03 Fevral 2026 18:23
1961
Elm və texnika
A- A+
Milli Aviasiya Akademiyasında ənənəvi “Fevral məruzələri” beynəlxalq elmi-praktik gənclər konfransının açılışı olub  

Milli Aviasiya Akademiyasında ənənəvi “Fevral məruzələri” beynəlxalq elmi-praktik gənclər konfransının açılışı olub  


Milli Aviasiya Akademiyasında (MAA) “Fevral məruzələri 2026: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı XI beynəlxalq elmi-praktik gənclər konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, 3 gün davam edəcək beynəlxalq konfrans aerokosmik sahədə gənc tədqiqatçıların yaradıcı potensialının dəstəklənməsi, innovativ yanaşmaların təşviqi və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm akademik platforma kimi çıxış edir.

Builki konfransda ümumilikdə 428 nəfər iştirak edir. Proqram çərçivəsində 276 elmi məruzə dinləniləcək. Konfransa ABŞ, Türkiyə, Almaniya, Koreya, Qazaxıstan, Rusiya, Özbəkistan və Qırğızıstan kimi ölkələrdən 45 nəfər tədqiqatçı qatılıb.

Konfransın geniş institusional əhatə dairəsi də diqqətəlayiqdir. Ümumilikdə tədbirdə 39 müxtəlif yerli və xarici universitet, elmi-tədqiqat institutu, dövlət qurumu və aparıcı təşkilat təmsil olunub. Bu fakt “Fevral məruzələri”nin artıq regionun aparıcı gənclər elmi platformalarından birinə çevrildiyini göstərir.

Konfransı giriş sözü ilə açan birinci prorektor, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin iştirakçılara salamlarını və təbrikini çatdırıb və MAA-nın son 30 ildə keçdiyi inkişaf yolu haqqında məruzə ilə çıxış edib.

Konfrans çərçivəsində 11 bölmə üzrə aerokosmik sahə, nəqliyyat, energetika, iqtisadiyyat, hüquq, fundamental elmlər və texniki inkişaf istiqamətlərində aktual problemlər müzakirə olunacaq.

Plenar iclasda Merilend Universitetinin (ABŞ) fəxri professoru akademik Roald Saqdeyev, Moskva Fizika-Texnika İnstitutunun professoru Emil Əhmədov, Helmholts Elmi-Tədqiqat Mərkəzinin (Almaniya) əməkdaşı, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, Azərbaycanın Əməkdar elm xadimi, professor Məsud Əfəndiyev və Piri Reis Universitetinin (Türkiyə) elmi işlər üzrə müşaviri, Beynəlxalq SARES cəmiyyətinin prezidenti, professor Hikmet Karakoç çıxış edərək aerokosmik elmin gələcək inkişaf perspektivlərini və MAA-da gənclərin innovasiyalara töhfəsini xüsusi vurğuladılar.

Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək bildirib ki, Milli Aviasiya Akademiyası akademik Arif Paşayevin Azərbaycan xalqına verdiyi çox böyük bir töhfədir. "Müəssisə yaratmaq olar, onu inkişaf etdirmək olar. Amma bir elmi mühit, bir düşüncə məktəbi yaratmaq hər kəsə nəsib olmur. Arif Paşayev məhz bunu bacaran şəxsiyyətdir",- deyə Milli Məclisin sədr müavini qeyd edib.

Onun sözlərinə görə, Arif Paşayevin təşəbbüsü ilə keçirilən bu konfranslar silsiləsi məhz bu ehtiyaca cavab verir və eyni zamanda gənc nəslin düşüncəsinə elmin yaşaması zərurətini ötürür: "Keçirilən bu konfranslar, nəşr edilən elmi kitablar və yetişdirilən mütəxəssislər bir daha göstərir ki, Milli Aviasiya Akademiyası təkcə təhsil müəssisəsi deyil. Bu, milli düşüncənin, elmi irsin və dövlət müstəqilliyinin daşıyıcısı olan bir məkandır".

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bildirib ki, çox gözəl bir konfrans təşkil olunub və konfransın məzmunu olduqca düşünülmüş şəkildə hazırlanıb. "Xüsusilə qeyd etmək lazımdır ki, Roald Saqdeyev Amerikadan gələrək bir daha öz intellektual potensialını nümayiş etdirdi və yüksəksəviyyəli, maraqlı bir məruzə ilə çıxış etdi".

