01 Sentyabr 2024 11:20
64
SİYASƏT
A- A+

“Mənim səsim” QHT Koalisiyası seçki dairələrinin 50%-dən çoxunda müşahidə aparır  


“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Naxçıvan MR və işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkə üzrə 70 seçki dairəsində 530-dan çox müşahidəçi ilə səsverməni müşahidə edir.

122 saylı Xankəndi seçki dairəsinin 14 saylı seçki məntəqəsində prosesi izləyən “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının müşahidəçisi Samirə Nağıyeva bildirib ki, seçki prosesi tam sakit, axarında davam edir, hər hansı müdaxilə halı aşkarlanmayıb, seçicilər fəal şəkildə məntəqəyə gəlir: “Müşahidəçilərə də hər hansı maneə yoxdur, digər QHT-lərdən olan həmkarlarım da buradadır, prosesi izləmək üçün hər cür şərait yaradılıb, seçki məntəqəsində gizli səsvermə təmin edilir, proses seçki qanunvericiliyinin tələblərinə uyğun təşkil edilib. Qeydlərimizi götürürük, mərkəzə - “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının Bakıdakı qərargahına ötürürük”.

Laçında 121 saylı Laçın seçki dairəsinin 105 saylı məntəqəsində müşahidə aparan “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının təmsilçisi Qəfər Cabbarov da qeyd edib ki, seçki məntəqəsində fəallıq var: “Hələ ki, hər hansı problem qeydə almamışıq. Qruplarımız ölkə üzrə səpələnib. Xocalıda, Zəngilanda, Füzulidə və azad edilmiş digər ərazilərdə də Koalisiyamız müşahidə aparır”.

Qeyd edək ki, bu il parlament seçkilərində müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib ki, bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edir. QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.

Bu il QHT-lər Milli Məclisə seçkiləri monitorinq etmək üçün 2 seçki koalisiyası təsis edib. Onlardan biri “Mənim səsim” Seçki Monitorinq Koalisiyasıdır. Onun həmtəsisçiləri tanınmış hüquq müdafiəçiləri - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlıdır.

Digər Koalisiya isə “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasıdır. Bu Koalisiyanı “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli təsis edib.

Seçki günü məntəqələrdə müşahidə aparan QHT təmsilçilərindən 20%-i bu 2 seçki koalisiyasının nümayəndələridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video