19 İyun 2026 17:41
151
DÜNYA
A- A+
İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv edib

İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv edib


İtaliya xarici işlər naziri Antonio Tayani ABŞ Prezidenti Donald Trampın İtaliyanın Baş naziri Ciorcia Meloniyə göstərdiyi hörmətsiz münasibətə görə Birləşmiş Ştatlara planlaşdırılan səfərini ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. “Prezident Trampın Baş nazir Meloni haqqında dedikləri bütün İtaliyaya qarşı təhqirdir. Bu səbəbdən ABŞ-yə iyunun 21-22-də planlaşdırılan səfərimi ləğv etmək qərarına gəldim”, - Tayani belə deyib.

Meloni özü də ABŞ Prezidentinin sözlərini kəskin tənqid edib. Donald Trampın açıqlamalarını tamamilə uydurma adlandıran Baş nazir deyib: “Düzünü desəm, ABŞ Prezidentinin öz müttəfiqləri ilə niyə bu cür davrandığını bilmirəm. Bu, ilk dəfə deyil ki, baş verir. Onun Qərbin düşmənləri, ABŞ-nin düşmənləri ilə münasibətdə o qədər də sərt davranmadığı təəssüf doğurur... Nə mən, nə də İtaliya heç vaxt heç kimə heç nə üçün yalvarmırıq”.

Qeyd edək ki, İtaliyanın “La7” telekanalına verdiyi müsahibədə Tramp Meloninin Fransada keçirilən G7 sammitində onunla foto çəkdirməyi israrla xahiş etdiyini deyib. “O, mənimlə foto çəkdirmək üçün yalvardı. Ona yazığım gəldi”, - deyə ABŞ Prezidenti bildirib.

Tramp daha sonra Avropa liderlərini enerji və immiqrasiya siyasətlərinə görə bir daha tənqid edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT: Dünyada milyonlarla uşaq yoxsulluq və zorakılıq qurbanıdır  

18:59
19 İyun

TRIPP layihəsi Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirəcək

18:51
19 İyun

Azərbaycan Tacikistan ilə iqtisadi və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18:48
19 İyun

Brexit Britaniya iqtisadiyyatına 6 faiz ziyan vurub

18:42
19 İyun

AİİB Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini yüksək qiymətləndirir  

18:40
19 İyun

QDTİB-nin Azərbaycandakı layihələrdə iştirak imkanları dəyərləndirilib

18:39
19 İyun

Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib

18:37
19 İyun

Nazir müavini: Ölkəmizdə sosial müdafiə sistemi inkişaf etdirilir və müasirləşdirilir  

18:35
19 İyun

Dünyada quraqlığa qarşı unikal həll

18:34
19 İyun

Nazir müavini Ağcabədidə taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb

18:33
19 İyun

Meksika, Kanada və İsveçrə pley-offa vəsiqə qazanıblar 

18:24
19 İyun

Çin dünyada texnologiya idarəçiliyi sahəsində aparıcı rola sahiblənib  

18:23
19 İyun

Türkiyə NATO-da yeni təhlükəsizlik modeli təklif edir

18:18
19 İyun

Astara sahilində su hövzələrində təhlükəsizlik mövzusunda təlim keçirilib

18:16
19 İyun

ABŞ-İran danışıqları təxirə salındı  

18:12
19 İyun

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi artıb, idxal və ixrac göstəricilərində fərqli dinamika qeydə alınıb  

18:06
19 İyun

Gürcüstandan Azərbaycana avtomobil ixracında kəskin azalma qeydə alınıb

17:55
19 İyun

İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv edib

17:41
19 İyun

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib

17:37
19 İyun

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilib - YENİLƏNİB

17:31
19 İyun

UNICEF: Dünyada təxminən 1,1 milyard uşaq eyni vaxtda ən azı üç iqlim təhlükəsinə məruz qalır

17:29
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!