21 İyul 2026 08:45
218
SİYASƏT
A- A+
Şuşadan ünvanlanan mesajlar Azərbaycanın yaratdığı yeni reallıqların konseptual təqdimatı oldu

Şuşadan ünvanlanan mesajlar Azərbaycanın yaratdığı yeni reallıqların konseptual təqdimatı oldu


Ötən həftə Şuşa növbəti dəfə beynəlxalq tədbirə evsahibliyi etdi. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu media nümayəndələrini, ekspertləri, beynəlxalq təşkilatların təmsilçilərini və kommunikasiya sahəsində fəaliyyət göstərən şəxsləri bir araya topladı. 

Dünyanın onlarla ölkəsindən jurnalistlərin, ekspertlərin və media rəhbərlərinin iştirak etdiyi forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçıların suallarına verdiyi əhatəli cavablar regional və qlobal gündəmin əsas istiqamətlərinə aydınlıq gətirdi. Prezidentin çıxışında səsləndirilən fikirlər Azərbaycanın xarici siyasət kursunun əsas prioritetlərini, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqları, beynəlxalq hüquqa münasibəti və qlobal təhlükəsizlik mühitinə baxışını əks etdirməklə yanaşı, ölkənin gələcək inkişaf strategiyasının da siyasi konturlarını ortaya qoydu.

Milli Məclisin deputatı Sevinc HÜSEYNOVA qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin fikirlərinin əsas xəttini Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən sonra regionda yaranmış yeni vəziyyət təşkil edirdi. Dövlət başçısı vurğuladı ki, artıq Cənubi Qafqazda yeni siyasi və hüquqi reallıq formalaşıb və bu reallıq bütün regional aktorlar tərəfindən qəbul edilməlidir. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl diplomatik xəttin məntiqi davamıdır. Rəsmi Bakı hesab edir ki, bölgədə davamlı sülh yalnız dövlətlərin suverenliyinə, sərhədlərin toxunulmazlığına və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında mümkündür. "Forum zamanı Prezident İlham Əliyev Azərbaycanın heç bir hərbi-siyasi blokun maraqlarına xidmət etməyən, milli maraqlara söykənən müstəqil xarici siyasət yürütməsinin əhəmiyyətini xüsusi vurğuladı. Bu siyasət ölkəyə müxtəlif qlobal güc mərkəzləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurmağa imkan verib. Son illər Azərbaycanın həm enerji təhlükəsizliyi, həm nəqliyyat-logistika marşrutları, həm də humanitar diplomatiya sahəsində artan rolu göstərir ki, ölkə artıq təkcə regional deyil, Avrasiya məkanında mühüm geosiyasi aktorlardan birinə çevrilib", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin forumda toxunduğu mühüm məsələlərdən biri də Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyəti və bu əməkdaşlığın beynəlxalq münasibətlər sistemində tutduğu xüsusi yerdir: "Dövlət başçısı vurğuladı ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır. Bu münasibətlər təkcə iki dövlət arasında siyasi əməkdaşlıq nümunəsi deyil, eyni zamanda ortaq tarixə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada söykənən unikal modeldir. Müasir beynəlxalq münasibətlər sistemində eyni etnik, dini və ya tarixi köklərə malik xalqlar arasında fikir ayrılıqları, siyasi qarşıdurmalar, hətta silahlı münaqişələr yaşandığı hallara tez-tez rast gəlinir. Dünyada qardaş hesab olunan xalqlar arasında münasibətlərin gərginləşməsi, müharibələrin baş verməsi göstərir ki, ortaq mənşə öz-özlüyündə möhkəm tərəfdaşlığın təminatı deyil. Azərbaycan və Türkiyə isə bunun tam əksini nümayiş etdirir. İki dövlət bütün əsas regional və beynəlxalq məsələlərdə bir-birinin mövqeyini dəstəkləyir, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat, müdafiə sənayesi və humanitar sahələrdə əməkdaşlığı ardıcıl şəkildə genişləndirirlər. Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq hər hansı üçüncü tərəfə qarşı yönəlməyib, əksinə, qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və regional əməkdaşlığın inkişafına əsaslanan dayanıqlı tərəfdaşlıq modelidir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan-Türkiyə münasibətləri "bir millət, iki dövlət" fəlsəfəsinin təkcə siyasi şüar deyil, real geosiyasi məzmun daşıyan və müasir beynəlxalq münasibətlərdə nadir rast gəlinən uğurlu əməkdaşlıq nümunəsidir".

