29 Dekabr 2024 15:33
161
CƏMİYYƏT
A- A+
Hökümə Əliyevanın stüardessa həmkarı: “Hər uçuşdan əvvəl mənə ismarış yazıb, uğurlar arzulayardı...”  

Hökümə Əliyevanın stüardessa həmkarı: “Hər uçuşdan əvvəl mənə ismarış yazıb, uğurlar arzulayardı...”  


“Hökümə ilə dostluğumuz AZAL-ın Bakı-Mumbay-Bakı reysində başlayıb. Onunla otaq yoldaşı olmuşam. Ezamiyyət günlərində sevincimizi, kədərimizi bölüşmüşük. Həmin səfərdən videolarımız da qalır. Bakıya qayıdandan sonra o, hər uçuşdan əvvəl mənə ismarış yazıb, uğurlar arzulayardı. İndi o ismarışlara baxanda özümə gələ bilmirəm”.

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində AZAL-ın təyyarə bələdçisi Çinarə Məmmədova Bakı-Qroznı uçuşunu yerinə yetirərkən Aktauda qəzaya uğrayan təyyarədə həlak olan stüardessa Hökümə Əliyeva haqqında danışarkən deyib. Çinarə həmkarı Hökümənin işində çox peşəkar, bütün təlimatlara uyğun hərəkat edən, həmkarları arasında subordinasiyanı qoruyan bir işçi kimi tanındığını bildirib.

“Hadisədən xəbər tutanda biz Bakı-Pekin-Bakı reysi ilə əlaqədar Pekin şəhərindəydik. Xəbəri eşidəndə həmkarlarımın adını axtarmağa başladım və ekipaj üzvləri arasında Hökümənin adını görəndə çox pis oldum”, - deyə Çinarə bildirib.

Hökümə Əliyeva haqqında bir xatirəsini paylaşan Çinarə Məmmədova deyib: “Mumbay reysindən qayıtdıqdan sonra onu növbəti dəfə Dehli reysinə yazmışdılar. Hökumə ismarış yazaraq, mənim də həmin uçuşda olub-olmayacağımı soruşdu. Amma mən məzuniyyətdə olduğum üçün həmin uçuşda iştirak edə bilmədim. Peşmanam, kaş ki, məzuniyyətdə olmazdım və qismət, bəlkə də Hökumə ilə yenə birgə uçardım”.

Çinarə Məmmədova bildirib ki, pilotlarımız, ekipaj üzvləri onlarla insanın həyatını xilas etməklə bütün dünyaya “Azərbaycan Hava Yolları”nın pilotlarının peşəkarlığını sübut edib.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər, o cümlədən heyət üzvləri - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva həlak olub, 29 nəfər yaralanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq  

00:15
01 Yanvar

Prezident: Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb

00:14
01 Yanvar

Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə xəbərdarlıq edib

00:13
01 Yanvar

Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb  

00:11
01 Yanvar

Azərbaycan Prezidenti: Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib  

00:10
01 Yanvar

Prezident: Azərbaycan əmin-amanlıq, şəraitində yaşayır və əminəm ki, bundan sonra əmin-amanlıq əbədi olacaqdır  

00:07
01 Yanvar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

00:01
01 Yanvar

Prezident İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb  

23:57
31 Dekabr

Londonda evdən 10 milyon funt sterlinq dəyərində zinət əşyası oğurlanıb  

19:39
31 Dekabr

Türkiyənin hüquq-mühafizə orqanlarının 310 minə yaxın əməkdaşı Yeni il tədbirləri ilə bağlı təhlükəsizliyi təmin edir  

19:23
31 Dekabr

Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” qəzetində Azərbaycanın üzləşdiyi mina probleminə dair məqalə dərc olunub  

19:12
31 Dekabr

DİN bayram günlərində şəhər və rayonlarımıza səfər edən bütün hərəkət iştirakçılarına müraciət edib  

18:41
31 Dekabr

DİN: Kiberdələduzluq hallarına qarşı diqqətli olaq! 

18:19
31 Dekabr

Səlahiyyətli nümayəndə “Snowfest – Qış festivalı”nda görülən işlərlə tanış olub

18:07
31 Dekabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib  

17:58
31 Dekabr

Azərbaycan və İran arasında sərhəd-keçid məntəqələrinin buraxılış imkanları müzakirə olunub  

17:48
31 Dekabr

Litvanın xarici işlər naziri təyyarə qəzası ilə bağlı azərbaycanlı həmkarına başsağlığı verib  

17:05
31 Dekabr

Yeni il ərəfəsində Xankəndiyə turist axını var 

16:18
31 Dekabr

ABŞ-ın “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib  

16:04
31 Dekabr

AHİK uşaqlar üçün bayram şənlikləri keçirir, sovqatlar paylayır

16:02
31 Dekabr

Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe nümayiş etdirir

15:27
31 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!