21 İyul 2026 09:45
2180
Səhiyyə
A- A+
Yayda qida zəhərlənməsindən necə qorunaq?

Yayda qida zəhərlənməsindən necə qorunaq?


Yay mövsümündə  havanın isinməsi ilə birlikdə qida zəhərlənmələrinin sayında da artım müşahidə olunur. Bu halların əksəriyyəti məhsulların düzgün saxlanılmaması, daşınmaması və istehlakçıların diqqətsizliyi nəticəsində baş verir. Xüsusilə heyvan mənşəli məhsullar, süd və süd məhsulları, mayonezli salatlar, kremli şirniyyatlar və hazır yeməklər isti havalarda daha tez xarab olur və sağlamlıq üçün təhlükəyə çevrilir. Buna görə də yay aylarında qida seçiminə, alış-veriş zamanı məhsulun keyfiyyətinə və saxlanma şəraitinə xüsusi diqqət yetirmək vacibdir.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa SALAMOV bildirib ki, isti havalarda riskli qidaların saxlanılması və istehlakı zamanı ən kiçik səhlənkarlıq belə ciddi qida zəhərlənmələrinə səbəb ola bilər. Onun sözlərinə görə, istər ev şəraitində, istərsə də restoran, kafe və market kimi ictimai iaşə obyektlərində toyuq, balıq, qırmızı ət, süd və süd məhsullarının saxlanma qaydalarına ciddi əməl edilməlidir. Çünki bu məhsullar mikrobioloji çirklənməyə daha həssasdır və temperatur rejiminin pozulması bakteriyaların sürətlə çoxalmasına şərait yaradır.

"Qida təhlükəsizliyi yalnız məhsulun hazırlanması mərhələsində deyil, onun istehsaldan istehlakçıya çatdırılmasına qədər bütün zəncir boyu təmin olunmalıdır. Məhsulların daşınması, saxlanması, emalı, soyudulması, bişirilməsi və təqdim olunması zamanı yol verilən kobud səhvlər insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən qida zəncirinin hər bir mərhələsində gigiyena və temperatur qaydalarına riayət olunması mühüm əhəmiyyət daşıyır", - deyə mütəxəssis vurğulayıb.

Təhlükəsiz qidalanmanın alış-verişdən başladığını deyən Ağa Salamov qeyd edib ki, istehlakçı məhsulu alarkən mütləq onun xarici görünüşünə diqqət yetirməlidir. Ətin rəngində dəyişiklik, xoşagəlməz qoxu və ya şirə salması onun keyfiyyətini itirdiyini göstərə bilər. Balıq seçərkən də diqqətli olmaq lazımdır. Qarnı şişmiş, xoşagəlməz qoxu verən və ya pulları asanlıqla qopan balıq alınmamalıdır. Təzə balığın pulcuqları möhkəm olmalı, dartıldıqda yerindən çıxmamalıdır. Balığın soyuducu vitrinlərdə, buz üzərində və ya lazımi temperaturda saxlanılması təhlükəsizlik baxımından mühüm göstəricidir. Açıq havada, Günəş şüalarının birbaşa təsiri altında satılan ət və balıq məhsullarının alınması isə risklidir.

Mütəxəssis cəmiyyətdə geniş yayılmış yanlış fikirlərdən birinə də aydınlıq gətirib. O bildirib ki, bəzi insanlar yay aylarında balıq yeməyin zərərli olduğunu düşünürlər. Halbuki dəniz məhsullarının istehlakı mövsümdən deyil, onların düzgün saxlanılmasından asılıdır. Əgər məhsulun istehsalından satışına qədər qida zənciri pozulmayıbsa və lazımi temperatur şəraitində saxlanılıbsa, balıq ilboyu təhlükəsiz şəkildə istehlak oluna bilər. Yalnız balıqların kürü tökmə dövrü nəzərə alınmalıdır.

