13 Avqust 2026 15:50
1434
Təhsil
A- A+
Məleykə Abbaszadə I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə keçid balları ilə bağlı gözləntiləri açıqlayıb 

Məleykə Abbaszadə I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə keçid balları ilə bağlı gözləntiləri açıqlayıb 


I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə builki müsabiqə vəziyyəti və keçid balları ilə bağlı proqnozlar açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin canlı yayımda bildirdiyinə görə, RK altqrupunda 600 və daha yuxarı keçid balı formalaşmış ixtisaslarda bu il keçid ballarının təxminən 10 bal aşağı düşəcəyi gözlənilir. 500–600 bal intervalında yerləşən ixtisaslarda ötənilki keçid ballarının əsasən qorunacağı, 400–500 bal intervalında isə keçid ballarının təxminən 10 bal azalacağı proqnozlaşdırılır. 300–400 bal intervalında ciddi dəyişiklik gözlənilməsə də, 200–300 bal intervalında yerləşən ixtisaslar üzrə keçid ballarının təxminən 10 bal artacağı ehtimal edilir. Bu artım əsasən regional və özəl ali təhsil müəssisələrində müşahidə olunacaq. RK altqrupunda dövlət sifarişi üzrə yerlərə qəbul olmaq istəyən və 220 baldan yuxarı nəticə göstərən abituriyentlərin dövlət sifarişi ilə qəbul şansı yüksəkdir.

DİM rəhbəri bildirib ki, Rİ altqrupunda 600 və daha yuxarı bal toplayan 569 nəfər var. Bu göstəriciyə əsasən, ötən il 600 baldan yuxarı keçid balı formalaşan ixtisaslarda bu il keçid ballarının təxminən 10 bal, 500–600 bal intervalında isə 20 bal aşağı düşəcəyi gözlənilir. 400–500 bal intervalında keçid ballarında 5 baladək azalma, 300–400 və 200–300 bal intervallarında isə bəzi ixtisaslar üzrə 50 baladək artım ehtimal olunur.

Məleykə Abbaszadə əlavə edib ki, Rİ altqrupunda bu il ilk dəfə bəzi ixtisasların müsabiqəsində ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə isə balı 50-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər. Bununla belə, həmin ixtisaslarda keçid ballarının 150 bala qədər enəcəyi gözlənilmir və qəbul əsasən ümumi balı 200-dən yuxarı olan abituriyentlər arasında aparılacaq. O, həmçinin bu il Rİ altqrupu üzrə subbakalavrların qəbul sayının azalacağını gözlədiklərini bildirib.

DİM sədri xatırladıb ki, I ixtisas qrupu üzrə plan yerlərinin 75 faizi dövlət sifarişi əsasında ayrılıb və müsabiqəyə buraxılan abituriyentlər düzgün ixtisas seçimi etdikləri təqdirdə qəbul olmaq imkanları yüksəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 51 cinayətin açılması təmin olunub

11:43
22 Sentyabr

Havada normadan artıq toz müşahidə olunur

11:41
22 Sentyabr

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

11:40
22 Sentyabr

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

11:38
22 Sentyabr

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

11:12
22 Sentyabr

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

11:11
22 Sentyabr

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

11:02
22 Sentyabr

Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb

11:00
22 Sentyabr

Qızıl və gümüşün ucuzlaşması davam edir

10:58
22 Sentyabr

Birjalarda neft bahalaşıb

10:57
22 Sentyabr

İnsanabənzər robotlar erası başlayır: ötən il dünyada 7 min android satılıb

10:40
22 Sentyabr

ABŞ Eritreya hakim partiyasına və ordusuna qarşı sanksiyaları ləğv etdi

10:35
22 Sentyabr

ABŞ və Çin ticarət və süni intellekt mövzularında konstruktiv məsləhətləşmələr aparıblar

10:30
22 Sentyabr

Sudanda mədən çökməsi nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb

10:25
22 Sentyabr

"Formula-1" Azərbaycan Qran-prisinə 2 gün qaldı

10:20
22 Sentyabr

Dəniz şəhərində polad avtoqraf  

10:15
22 Sentyabr

Yeni layihələr, işgüzar görüşlər, genişlənən əməkdaşlıq

10:10
22 Sentyabr

Azərbaycan nefti 116 dollara satılır

10:00
22 Sentyabr

Tarix yazan qəhrəman

10:00
22 Sentyabr

Kolumbiya səfiri “ASAN xidmət”də olub

09:59
22 Sentyabr

Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb

09:57
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!