21 İyul 2026 09:05
218
İQTİSADİYYAT
A- A+
Azərbaycanın "yaşıl enerji"si sərhədləri aşacaq

Azərbaycanın "yaşıl enerji"si sərhədləri aşacaq


Yaxın zamanda ölkəmiz Gürcüstan və Türkiyə üzərindən Bolqarıstana bərpaolunan enerji ixrac edəcək


"Yaşıl enerji" potensialının böyük olması ölkəmizin enerji xəritəsində yeni reallıq yaradır. Quruda 135 QVt, dənizdə isə 157 Qvt texniki potensial Azərbaycanın regionda və daha geniş coğrafiyada "yaşıl enerji" mərkəzinə çevrilməsi üçün möhkəm zəmin rolunu oynayır. 

Mühüm məqamlardan biri də işğaldan azad edilmiş ərazilərimizin və Naxçıvan MR-in Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonası elan olunmasıdır. Belə ki, bərpaolunan enerji mənbələrinin texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 QVt, Naxçıvanda isə 5 QVt səviyyəsində qiymətləndirilir. 

Qarşıdakı qoyulan hədəflər də bəllidir. Azərbaycanın 2020-ci ildə qarşıya qoyduğu məqsədə uyğun olaraq, 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı hədəflənib. Proqnozlara görə, 2027-ci ildə elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı 25 faizə, 2030-cu ildə isə 30 faizə yüksələcək. Bu isə təkcə enerji balansının şaxələndirilməsi deyil, həm də qaz ehtiyatlarının daha səmərəli istifadəsi və ixrac potensialının artması deməkdir.

Hazırda icra olunan birinci mərhələ üzrə 2027-ci ilin sonunadək təxminən 2 QVt gücündə bərpaolunan enerji mənbələrinin istismara verilməsi gözlənilir. Növbəti mərhələdə isə əlavə 6 giqavatdan çox gücün yaradılması nəzərdə tutulur. Gələcəkdə istehsal olunan "yaşıl enerji"nin xeyli hissəsi ixraca yönəldiləcək.

İndi reallaşmasının müxtəlif mərhələlərində olan Mərkəzi Asiya-Azərbaycan, Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa, Xəzər-Qara dəniz-Avropa və Azərbaycan- Gürcüstan-Türkiyə-Bolqarıstan "yaşıl enerji" dəhlizləri layihələri də məhz bundan xəbər verir. Beləliklə, Azərbaycan "yaşıl enerji"nin həm istehsalını, həm tranzitini, həm də ixracını həyata keçirəcək.

Qeyd edildiyi kimi, "yaşıl enerji" dəhlizlərindən birinin marşrutu Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstandır. Ümumiyyətlə, indiyədək Azərbaycan ilə Bolqarıstan arasında enerji nəqli və əməkdaşlığı sahəsində bir neçə mühüm memorandum imzalanıb. Keçən il aprelin 4-də bu barədə Bakıda imzalanan sənəd elektrik enerjisinin ötürülməsi və ticarətinə dair dördtərəfli Anlaşma Memorandumudur. 

Bir qədər geriyə dönərək xatırlayaq ki, 2009-cu il noyabrın13-də Sofiya şəhərində Azərbaycanın və Bolqarıstanın müvafiq nazirlikləri arasında enerji sahəsində əməkdaşlığa dair ilk rəsmi Anlaşma Memorandumu imzalanmışdı. 2023-cü il aprelin 25-də imzalanan sənəd isə "Həmrəylik Halqası" (Qaz nəqli) Memorandumu idi. Yəni  Sofiyada SOCAR ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü sistem operatorları arasında əlavə qaz tədarükünə dair Anlaşma Memorandumu imzalanmışdı.

Hazırda xəttin qurulması üçün texniki və iqtisadi planlar hazırlanır. İşlərin sürətləndirilməsi üçün nazirlər səviyyəsində mütəmadi görüşlər keçirilir. Bu il aprelin 17-də Türkiyədə 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində bir sıra digər məsələlərlə yanaşı Azərbaycan-Türkiyə-Avropa və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan "yaşıl enerji" interkonnektor layihələrinin inkişafı nəzərdən keçirildi. Proseslərin sürətləndirilməsi razılaşdırıldı. 