Hafiz Paşayevin sözlərinə görə, Arif Paşayev haqqında çox danışmaq olar. O, heç vaxt kiməsə əziyyət verməkdən xoşlanmayan, daim insanları və xüsusilə tələbələri ön planda tutan bir şəxsdir. Bugünkü çıxışında da bunu aydın şəkildə gördük.

"Arif müəllim keçmişinə, həmkarlarına və ətrafındakı insanlara həmişə sadiq olub, onların maraqlarını qorumağa çalışıb. Bu baxımdan ondan öyrəniləsi çox şey var",- deyə H.Paşayev vurğulayıb.

Sonda Hafiz Paşayev Arif Paşayev adından hər kəsə təşəkkür edib. Qeyd edib ki, akademik Arif Paşayevə tədbirin və ona yüksək səviyyədə təşkil olunduğunu çatdıracağını bildirib.

Konfrans proqramına elmi müzakirələrlə yanaşı “Fundamental elmlər və texniki inkişaf”, “Energetikanın müasir problemləri” mövzularında dəyirmi masalar, eləcə də “İdeyadan nəşrə – məqalə yazma bacarığı” və “Hava limanında yerüstü xidmətlərin mərkəzləşdirilmiş rəqəmsal idarəetmə sisteminin qurulması” mövzularında ustad dərsləri daxil edilib.

Bundan əlavə, tədbir çərçivəsində “Maliyyə uçotu” dərsliyi və “Auditdə iqtisadi təhlil” dərs vəsaitinin təqdimatı nəzərdə tutulub.

“Fevral məruzələri” beynəlxalq konfransı gənc tədqiqatçıların aerokosmik innovasiyalara töhfəsi baxımından MAA-nın elmi strategiyasının əsas istiqamətlərindən biri, həm də beynəlxalq elmi əməkdaşlığın inkişafında mühüm resursdur.

Konfransın sonunda Azərbaycan Respublikasının əməkdar artisti, pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Lalə Məmmədova iştirakçılara uğurlar arzuladı və kiçik konsert proqramı ilə çıxış edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub YENİLƏNİB  

13:16
17 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub YENİLƏNİB

12:47
17 Aprel

Baş nazirin müavini: Rusiya və Azərbaycanın iqtisadi potensialı qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasına imkan verir  

12:39
17 Aprel

Azad olunmuş ərazilərdə yeni hərbi infrastruktur obyektləri yaradılır

12:35
17 Aprel

Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB 

12:31
17 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:21
17 Aprel

Vüqar Süleymanov: Vətən müharibəsindən bəri 264 min 581 hektar sahədə minatəmizləmə fəaliyyəti icra olunub

12:18
17 Aprel

Baş nazirin müavini: Azərbaycan məhsuldar dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa açıq tərəfdaşdır

12:12
17 Aprel

İran-ABŞ danışıqlarında əsas fikir ayrılıqları məlum olub  

12:11
17 Aprel

Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşüb

12:08
17 Aprel

Sədr: Azərbaycan QHT-ləri 2025-ci ildə 17 fərqli ölkədə 43 tədbir keçirib  

12:07
17 Aprel

Kür çayının mənsəb hissəsində su sərfi 2 dəfəyə qədər artacaq

12:00
17 Aprel

ABŞ İranla müharibə fonunda xalis neft ixracatçısı statusuna yaxınlaşıb

11:53
17 Aprel

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun üzvlərinin Ağdama səfəri başlayıb  

11:53
17 Aprel

Ali Məhkəmədən xəbərdarlıq: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

11:51
17 Aprel

Dövlət dəstəyi sayəsində Azərbaycanda QHT-lərin fəaliyyəti genişlənir

11:46
17 Aprel

“Politico”: Tramp münaqişəyə son qoymaq üçün İranın tələblərinin bir hissəsini qəbul edə bilər

11:41
17 Aprel

ICAO və Dövlət Mülki Aviasiya Agentliyi arasında təlim xidmətlərinə dair razılaşma imzalanıb  

11:32
17 Aprel

I rübdə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin həcmi 142 milyon kilovat-saatı ötüb  

11:23
17 Aprel

Azərbaycanın yaşıl enerji istehsalı 8 faizdən çox artıb

11:16
17 Aprel

“ASAN xidmət” modeli Nyu-Yorkda diqqət mərkəzində

11:08
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!