04 Aprel 2025 17:09
1761
PARLAMENT
A- A+
Milli Məclis beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırıb

Milli Məclis beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırıb

BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən, hər il aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur. Azərbaycan Respublikası Ermənistanın otuz il davam etmiş hərbi işğalı nəticəsində ərazilərinin mina və partlamamış hərbi sursatlarla çirklənməsi kimi ciddi problemlə üz-üzədir. Ermənistan 1,5 milyon mina və ondan az sayda olmayan partlamamış hərbi sursatlarla Azərbaycan ərazisinin 13 faizdən çoxunu çirkləndirib. Bu problem mülki əhali üçün ciddi təhlükə yaradır, sosial-iqtisadi inkişafa, işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına ciddi əngəl törədir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi irimiqyaslı dağıntılar və mina probleminin aradan qaldırılması külli miqdarda vəsait tələb edir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Milli Məclisin 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar münasibətində öz əksini tapıb.

Bildirilib ki, Ermənistanın qanunsuz hərbi işğal dövründə Azərbaycan ərazilərində basdırdığı minalar bir hərbi vasitə kimi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı gücdən istifadə olmaqla bərabər, beynəlxalq humanitar hüququn kobud şəkildə pozuntusunu təşkil edir. Ermənistan minaları beynəlxalq normalarla nəzərdə tutulan işarələrsiz və əksər halda heç bir hərbi zərurət olmadan basdırıb. Ermənistan hərbi əməliyyatlar başa çatdıqdan sonra səhih mina xəritələrini Azərbaycana tam şəkildə təqdim etmək öhdəliyinə əməl etməyib və Azərbaycan ərazilərində mina basdırmaqda davam edib. Bütün bunlar Ermənistanın minaları basdırmaqda əsas məqsədinin mülki əhali arasında itkilərə səbəb olmaq, yenidənqurma, bərpa işlərinə və öz evlərindən zorla çıxarılmış insanların qayıdışına maneə yaratmaq olduğunu sübut edir.

Xatırladılıb ki, 2020-ci ildə müharibənin başa çatmasından sonra əksəriyyəti mülki şəxslər olmaqla 388 nəfər azərbaycanlı mina qurbanı olub. Humanitar dəyərləri ali tutan Azərbaycan Respublikası minatəmizləmə sahəsinə böyük diqqət və resurslar ayrılır. Ölkəmiz bu sahədə müvafiq qanunvericilik aktları qəbul edib və güclü praktik qabiliyyətlər inkişaf etdirib. Aparılmış məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan ərazilərinin xeyli hissəsi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib və bu fəaliyyət sistemli şəkildə davam edir. Azərbaycan humanitar həmrəylik prinsiplərinə əsaslanaraq, öz təcrübəsini mina problemindən əziyyət çəkən digər dövlətlərlə bölüşür.

“Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan xalqının üzləşdiyi bu böyük humanitar problemin aradan qaldırılması işində xarici yardımlar bu sahəyə sərf olunan resursların cüzi bir hissəsini təşkil edir. Milli Məclis Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmiş dövlətlərə və təşkilatlara öz təşəkkürünü ifadə etməklə bərabər, xarici yardımların yetərli səviyyədə olmadığını qeyd edir. Xüsusilə təəssüf doğuran hal odur ki, beynəlxalq humanitar hüquq və minatəmizləmə sahəsində beynəlxalq fəaliyyətə böyük əhəmiyyət verdiyini iddia edən bəzi dövlətlər Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmir, əksinə, Ermənistanın silahlanmasına hərtərəfli dəstək verirlər”, - deyə münasibətdə qeyd edilib.

Milli Məclis, həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycan ərazilərini işğalına görə məsuliyyətini etiraf etməsi və səhih mina xəritələrini Azərbaycana verməsi üçün bu dövlətə təzyiq göstərməyə, minatəmizləmə sahəsində Azərbaycana yardımlarını artırmağa çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır  

18:23
11 Mart

Azərbaycan və Serbiya ordularının Baş Qərargah rəisləri arasında telefon danışığı olub  

18:12
11 Mart

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

18:08
11 Mart

Milli Məclisdə ictimai dinləmə: Kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər 

18:01
11 Mart

Agentlik ölkəyə repatriasiya olunan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb  

17:57
11 Mart

Aİ Şurasının Prezidenti: Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır  

17:53
11 Mart

Antonio Koşta: Enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir

17:50
11 Mart

Antonio Koşta: Azərbaycanın Aİ vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardımını yüksək qiymətləndiririk  

17:49
11 Mart

Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib  

17:48
11 Mart

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

17:47
11 Mart

Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində siyasətini yüksək qiymətləndirib  

17:33
11 Mart

Prezident İlham Əliyev: Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq  

17:30
11 Mart

Prezident İlham Əliyev: Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir  

17:30
11 Mart

Azərbaycan ilə İndoneziya arasında aqrar sahədə İşçi Qrup yaradılacaq  

17:28
11 Mart

Mütəxəssis: Martda hava şəraitinə uyğun geyinmək və temperatur dəyişiklikləri ilə bağlı diqqətli olmaq lazımdır  

17:28
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir

17:27
11 Mart

Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib  

17:22
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!