18 İyul 2026 08:15
1111
CƏMİYYƏT
A- A+
Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı


Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 55 yaşı tamam olur


Gələcək generalların, qəhrəmanların, zabitlərin bir zamanlar  kursant kimi təhsil aldığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yarandığı vaxtdan 55 il keçir. Yarım əsrdən çox fəaliyyət göstərən bu hərbi məktəbdə indiyə qədər minlərlə kursant təhsil alıb. Bu kursantlar liseyi bitirdikdən sonra keçmiş ittifaqın müxtəlif ali hərbi məktəblərində təhsillərini davam etdirərək zabit rütbəsi alıblar. Hazırda Silahlı Qüvvələrimizin sıralarında xidmət edən generalların, zabitlərin əksəriyyəti C.Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır. 

C.Naxçıvanski adına Hərbi Liseyi "Heydər Əliyev" məktəbi də adlandırırlar. Bu, səbəbsiz deyil, çünki hazırda Azərbaycan Ordusu üçün savadlı, bilikli kadrlar hazırlanan hərbi məktəbi Ümummilli Lider Heydər Əliyev 1971-ci ildə böyük əziyyətlər bahasına yaratmışdır. Yaxın tariximizdən məlumdur ki, o illər həyata keçirilən məqsədyönlü siyasət azərbaycanlı gənclərin hərbi sahədə irəliləməsinə, general səviyyəsinə yüksəlməsinə süni əngəllər yaradırdı. O səbəbdən bu hərbi təhsil ocağının açılması respublikamız üçün mühüm hadisə idi. 

Ulu Öndər Heydər Əliyev bu təşəbbüsü ilə həm də keçmiş sovetlərin "xalq düşməni" kimi qara siyahıya saldığı, saxta ittihamla ləkələdiyi general Cəmşid xan Naxçıvanskinin adını təmizə çıxardı. Liseyə onun adının verilməsi doğma vətənindən xeyli uzaqlarda sözün həqiqi mənasında şəhid edilmiş general C.Naxçıvanskini yenidən Azərbaycan xalqına qaytardı. 

Bəs bu barədə tarixi sənədlər nə deyir? Sənədlərdə bildirilir ki, Azərbaycan Maarif Nazirliyi və Respublika Hərbi Komissarlığı Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel tarixli qərarını əsas götürərək hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun 16-da müraciət hazırlayır. Müraciət gecikdirilmədən müzakirə olunur və 20 iyul 1971-ci ildə "İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında" Azərbaycan KP MK bürosu qərar qəbul edir. 1971-ci ilin noyabr ayında məktəbin açılışı olur. Heydər Əliyev bu təntənəli mərasimdə iştirak edir. Tarixi çıxışı zamanı yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adının  verildiyini bildirir.

 Təbii ki, həmin dövr üçün bu, gözlənilməz qərar idi. Çünki Moskvadan əsən soyuq küləklər hərbi məktəbin yaradılmasına süni maneələr yaradırdı. Amma bütün çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində  məqsədə nail olundu, C.Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Çox keçmədi ki, məktəb keçmiş ittifaqın ən nüfuzlu hərbi təhsil ocaqlarından birinə çevrildi. Hərbçi olmaq arzusu ilə yaşayan azərbaycanlı gənclər böyük həvəslə yeni yaradılmış təhsil ocağına üz tutdular. Bu gənclərin bir çoxu Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğunda fəal iştirak etdilər.

Ümummilli Lider Heydər Əliyev bu liseyi yaratmaqla kifayətlənmədi, ona qayğı göstərdi və yaşatdı. Ulu Öndər hakimiyyətdə olduğu dövrlərdə tez-tez məktəbə gedər, kursantlarla söhbət edər, qayğıları ilə yaxından maraqlanardı. Heydər Əliyev çıxışlarının birində demişdir: "Mən Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi yaratmışam, onun fəaliyyətinə hərtərəfli qayğı göstərmişəm". 

Ümummilli Lider xalqımızın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtdıqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin həyatında böyük dəyişikliklər baş verdi. Ordumuzun gələcək zabitlərinin oxuduğu hərbi məktəbə daim diqqət və qayğı göstərən Heydər Əliyevin 1998-ci və 2002-ci illərdə imzaladığı sərəncamlarla Hərbi Liseyin yaradılmasının 25 və 30 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd olundu. 

Ulu Öndər Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edərkən demişdir: "30 il bundan öncə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranması və o vaxtdan ardıcıl fəaliyyət göstərməsi və bu gün öz iş nəticələrini nümayiş etdirməsi Azərbaycanın həyatında tarixi hadisədir. Bu,  bizim bayramımızdır. Çünki Azərbaycanın tarixində heç vaxt belə bir hərbi təhsil müəssisəsi olmayıbdır. Bu, ağır bir dövrdə yaranıb, 30 il yaşayıb və bu gün də 30 illik yubileyini qeyd edir".

Azərbaycan Prezidenti Heydər Əliyevin 13 mart 1998-ci il tarixli sərəncamı və müdafiə nazirinin 9 aprel 1998-ci il tarixli əmri ilə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı açılmışdır. Ondan sonra bu qədim diyarın hərbçi olmaq istəyən gənclərinin ölkənin paytaxtına gəlmələrinə ehtiyac qalmadı. Ordumuzun gələcək zabitləri olacaq gənclər Hərbi Liseyin Naxçıvandakı filialında təhsil aldılar. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əlyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı ləğv edilmiş və onun bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır. 

Arxada qalmış 55 il ərzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyi 14 mindən artıq məzun bitirmişdir. Onların çoxu bu gün daim gücünü, qüdrətini artıran Azərbaycan Ordusunun sıralarında xidmətlərini uğurla davam etdirir. Bu zabitlər həm Birinci və İkinci Qarabağ müharibələrində, həm də Aprel döyüşlərində böyük qəhrəmanlıqlar göstərmişlər. Döyüşlərdə göstərdikləri igidliklərə görə Hərbi Liseyin məzunları müxtəlif orden və medallarla təltif edilmişlər. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adlarına layiq görülmüşdür. Hərbi Liseyin məzunlarından 27 nəfər general, 1 nəfər admiral ali hərbi rütbəsinədək yüksəlmişdir. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə C.Naxçıvanski adına Hərbi Liseyin 120 məzunu şəhid olmuşdur. Şəhidlərin ruhuna ehtiram əlaməti olaraq Hərbi Liseydə Şəhidlər muzeyi yaradılmışdır. 

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Heydər Əliyev Muzeyi də fəaliyyət göstərir. Kursantlar asudə və istirahət saatlarında muzeyə gələrək Ulu Öndərin keçdiyi şərəfli ömür yolu, Azərbaycanın müstəqilliyi və azadlığı naminə gördüyü işlərlə əyani  tanış olurlar. 

Bu gün Hərbi Lisey Azərbaycan Prezidenti İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların, hərbi təhsil sahəsinə göstərdiyi qayğı və diqqətin sayəsində təkmilləşir, inkişaf edir. Liseyi bitirən savadlı, bilikli məzunların bacarığı və peşəkarlığı sayəsində isə Silahlı Qüvvələrimiz daha da güclənir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Özbəkistan münasibətləri yeni regional əməkdaşlıq modelinin əsasını formalaşdırır

10:41
24 Avqust

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək

10:26
24 Avqust

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:25
24 Avqust

Neft qiymətləri ucuzlaşır

10:24
24 Avqust

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

10:22
24 Avqust

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

09:57
24 Avqust

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

09:43
24 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

01:47
24 Avqust

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!