Ağa Salamov qeyd edib ki, isti havalarda ən böyük təhlükələrdən biri riskli qidaların otaq temperaturunda uzun müddət saxlanılmasıdır: "Toyuq, balıq, qırmızı ət, qiymə, süd məhsulları və digər tez xarab olan qidalar iki saatdan artıq otaq temperaturunda qaldıqda bakteriyalar sürətlə çoxalmağa başlayır. Bu isə məhsulun görünüşündə ciddi dəyişiklik olmasa belə, onun sağlamlıq üçün təhlükəli hala gəlməsinə səbəb olur. Məhz buna görə də kəsim məntəqələrində ət doğrandıqdan dərhal sonra soyuducuya yerləşdirilməli və istehlakçıya da soyuq zəncir qorunmaqla təqdim edilməlidir. Belə məhsullar soyuducuda müsbət 4-5 dərəcə temperaturda maksimum 72 saat saxlanıla bilər. Bu müddətdən sonra mikrobioloji çirklənmə riski əhəmiyyətli dərəcədə artır və həmin məhsulların istehlakı məsləhət görülmür. Əgər qidaların daha uzun müddət saxlanılması planlaşdırılırsa, onlar mənfi 18 dərəcə temperaturda dərin dondurucuda mühafizə edilməlidir. Bununla belə, dondurulmuş məhsulların da müəyyən qaydalara uyğun saxlanılması vacibdir. Dərin dondurucuda və ya soyuducuda müxtəlif növ ətlərin bir-biri ilə təmas etməməsi vacibdir. Toyuq, balıq və qırmızı ətin eyni qabda və ya bir-birinə toxunacaq şəkildə saxlanılması çarpaz çirklənməyə səbəb ola bilər. Bu zaman bir məhsulda olan mikroorqanizmlər digər məhsula keçərək zəhərlənmə riskini artırır. Buna görə də hər məhsul ayrı və böyük hissələr şəklində deyil, bir istifadəlik porsiyalar halında qablaşdırılmalıdır. Bu üsul həm məhsulun keyfiyyətini qoruyur, həm də hər dəfə bütün məhsulun əridilib yenidən dondurulmasının qarşısını alır. Çünki əridilmiş məhsulun yenidən dondurulması bakteriyaların çoxalmasına şərait yaradır və qida təhlükəsizliyi baxımından ciddi risk hesab edilir".

Qida zəhərlənmələrinin artmasında istehlakçıların da məsuliyyət daşıdığını bildirən mütəxəssis əlavə edib ki, insanlar bəzən məhsulun saxlanma qaydalarına əməl etmir, alış-verişdən sonra onu uzun müddət avtomobildə saxlayır və ya istifadə müddətinə diqqət yetirmirlər. Bundan başqa, bəzi hallarda mövsümündən əvvəl bazara çıxarılan məhsullara üstünlük verilir. Halbuki hər meyvə və tərəvəzin öz yetişmə dövrü var və həmin dövrdə istehlakı daha məqsədəuyğundur. Məsələn, avqustun sonu və sentyabrın əvvəlində yetişən qarpızı iyun ayında almağa ehtiyac yoxdur. Mövsümündə yetişən məhsullar həm daha keyfiyyətli, həm də daha təhlükəsiz olur.

Yay aylarında pikniklər və dəniz istirahəti zamanı qida təhlükəsizliyi qaydalarının pozulması da zəhərlənmə hallarının artmasına səbəb olur. Ağa Salamovun sözlərinə görə, insanlar çox vaxt evdən hazırladıqları yeməkləri və ya aldıqları ərzaqları avtomobilin yük yerində saatlarla saxlayırlar. İsti hava və tıxac şəraitində avtomobil daxilində temperatur daha da yüksəlir. Nəticədə riskli qidalar sürətlə xarab olur və bakteriyalar çoxalır. Sonradan həmin məhsullar istehlak edildikdə qida zəhərlənməsi qaçılmaz olur. Yayda konservləşdirilmiş məhsulların, mayonezli salatların, müxtəlif sousların və kremli şirniyyatların istifadəsinin minimuma endirilməsi tövsiyə edilir. Salatlarda mayonez əvəzinə, zeytun yağından istifadə etmək həm sağlamlıq, həm də təhlükəsizlik baxımından daha düzgün seçimdir.

"İsti aylarda küçə qidalarına ehtiyatla yanaşmaq vacibdir. Xüsusilə toyuqlu dönərlərin istehlakı tövsiyə edilmir. Çünki toyuq əti temperatur dəyişikliyinə qarşı daha həssasdır və düzgün saxlanılmadıqda bakteriyaların çoxalması üçün əlverişli mühit yaranır. Yay mövsümündə qeydə alınan qida zəhərlənmələrinin əhəmiyyətli hissəsi məhz dönər məhsulları ilə əlaqədardır. Buna görə də istehlakçılar yalnız sanitar-gigiyenik qaydalara əməl edən, soyuducu sistemi və istehsal şəraiti etibarlı olan iaşə obyektlərinə üstünlük verməlidirlər", - deyə mütəxəssis vurğulayıb.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!