01 Sentyabr 2024 08:59
84
SİYASƏT
A- A+

İşğaldan azad olunan Cəbrayıl şəhəri və Soltanlı kəndində səsvermə seçici yüksək fəallığı ilə start götürüb

 

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı Cəbrayıl şəhərində və Soltanlı kəndində seçicilərin səs verməsi üçün məntəqələr fəaliyyət göstərir. Səhər saatlarından başlayaraq seçicilərin yüksək əhvali-ruhiyyə ilə aktivliyi müşahidə edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunan Cəbrayılda çalışan işçilərin səsvermədə iştirakı üçün iki seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan biri - 80 saylı seçki məntəqəsi Cəbrayıl şəhəri ərazisində, 81 saylı məntəqə isə rayonun Soltanlı kəndi ərazisindədir.

Dairənin əhatə etdiyi 82 seçki məntəqəsi üzrə 54486 seçici qeydə alınıb ki, onlardan da səsvermədə ilk dəfə iştirak etmək hüququ olanların sayı 570 nəfərdir. İşğaldan azad olunan ərazilərdəki seçki məntəqələri də daxil olmaqla dairə üzrə bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi avadanlıqları ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst ifadə etmələri üçün kabinələr quraşdırılıb. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video