20 İyul 2026 15:23
223
DÜNYA
A- A+
Kreml Rusiya və ABŞ xarici işlər nazirləri arasında mümkün təmasları alqışlayır

Kreml Rusiya və ABŞ xarici işlər nazirləri arasında mümkün təmasları alqışlayır

Kreml Rusiya və ABŞ xarici işlər nazirləri səviyyəsində mümkün təmasları alqışlayır.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, son günlərdə Kreml ilə Amerika tərəfi arasında heç bir əlaqə olmayıb.

“Xarici İşlər Nazirliyi ilə diplomatik qurumlar arasında əlaqələr, əlbəttə ki, əsasən texniki xarakter daşıyır, lakin xarici işlər nazirləri səviyyəsində əlaqə olarsa, biz bunu ancaq alqışlayardıq”, - deyə Peskov ABŞ Dövlət katibi Marko Rubionun Rusiya xarici işlər naziri Sergey Lavrovla mümkün görüşü barədə açıqlamasına münasibət bildirərkən deyib.

Kremlin sözçüsü başqa bir suala cavab olaraq bildirib ki, Almaniyanın bu ölkənin daxilində dialoqa ehtiyac olduğu barədə bəyanatlar verməsinə baxmayaraq, Rusiya ilə münasibətləri normallaşdırmaq üçün hələ heç bir praktik addım atmayıb.

“Bu məsələ ilə bağlı bir çox bəyanat eşidirik. Almaniya da daxil olmaqla, Avropa siyasətçiləri arasında bir çox müzakirə aparılır. Lakin verilən bəyanatların bu ölkələrin faktiki siyasətinə heç bir əməli təsiri yoxdur”, - deyə Dmitri Peskov qeyd edib.

O, həmçinin Rusiyanın dialoqa açıq qaldığını vurğulayıb.

“Rusiya dialoqa açıq qalmağa davam edir. Biz heç vaxt münasibətlərin kəsilməsi təşəbbüsü ilə çıxış etməmişik. Amma təbii ki, dialoqu bərpa edərkən də gələcəkdə qazandığımız təcrübədən həmişə istifadə edəcəyik”, - deyə Rusiya Prezidentinin mətbuat katibi bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

Qızılın qiyməti 4070 dollardır

10:23
21 İyul

Azərbaycan nefti 93 dollara satılır

10:23
21 İyul

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Endi Börnhemə  

10:18
21 İyul

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb  

10:03
21 İyul

Yayda qida zəhərlənməsindən necə qorunaq?

09:45
21 İyul

Yaxın Şərq böhranı tezliklə həll olunmasa...  

09:40
21 İyul

Heykəltaraşlığın Tokay səhifəsi

09:35
21 İyul

Zamanı və sərhədləri aşan söz ustadı

09:30
21 İyul

Qusarda keçirilən konfrans mediada dini mövzuların təqdimatına həsr olunmuşdu 

09:25
21 İyul

Daşkəsəndə Aqroturizm Festivalı keçirilib

09:20
21 İyul

Ağsaqqallar şuraları hesabat verirlər

09:15
21 İyul

Neftçalada aqrar sahənin inkişafına dair dövlət proqramının icrası müzakirə edilib

09:10
21 İyul

Azərbaycanın "yaşıl enerji"si sərhədləri aşacaq

09:05
21 İyul

Anastasiya LAVRİNA: "Azərbaycan yeni dünya nizamında mövqeyini daha da möhkəmləndirir"

09:00
21 İyul

Azərbaycan-Çin əlaqələri Orta dəhlizin inkişafına mühüm töhfələr verir

08:55
21 İyul

Səhiyyədə rəqəmsal transformasiya

08:50
21 İyul

Şuşadan ünvanlanan mesajlar Azərbaycanın yaratdığı yeni reallıqların konseptual təqdimatı oldu

08:45
21 İyul

Qarabağ həm də qlobal dialoq mərkəzidir

08:40
21 İyul

Almaniyanın "Cicero" jurnalı: "Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir"

08:35
21 İyul

Azərbaycan-Mərkəzi Asiya formatı regionlar arasında geosiyasi və geoiqtisadi əlaqələrin inkişafına yeni imkanlar yaradır 

08:30
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!