına mane olub. Bunun başlıca səbəblərindən biri də İrəvanın Bakı ilə birgə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətdən yayınması idi. Ermənistan hətta sülh müqaviləsi bağlansa belə, adıçəkilən qrupun mövcudluğunu qoruyub saxlamaq, bununla gələcəkdə ölkəmizə qarşı yenidən ərazi iddiaları və digər təxribatlar üçün siyasi zəmin hazırlamaq istəyirdi. Çünki yarandığı 1992-ci ildən etibarən bu qrup münaqişənin danışıqlar vasitəsilə həllinə deyil, sözün əsl mənasında, onun sonsuzadək dondurulmasına çalışırdı. Həmsədrlərin müharibə variantını qəti şəkildə rədd etməsi də mövcud vəziyyətin Ermənistana sərf etdiyi və onun xeyrinə olduğu üçün idi. Ancaq Azərbaycan Minsk qrupunun 28 il ərzində danışıqlar vasitəsilə həll etmək istəmədiyi münaqişəni cəmi 44 gün ərzində hərb yolu ilə həll etdi. Ölkəmizin  bu qələbəsi Minsk qrupunun da fəaliyyətinə de-fakto son qoydu. 

"Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır...", - deyə hələ 2022-ci ildə Prezident İlham Əliyev ATƏT-in keçmiş Minsk qrupunun yarıtmaz fəaliyyətini dəqiq qiymətləndirmişdi. 

Bunlar da göstərirdi ki, tam iflasa uğramış ATƏT-in Minsk qrupunun hüquqi olaraq buraxılmasının vaxtı çoxdan yetişib. 


Bölgənin ən dinc və sabit dövrü 


Bu il avqustun 8-də Vaşinqton  sammitində iki ölkə arasında normallaşma istiqamətində fundamental təməllər qoyuldu.  Həmin tarixdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan-Azərbaycan arasında Birgə Bəyannamə imzalandı. Dövlət başçılarının iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi paraflandı.

Bundan əlavə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ölkələrimiz arasında münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk prosesi və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciəti imzaladılar. 

Cari il dekabrın 1-də ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırdı və onunla bağlı strukturları ləğv etdi. Qeyd edək ki, müvafiq qərar  Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra 1 sentyabr 2025-ci ildə ATƏT-in Nazirlər Şurasında qəbul olunmuşdu.

Bununla əlaqədar ATƏT-in bəyanatında bildirilib ki, bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir. Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı və ABŞ Prezidenti Donald Trampın da şahidi olduğu tarixi Birgə Bəyannamənin ardınca ATƏT-in bütün 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarını həyata keçirdi.

Beləliklə, bu qrup de-yure ləğv edildi və Qarabağ məsələsi beynəlxalq müstəvidə də tamamilə bağlandı. 

4 dekabrda Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı Minsk prosesinin başa çatması prosesinə toxunan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diqqətə çatdırıb ki, nəticə etibarilə, regionda sülh de-fakto bərqərar olub: "Bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü yaşayır. Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir".

Sözügedən tarixdə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə də görüşüb. Görüşdə digər məsələlərlə yanaşı, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Vaşinqton Sammitinin nəticələri, ölkəmizin sülh prosesi çərçivəsində gözləntiləri barədə qarşı tərəfi məlumatlandırıb. İşğal dövrünün qalıqları olan Minsk prosesi və əlaqədar strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb və əldə olunmuş nəticə təqdir olunub.

Bütün bu tarixi nailiyyətlərin fonunda da göründüyü kimi, Azərbaycanın davamlı səyləri və qətiyyətli addımları bölgədə dayanıqlı sülh, rifah və tərəqqi üçün tarixi şərait formalaşdırıb.  


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!