16 Avqust 2024 11:39
165
DÜNYA
A- A+

Hindistan iyulda Rusiyadan 2,8 milyard dollarlıq neft alıb

 

Hindistan iyulda Rusiyadan 2,8 milyard dollar dəyərində neft alıb və dünyada Çindən sonra Rusiya karbohidrogen xammalının ikinci ən böyük idxalçısı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Hindistanın CREA tədqiqat mərkəzi məlumat yayıb.

Ötən ay Rusiyadan neft idxalında Çinin payı 47 faiz, Hindistanın payı isə 37 faiz olub. CREA-nın hesabatında qeyd olunur ki, Qərb sanksiyaları Rusiyanı öz neftini aşağı qiymətə satmağa məcbur etdikdən sonra RF-dən illik idxal indi Hindistanın xaricdən ümumi neft alışının 40 faizini təşkil edir. İyulda Rusiyanın Urals markalı xam neftinin qiyməti Brent markalı neftlə müqayisədə aylıq 9 faiz azalaraq 16,76 dollar/barelə enib.

Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 2023-cü ildə 65 milyard dollara çatıb. Rusiya Federasiyası Hindistanın dördüncü aparıcı ticarət tərəfdaşı kimi mövqeyini qoruyub saxlayır. Ötən il Rusiya neftinin və neft məhsullarının Hindistana ixracı iki dəfə artaraq müvafiq olaraq 45 milyard və 4,5 milyard dollara yüksəlib. Moskva və Yeni Dehli ticarət hesablaşmalarını Hindistan rupisi ilə yanaşı, ABŞ dolları, BƏƏ dirhəmi və Çin yuanı ilə aparırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video