Bu günlərdə isə "Türkiye" qəzeti  qardaş ölkənin Energetika və Təbii Sərvətlər Nazirliyinin genişmiqyaslı "yaşıl enerji" dəhlizi layihəsi çərçivəsində Azərbaycandan Bolqarıstana elektrik enerjisinin tədarükünə fəal hazırlıq işlərini davam etdirdiyini bildirib. Xəbər verilib ki, Ankarada "Elektrik TANAP" adlandırılan təşəbbüs çərçivəsində hazırlıq prosesi elektrik şəbəkələrinin tutumunun artırılmasından tutmuş enerji birjalarının hazırlanmasına, transsərhəd ticarət məsələlərinin həllinə və bazarların tənzimlənməsinə qədər bir çox istiqamətdə eyni vaxtda aparılır.

Xəzər regionunu Cənub-Şərqi Avropa ilə birləşdirmək və ekoloji cəhətdən təmiz bərpaolunan enerjinin birbaşa ötürülməsini təmin etmək məqsədi daşıyan fiziki marşrutun formalaşmasına dövlətə məxsus TEİAŞ elektrik şəbəkəsi korporasiyası qoşulub.

Başqa sözlə, TEİAŞ iştirakçı ölkələrin elektrik şəbəkəsi operatorları ilə texniki koordinasiyanı dəstəkləyir. Məqsədlərdən biri elektrik birləşdiricilərinin - şəbəkələrarası enerji axınlarını asanlaşdıracaq yüksəkgərginlikli elektrik xətlərinin yaradılmasıdır.

Layihəyə Türkiyənin EPİAŞ enerji birjası və Türkiyə Enerji Bazarını Tənzimləmə İdarəsi (EPDK) da cəlb olunub.

"Beləliklə, elektrik enerjisi mübadiləsi şəbəkələrinin təkmilləşdirilməsi ilə yanaşı, EPİAŞ xətti ilə genişmiqyaslı təşəbbüs üçün kommersiya bazası yaradılır", - deyə nəşr Türkiyənin hazırda əməliyyat həcminə görə Avropada üçüncü ən böyük elektrik enerjisi birjasına malik olduğunu xatırladaraq qeyd edir.

Nəhayət, EPDK elektrik enerjisi ticarəti üçün hüquqi çərçivənin hazırlanması kontekstində təşəbbüsə töhfə verir. Bu təşkilat Türkiyənin iştirak etdiyi beynəlxalq layihələrdə fəal rol oynayır.

Qəzet  yekun olaraq bildirir ki, "Elektrik TANAP" layihəsi sayəsində Türkiyə təkcə neft və qaz deyil, həm də regionda elektrik enerjisi üçün təchizat dəhlizinə çevrilməyə hazırlaşır. Beləliklə, ölkə qlobal enerji ticarət bazarındakı mövqeyini də gücləndirir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcərdə sursat partlayıb, 1 nəfər xəsarət alıb

15:09
21 İyul

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib YENİLƏNİB  

15:01
21 İyul

Operativ məlumat: Azərbaycanda taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb  

14:51
21 İyul

Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib  

14:23
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB  

14:12
21 İyul

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  

14:05
21 İyul

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb  

13:56
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

13:05
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib 

12:41
21 İyul

Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub  

12:37
21 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

12:33
21 İyul

Sabah hava necə olacaq?

12:16
21 İyul

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34 faiz artıb

12:03
21 İyul

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

11:59
21 İyul

Azərbaycan Hava Yolları donanmasına bu il dördüncü təyyarəsini əlavə edib  

11:48
21 İyul

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb  

11:27
21 İyul

Belçikalıların Kralı Əlahəzrət Filipə

11:07
21 İyul

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə tədbirlər müzakirə edilib  

11:01
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!