18 Yanvar 2025 23:53
153
DÜNYA
A- A+
Məhkəmə Cənubi Koreya Prezidentinin həbsdə saxlanılmasına qərar verib  

Məhkəmə Cənubi Koreya Prezidentinin həbsdə saxlanılmasına qərar verib  


Seul məhkəməsi hazırda istintaq təcridxanasında saxlanılan ölkə Prezidenti Yun Sok Yolun həbsdə qalmasına qərar verib.

AZƏRTAC xəbər verir ki, qərara əsasən ölkədə qısamüddətli hərbi vəziyyətin tətbiqindən sonra qiyam təşkili şübhəsi ilə başlanılan təhqiqat çərçivəsində 2 gün əvvəl saxlanılan Prezident Yun Sok Yol azı 8 gün həbsdə qalacaq. Məhkəmə hesab edib ki, Prezident Yun Sok Yolun sərbəst buraxılması dəlillərin məhvinə səbəb ola bilər.

Seul məhkəməsinin qərarına əsasən rəsmən dustaq elan edilən Yun Sok Yol barmaq izi və fotoşəkil də daxil olmaqla qeydiyyat prosedurundan keçəcək.

Prezident Yun Sok Yolun həbsdə saxlanılması ilə bağlı məhkəmə iclası yerli vaxtla saat 14:00-da başlayıb və 5 saat davam edib. Prezident Yun Sok Yol məhkəmə iclasında iştirak edərək, həbsinin qanunsuz olduğunu əsaslandırmağa çalışıb. İclasdan sonra onu 2 gündür saxlanıldığı Seul istintaq təcridxanasına aparıblar. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqləri yanvarın 26-dək prezidenti dindirəcəklər. Ondan sonra iş prokurorluğa veriləcək.

Yanvarın 15-də saxlanılan Prezident ötən müddətdə müstəntiqlərə ifadə verməkdən imtina edib. İstintaq qrupu ölkədə hərbi vəziyyət elanı ilə əlaqədar 200 səhifəlik suallar hazırlayıb. Bura qəfil hərbi vəziyyətin elan edilməsinin səbəblərinə, hərbçilərin mərkəzi seçki komissiyasının binasına girməsi üçün əmr verilməsinə, parlamentin işinin pozulmasına dair suallar daxildir. İxtisasca hüquqşünas olan, uzun illər prokurorluq orqanlarında çalışmış Yun Sok Yol həbsini və istintaqı qanunsuz hesab edir.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol dekabrın 3-də elan etdiyi hərbi vəziyyətlə əlaqədar qiyama cəhd və vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə başlanmış istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb. Yun Sok Yol prezidentliyi dövründə həbs olunan ilk şəxs kimi Cənubi Koreya tarixinə düşüb. Düzdür, Yun Sok Yol haqqında parlamentin impiçment qərarı var və o, hazırda səlahiyyətlərini icra etməsə də, Konstitusiya Məhkəməsi hələ impiçmentə dair yekun qərar verməyib. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin impiçment qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir. Artıq yanvarın 14-də Konstitusiya Məhkəməsi impiçment məsələsi ilə əlaqədar prosesə başlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"AzerGold" QSC-də 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

03:04
19 Yanvar

Məhkəmə Cənubi Koreya Prezidentinin həbsdə saxlanılmasına qərar verib  

23:53
18 Yanvar

Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib  

22:09
18 Yanvar

Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub

21:50
18 Yanvar

Azərbaycan və Ruanda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası olub  

19:32
18 Yanvar

“Azərişıq” ASC-nin nümayəndələri Qubada sahibkarlarla görüşüblər

19:20
18 Yanvar

 “Əbədi Qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib  

19:09
18 Yanvar

Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib

18:53
18 Yanvar

Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib

18:49
18 Yanvar

Hakan Fidan: Türk Dövlətləri Təşkilatının daha təsirli və səmərəli olması strateji bir addımdır 

18:35
18 Yanvar

Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub

17:40
18 Yanvar

QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür

17:18
18 Yanvar

Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib 

17:02
18 Yanvar

Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib 

16:41
18 Yanvar

Nazir: Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək

15:45
18 Yanvar

Türkiyənin XİN başçısı: Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq

15:42
18 Yanvar

Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək

15:29
18 Yanvar

Azərbaycanın və Türkiyənin XİN başçıları qərarların icrası istiqamətində müzakirələr aparıb

15:08
18 Yanvar

DİN: Milli Qəhrəmanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib

15:05
18 Yanvar

Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan növbəti seminar-müşavirə Şirvanda keçirilib  

14:41
18 Yanvar

Dronları “uçan boşqab”a çevirən texnologiya icad olunub

14:33
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!