19 İyun 2026 18:48
168
İQTİSADİYYAT
A- A+
Azərbaycan Tacikistan ilə iqtisadi və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan Tacikistan ilə iqtisadi və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır


Maliyyə nazirinin birinci müavini Anar Kərimov Tacikistanın maliyyə nazirinin birinci müavini Məcidi Yusuf Xayrullo ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsindən irəli gələn əməkdaşlıq perspektivləri, Hökumətlərarası Komissiyanın 8-ci iclasının nəticələri, həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və investisiya əməkdaşlığının gücləndirilməsi imkanları müzakirə olunub.

Anar Kərimov iki ölkə arasında formalaşmış dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib, qarşılıqlı ticarət dövriyyəsində müşahidə olunan müsbət dinamikanı qeyd edib. O, iqtisadi əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq, aqrar-sənaye, sənaye kooperasiyası, nəqliyyat və logistika sahələrində böyük potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, A.Kərimov beynəlxalq maliyyə institutları çərçivəsində əməkdaşlığın strateji əhəmiyyətini qeyd edib, bu platformalarda qarşılıqlı dəstək və koordinasiyanın daha da gücləndirilməsinin zəruriliyini bildirib.

Öz növbəsində, M.Y.Xayrullo Azərbaycan ilə Tacikistan arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. O, iqtisadi və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsi, investisiya mühitinin daha da aktivləşdirilməsi və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Görüş zamanı, həmçinin, ölkəmizdə dövlət maliyyəsi sahəsində həyata keçirilən islahatlar, o cümlədən büdcə planlaşdırılması, xəzinədarlıq sistemi, dövlət borcunun idarə edilməsi və rəqəmsal transformasiya sahəsində görülən işlər barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər bu istiqamətlərdə təcrübə mübadiləsinin və institusional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyada hər il 200 milyondan çox miqrant işçi öz evinə pul göndərir

19:26
19 İyun

Hindistanda büdcə böhranı yarana bilər

19:17
19 İyun

Gömrük orqanları 1072 hüquqpozma faktı aşkarlayıb, külli miqdarda siqaret və brilyant qaşlar götürülüb

19:07
19 İyun

BMT: Dünyada milyonlarla uşaq yoxsulluq və zorakılıq qurbanıdır  

18:59
19 İyun

TRIPP layihəsi Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirəcək

18:51
19 İyun

Azərbaycan Tacikistan ilə iqtisadi və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18:48
19 İyun

Brexit Britaniya iqtisadiyyatına 6 faiz ziyan vurub

18:42
19 İyun

AİİB Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini yüksək qiymətləndirir  

18:40
19 İyun

QDTİB-nin Azərbaycandakı layihələrdə iştirak imkanları dəyərləndirilib

18:39
19 İyun

Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib

18:37
19 İyun

Nazir müavini: Ölkəmizdə sosial müdafiə sistemi inkişaf etdirilir və müasirləşdirilir  

18:35
19 İyun

Dünyada quraqlığa qarşı unikal həll

18:34
19 İyun

Nazir müavini Ağcabədidə taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb

18:33
19 İyun

Meksika, Kanada və İsveçrə pley-offa vəsiqə qazanıblar 

18:24
19 İyun

Çin dünyada texnologiya idarəçiliyi sahəsində aparıcı rola sahiblənib  

18:23
19 İyun

Türkiyə NATO-da yeni təhlükəsizlik modeli təklif edir

18:18
19 İyun

Astara sahilində su hövzələrində təhlükəsizlik mövzusunda təlim keçirilib

18:16
19 İyun

ABŞ-İran danışıqları təxirə salındı  

18:12
19 İyun

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi artıb, idxal və ixrac göstəricilərində fərqli dinamika qeydə alınıb  

18:06
19 İyun

Gürcüstandan Azərbaycana avtomobil ixracında kəskin azalma qeydə alınıb

17:55
19 İyun

İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv edib

17:41
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!