01 Sentyabr 2024 10:41
61
SİYASƏT
A- A+

Məntəqə sədri: Füzuli şəhərində seçicilərin rahat səs vermələri üçün bütün şərait yaradılıb


İşğaldan azad edilən Füzuli şəhərində seçicilər dörd məntəqədə səs verirlər.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu barədə 84 saylı Füzuli seçki dairəsinin 75 saylı seçki məntəqəsinin sədri Ləman Məstalıyeva deyib.

Onun sözlərinə görə, seçki məntəqəsində seçici fəallığı müşahidə edilir:

“Milli Məclisə növbədənkənar seçkilərin işğaldan azad olunmuş ərazilərimizdə də həyata keçirilməsi tariximizin ən əlamətdar ictimai-siyasi hadisələrindən biridir.

Füzuli şəhərində dörd seçki məntəqəsi fəaliyyət göstərir və hazırda 75 saylı məntəqədə də səsvermə prosesi davam edir.

Məntəqəmiz seçki qanunvericiliyinə uyğun olaraq, səhər saat 8-də açılıb. Gördüyünüz kimi, səsvermənin başladığı ilk dəqiqələrdən məntəqədə seçici fəallığı müşahidə olunur. Seçicilər sərbəst şəkildə səs verirlər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video