Qlobal Media Forumunun məhz Şuşada keçirilməsinin təsadüfi olmadığını deyən S.Hüseynova bildirib ki, Azərbaycan bu platforma vasitəsilə informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə və media əməkdaşlığı kimi məsələləri beynəlxalq gündəliyin ön sıralarına çıxarmağa nail olur. Prezident İlham Əliyev forumda informasiya manipulyasiyalarının, saxta xəbərlərin və ikili standartların beynəlxalq münasibətlər sisteminə mənfi təsir göstərdiyini vurğulayaraq, peşəkar jurnalistikanın və obyektiv informasiyanın əhəmiyyətini ön plana çəkdi. Müasir dövrdə informasiya məkanı artıq klassik diplomatiyanın ayrılmaz tərkib hissəsinə çevrilib. Dövlətlərin beynəlxalq imici, siyasi mövqelərinin düzgün çatdırılması və ictimai rəyin formalaşdırılması məhz media vasitəsilə həyata keçirilir. Bu baxımdan Şuşa Qlobal Media Forumu Azərbaycanın "yumşaq güc" siyasətinin mühüm elementlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin cavablarında diqqətçəkən əsas məqamlardan biri də beynəlxalq münasibətlər sistemində müşahidə olunan transformasiya proseslərinin təhlili idi. Dövlət başçısı bildirdi ki, dünya artıq əvvəlki geosiyasi model üzrə inkişaf etmir və yeni güc balansı formalaşır. Bu kontekstdə Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütməklə, müxtəlif siyasi mərkəzlərlə əməkdaşlığı paralel şəkildə inkişaf etdirir. Avropa, Asiya, Yaxın Şərq və Mərkəzi Asiya istiqamətlərində qurulan çoxtərəfli əlaqələr ölkənin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir. Eyni zamanda Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyi, Orta dəhlizin inkişafına verdiyi töhfələr və "yaşıl enerji" layihələri ölkənin geosiyasi çəkisini daha da artırır.

Deputat xatırladıb ki, forumda Prezident İlham Əliyev Azərbaycanın regionda davamlı sülhün tərəfdarı olduğunu və Ermənistanla münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında normallaşdırılmasını dəstəklədiyini bir daha bəyan edib: "Bu yanaşma göstərir ki, rəsmi Bakı postmünaqişə dövründə regional əməkdaşlığın genişlənməsini, iqtisadi inteqrasiyanın güclənməsini və uzunmüddətli sabitliyin təmin olunmasını strateji məqsəd kimi müəyyənləşdirib. Şuşadan verilən mesajlar təkcə region üçün deyil, beynəlxalq ictimaiyyət üçün də ciddi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan müasir geosiyasi proseslərə passiv müşahidəçi kimi deyil, təşəbbüskar və məsuliyyətli tərəfdaş kimi yanaşır. Ölkəmizin müstəqil siyasəti, çoxtərəfli əməkdaşlıq modeli və beynəlxalq hüquqa əsaslanan mövqeyi onun regional lider statusunu daha da möhkəmləndirir".

S.Hüseynova vurğulayıb ki, IV Şuşa Qlobal Media Forumu informasiya diplomatiyası ilə geosiyasət arasında əlaqələrin getdikcə daha da gücləndiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin forumda səsləndirdiyi mesajlar Azərbaycanın gələcək inkişaf prioritetlərini, regional sabitlik baxışını və qlobal proseslərdə artan rolunu aydın şəkildə ifadə etdi. Şuşadan dünyaya ünvanlanan bu mesajlar, əslində, yeni dövrün siyasi reallıqlarının və Azərbaycanın həmin reallıqlardakı yerinin konseptual təqdimatı kimi qiymətləndirilə bilər.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcərdə sursat partlayıb, 1 nəfər xəsarət alıb

15:09
21 İyul

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib YENİLƏNİB  

15:01
21 İyul

Operativ məlumat: Azərbaycanda taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb  

14:51
21 İyul

Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib  

14:23
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB  

14:12
21 İyul

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  

14:05
21 İyul

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb  

13:56
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

13:05
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib 

12:41
21 İyul

Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub  

12:37
21 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

12:33
21 İyul

Sabah hava necə olacaq?

12:16
21 İyul

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34 faiz artıb

12:03
21 İyul

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

11:59
21 İyul

Azərbaycan Hava Yolları donanmasına bu il dördüncü təyyarəsini əlavə edib  

11:48
21 İyul

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb  

11:27
21 İyul

Belçikalıların Kralı Əlahəzrət Filipə

11:07
21 İyul

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə tədbirlər müzakirə edilib  

11:01
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!