12 Noyabr 2025 09:29
436
SİYASƏT
A- A+
Heç bir qüvvə Azərbaycanın Konstitusiya quruluşuna təhdid yarada bilməz  

Heç bir qüvvə Azərbaycanın Konstitusiya quruluşuna təhdid yarada bilməz  


Bu gün Azərbaycanda Konstitusiya Günüdür. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası günü elan edilməsi haqqında  15 dekabr 1995-ci il tarixli 409 nömrəli Fərmanına əsasən hər bir Azərbaycan vətəndaşının, Azərbaycan cəmiyyətinin və dövlətinin həyatında mühüm tarixi hadisə olan Konstitusiyamızın qəbul edilməsi gününü əbədiləşdirmək və təntənəli qeyd etmək məqsədi ilə 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası günü elan olunub. 

Konstitusiya dünyanın hər yerində əsas qanun kimi ən ali hüquqi aktdır. Bu sənəd məxsus olduğu dövlətin təməllərinin əsas prinsiplərini, o cümlədən ölkə vətəndaşlarının hüquq və vəzifələrini özündə təsbit edir. Konstitusiya həm də öz məzmunu ilə dövlətin siyasi quruluşunun, cəmiyyətin sosial-iqtisadi və hüquqi əsaslarının aynasıdır. Buna görə də digər bütün qanunlar və hüquqi aktlar konstitusiyaya uyğun olmalıdır.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası  təbii olaraq yeni dövrün tələblərinə uyğun dövlət quruculuğunun həyata keçirilməsini və bu istiqamətdə ilk addımlardan biri kimi yeni qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi. Qanunvericilik bazasının təməlində isə əlbəttə ki, Konstitusiya dayanır. Təsadüfi deyil ki, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yer alan məsələlərdən biri respublikamızın yeni Konstitusiyasının hazırlanması ilə bağlıdır. Amma 1991-1993-cü illərdə hakimiyyətdə olan siyasi qruplar müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması barədə heç bir iş görmədilər. 

Respublikamızın yeni Konstitusiyasının hazırlanması yalnız Ümummilli Lider Heydər Əliyevin xalqımızı istək və arzusu ilə ölkəmizə rəhbərliyə başlamasından sonra gündəmə gəldi. Xüsusilə qeyd edilməlidir ki, Konstitusiya layihəsinin hazırlanmasında Ulu Öndərin görkəmli dövlət xadimi kimi siyasi təcrübəsi mühüm rol oynadı. Heydər Əliyev Konstitusiyanın layihəsini hazırlayan xüsusi komissiyanın iclasında demişdi: «Biz  elə bir layihə hazırlamalı və nə¬hayət, elə bir Konstitusiya qə¬¬bul etməliyik ki, o, müs¬təqil Azərbaycan Respub¬likasında de¬mok¬ratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanun¬vericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır». 

Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın mükəmməl şəkildə hazırlanması üçün onun hər bir bölməsinə, maddəsinə, hər bir bəndinə xüsusi diqqətlə yanaşmışdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etdi və onların mütləq əksəriyyəti Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Dövlətimizin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.

5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyamızda dövlətimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək,  vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq,  xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq,  ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək,  ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan olunub. “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur” – deyə Prezident İlham Əliyev bildirib. 

Qeyd edək ki, respublikamızda əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Konstitusiyamızda bir neçə dəfə dəyişikliklər olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.  2016-cı il sentyabrın 26-da keçirilmiş referendumda isə Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.

Azərbaycan Konstitusiyanın qəbulundan ötən müddətin reallıqları göstərir ki, Ulu Öndər Heydər Əliyevlə başlanan, ötən 22 ildə isə cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən, dövrün tələblərindən irəli gələrək yeni keyfiyyət mərhələsinə yüksələn inkişaf siyasəti Konstitusiyamızın preambulasında yer alan niyyətlərin uğurla həyata vəsiqə almasını təmin edir. 

Ən əsası odur ki, artıq Azərbaycan Konstitusiyası hüquqi qüvvəsi həm də Qarabağ və Şərqi Zəngəzurda bərqərar edilib. Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünü qorumaq xalqımızın Konstitusiyanın preambulasında təntənəli surətdə bəyan etdiyi niyyətlərdən biridir. Əsas Qanunumuzun 11-ci maddəsində isə qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Lakin Ermənistanın torpaqlarımızı işğal etməsi, Qarabağdakı erməni separatizmi nəticəsində dövlətimizin konstitusion əsasları pozulmuşdu. İşğal nəticəsində məğburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızın konstitusion hüquqları tapdalanmışdı. 

Böyük qürur hissi ilə qeyd etməliyik ki, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində qazanılan zəfərlər nəticəsində Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda özünün Konstitusiya quruluşunu bərpa etdi.  

Azərbaycan dövləti milli maraqlarını rəhbər tutaraq, müstəqil siyasətini qətiyyətlə və prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Azərbaycan artıq öz yüksəlişinin elə bir səviyyəsinə yüksəlib ki, heç bir qüvvə dövlətimizin Konstitusiya quruluşuna təhdid yarada bilməz.


Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!