02 Noyabr 2024 08:50
321
İQTİSADİYYAT
A- A+
İşğaldan qurtulan yurdumuz aydınlığa çıxır

İşğaldan qurtulan yurdumuz aydınlığa çıxır


Cəbrayıl, Zəngilan, Füzuli şəhərlərində etibarlı su təsərrüfatı sistemi qurulur


İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər səngimir. Ermənilərin 30 il ərzində xaraba qoyduqları, yağmaladıqları Qarabağ və Şərqi Zəngəzur gözümüzün qarşısında yenidən qurulur, ilbəil, aybaay deyil, günbəgün simasını dəyişir. İndi bu ərazilərdən tankların,  PDM-lərin yox, tikinti texnikalarının səsi kəsilmir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də bu quruculuq işlərindən kənarda qalmır. Agentlik bu gün Şərqi Zəngəzur və Qarabağda su təsərrüfatı sahəsində irimiqyaslı işlər həyata keçirir, regionun keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunması üçün təxirəsalınmaz bərpa və tikinti işləri aparır.

Cəbrayıl şəhərinin agentliyin sifarişi ilə icra olunan su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Xatırladaq ki,  şəhərdə ötən il geoloji kəşfiyyat quyusu qazılıb. Ümidlər doğrulub - seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir. 

Cəbrayıl şəhərinin şimalında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq. Cəbrayıl şəhər ərazisində isə 3 artezian quyusunun birinci mərhələsində qazıntı işləri nəzərdə tutulub. Məhsuldarlığı saniyədə 12 litr olan quyulardan biri - 6 saylı subartezian quyusunun idarəetmə otağı istifadəyə verilib. Agentlikdən bildirirlər ki, şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyular da qazılacaq. 

Qarabağ Regional Sukanal İdarəsinin rəis müavini Oqtay Həziyevin dediyinə görə, ərazidə hər birinin tutumu 1000 kubmetr olan 2 anbar tikilir. İlk anbar test sınağından keçirilərək istismara verilib. Üstəlik, şəhərin çıxışından 600 diametrlik boru ilə 5300 metr məsafədə kanalizasiya xətti çəkilib. İkinci anbarın isə 1000 kubmetr hissəsinin dəmir-beton işləri yekunlaşıb. Hazırda izoliyasiya işləri görülür. Siyirtmə kamerasında və gözətçi otağında da işlər tamamlanıb. 280 diametrlik boru ilə şəhərin giriş nöqtəsinə qədər olan 1177 metr magistral xətt də tam hazırdır.

Bunlardan əlavə, ərazidə müasir standartlara cavab verən modul tipli tullantı sutəmizləyici qurğu quraşdırılıb. Görülən işlər zəmanət verir ki, Cəbrayıla köçürülən sakinlər fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunsunlar.

Zəngilan şəhərində də 2020-ci il oktyabr ayından sakinlərin məskunlaşdığı ərazilər, o cümlədən idarə və təşkilatlar, mənzillər, fərdi yaşayış evləri 24 saat su ilə təmin olunur. Agentliyin Qarabağ Regional Su İdarəsinin Zəngilan Sukanal Sahəsinin sahə rəisi Rəşad Sadıqlının sözlərinə görə, layihəyə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Zəngilan şəhərinə fasiləsiz və dayanıqlı suyun verilməsi məqsədilə hər birinin tutumu 4000 kubmetr olmaqla 2 su anbarı inşa olunur. Bundan savayı, hər birinin tutumu 100 kubmetr olmaqla 2 su anbarı da tikiləcək. Layihə çərçivəsində həmçinin yağış sularının idarə olunması üçün bir kilometrlik yağış su xəttinin çəkilməsi nəzərdə tutulur. 

Paralel olaraq perspektiv plana uyğun 9 subartezian quyusunun və nasosxananın inşası planlaşdırılır. Layihə çərçivəsində 9 kilometrlik məsafədən çəkilən çirkli su kollektor xəttinin tikintisi isə yekunlaşmaq üzrədir - işlərin artıq 83 faizi tamamlanıb. Tamamlanan 2046 metr magistral su xəttindən 1352, artezianlararası 1837 metr su xəttindən 1143 metr xətlərin çəkilməsidir. 

Analoji işlər Füzuli şəhərində də aparılır. Hazırda şəhərdə 648 ailə məskunlaşıb. Əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi üçün layihələr həyata keçirilir, o cümlədən hər birinin tutumu 8500 və 2500 kubmetr olan 4 su anbarı inşa edilir. Anbarların idarəetmə və gözətçi otaqlarının tikinti-quraşdırma işləri artıq yekunlaşıb. 

Füzuli Sukanal Sahəsinin rəisi Vüqar Sərkərli bildirib ki, Gövşad kəndindəki mənbədən müvəqqəti olaraq 100 kubmetrlik anbara su vurulur və oradan Füzuli şəhərinə su verilir. Sahə rəisinin sözlərinə görə, şəhər 24 saatlıq dayanıqlı içməli su ilə təmin olunur. 

Ərazidə tikilən 17 min və 2500 kubmetrlik anbarlarda da işlər yekunlaşmaq üzrədir. Artıq layihə çərçivəsində Füzuli şəhərində 10330 metr magistral su xətti, 5807 metr artezianlar və anbarlararası su xətti, tullantı su təmizləyici qurğu, 1816 metrlik kanalizasiya kollektoru inşa olunub. Bundan əlavə, 15  subartezian quyusunun qazıntı işləri də yekunlaşıb.

Gələcək perspektivi nəzərə alaraq əminliklə demək olar ki, Füzuli şəhərinin sakinləri su təminatında heç bir problem yaşamayacaqlar. Hər bir sakin keyfiyyətli içməli su ilə təmin olunacaq.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!