01 Sentyabr 2024 13:26
90
CƏMİYYƏT
A- A+

Mətbuat Şurası: Saat 13.00-dək "qaynar xətt"ə media təmsilçilərindən hər hansı zəng daxil olmayıb

 

Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08.00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.

Şuradan AZƏRTAC-a verilən məlumata görə, saat 13.00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən qurumun telefon nömrələrinə hər hansı zəng daxil olmayıb.

Qeyd edilib ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.

Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə edirlər. Hələlik Mətbuat Şurasının sədri Rəşad Məcid 35 saylı Xətai üçüncü seçki dairəsinin 5-ci, 6-cı, 7-ci məntəqələrində, sədr müavini Səadət Məmmədova 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 32 saylı seçki məntəqəsində, İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu Abşeron rayonu 50 saylı üçüncü seçki dairəsinin 4 nömrəli məntəqəsində prosesi izləyiblər. Onlar hər hansı pozuntu faktı aşkarlamayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video