07 May 2026 09:30
400
Mədəniyyət
A- A+
Mərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirilib

Mərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirilib


Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakının yeni istirahət parklari ilə zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Qlobal ekoloji böhran fonunda şəhərlərin qədimliyinin qorunması ilə yanaşı, müasirləşməsi və ətraf mühitin qorunması, problemlərin həlli istiqamətində paytaxtda genişmiqyaslı tədbirlər görülür.

Bu qəbildən paytaxtımızın mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş Mərkəzi Nəbatat bağı şəhər sakinlərinin və qonaqların sevimli gəzinti və istirahət məkanına çevrilib. Burada təşkil edilən kütləvi tədbir və ekskursiyalar parkı insanlar üçün daha cəlbedici edir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Humanitar şöbəsinin, Azərbaycan Rəssamlıq Akademiyası  və Mərkəzi Nəbatat bağının birgə təşkil etdiyi "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda sərgi-müsabiqə Ulu Öndərin əziz xatirəsinə həsr edilib.

Tədbirin əvvəlində Azərbaycan Dövlət Filarmoniyasının orkestrinin ifasında konsert proqramı təqdim edilib. 

Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin, gənc rəssamların,  ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə akademiyanın 25  tələbəsinin rəsm, heykəltəraşlıq və xalçaçılıq işləri nümayiş etdirilib. 

Tədbir iştirakçıları qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Mərkəzi Nəbatat bağının direktoru Əli Cəfərov, Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, akademiyanın tələbəsi Aygün Xanalıyeva  sərgi-müsabiqənin əhəmiyyəti, onun gənc rəssamlar arasında maraqla qarşılanması, yeniyetmə və gənclərdə incəsənətin müxtəlif növlərinə olan marağın artmasında böyük rol oynadığını bildiriblər.

Sərgidə nümayiş etdirilən rəsm, heykəltəraşlıq və xalçaçılıq əsərləri Azərbaycan Rəssamlıq Akademiyasının münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yerin qalibləri müəyyənləşdirilib. Cahan Musayeva birinci yerə, Aydan Qurbanova ikinci yerə və  Nərmin Nadirova üçüncü yerə layiq görülüblər.

Sərginin qaliblərinə pul mükafatları və sertifikatlar, digər iştirakçılara  həvəsləndirici hədiyyələr təqdim edilib.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal siyasətdə yeni nizamsızlıq

18:07
13 May

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

17:59
13 May

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Xankəndinin “gənclər şəhəri” kimi inkişafı planlaşdırılır

16:00
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!