06 Dekabr 2025 21:35
491
CƏMİYYƏT
A- A+
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli dekabrın 6-da Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abdulqafor Kirgizbayevlə görüşüb.

Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, görüşdə Əziz Ələkbərli Qərbi Azərbaycan məsələsini qonağın diqqətinə çatdıraraq, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarından deportasiya olunması, bir əsrdə dörd dəfə etnik təmizləməyə məruz qalmaları və üzləşdikləri tarixi ədalətsizliklər barədə ətraflı məlumat verib. O, bu məsələnin regiondakı sülh və ədalət mexanizmlərinin əsas elementlərindən biri olduğunu qeyd edərək beynəlxalq səviyyədə daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb.

Görüş zamanı İcma sədri, həmçinin qardaş Azərbaycan və Özbəkistan xalqları arasındakı dostluq münasibətlərindən, mədəni oxşarlıqdan və tarixi bağlardan bəhs edərək, özbək dilinin Azərbaycan dilinə yaxınlığının xalqlar arasında ünsiyyəti daha da asanlaşdırdığını bildirib. Qonaq isə bu səbəbdən söhbətin tərcümə olmadan aparılmasından məmnunluğunu ifadə edib.

Əziz Ələkbərli Qarabağ torpaqlarının işğaldan azad edilməsindən sonra aparılan genişmiqyaslı bərpa işlərinə toxunaraq, məhz Özbəkistan tərəfindən Qarabağda ilk məktəbin inşa olunmasını böyük qardaşlıq rəmzi kimi qiymətləndirib. Mirzə Uluqbəy adına olan bu məktəbin Azərbaycan–Özbəkistan dostluğunun parlaq nümunəsi olduğu bildirilib.

Söhbət zamanı Əziz Ələkbərli Özbəkistanın ictimai-siyasi həyatında mühüm rol oynamış bir sıra şəxsləri, o cümlədən Maqsud Şeyxzadə kimi ziyalıları hörmətlə xatırlayıb. O, həmçinin Türk Dövlətləri Təşkilatının fəaliyyəti, Türk dünyasında inteqrasiya prosesləri və gələcək strateji hədəflər barədə fikirlərini bölüşüb.

İcma sədri ortaq türk əlifbasının artıq formalaşdığını, lakin ortaq türk dilinin müəyyən edilməsinin də gələcək əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüş zamanı Abdulqafor Kirgizbayev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan–Özbəkistan əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunu, 2004-cü ildə Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfərini və böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışında iştirakının hörmətlə xatırlandığını bildirib.

Söhbətin davamında Əziz Ələkbərli Özbəkistanda Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində tədbirlərin keçirilməsinin arzuolunan olduğunu qeyd edib və bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşün sonunda rektor, İcma sədrinə simvolik hədiyyə təqdim edib, daha sonra görüş xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

İkitərəfli görüş, Azərbaycan–Özbəkistan dostluğunun daha da möhkəmlənməsinə və Qərbi Azərbaycan məsələsinin beynəlxalq platformalarda daha geniş tanıdılmasına mühüm töhfə kimi dəyərləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK  

12:55
13 Yanvar

Siyasi şərhçi: Çinin Cənubi Qafqaz regionu ilə münasibətləri ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından önəmlidir VİDEO  

12:44
13 Yanvar

Kamran Əliyev: Bəzən işə qəbul olunan prokurorluq əməkdaşları bu peşənin məsuliyyətinə, zəhmətinə tab gətirə bilməyiblər  

12:42
13 Yanvar

Nazir: Azərbaycan ixracının 46,7 faizi İtaliyanın payına düşür

12:31
13 Yanvar

Baş prokuror: Prokurorluq orqanlarında 115 xanım əməkdaş çalışır  

12:01
13 Yanvar

Kamran Əliyev: Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97 faizini təşkil edəcək  

11:47
13 Yanvar

“Citigroup”: Qızılın qiyməti 5000 dollara yüksələ bilər  

11:30
13 Yanvar

Biləsuvarda zəlzələ olub

11:23
13 Yanvar

Ötən gün 64 cinayətin açılması təmin edilib  

11:22
13 Yanvar

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb  

11:21
13 Yanvar

Sudanlı nazir müavini “ASAN xidmət”də  

11:19
13 Yanvar

“Goldman Sachs” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb  

11:17
13 Yanvar

Rusiya ordusu Ukrayna ərazisinə kütləvi hava hücumu edib, ölənlər və yaralananlar var  

11:14
13 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

10:51
13 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib  

10:48
13 Yanvar

Azad olunmuş ərazilərdə dayanıqlı məşğulluğun mərkəzi - Ağdam Sənaye Parkı 

10:31
13 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:21
13 Yanvar

N hərbi hissəsində taktiki təlim keçirilib  

10:18
13 Yanvar

Azərbaycanda sayğaclaşdırma səviyyəsi Avropa İttifaqı ilə müqayisədə yüksəkdir 

10:16
13 Yanvar

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:11
13 Yanvar

Azərbaycan nefti cüzi bahalaşıb  

10:06
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!