16 İyul 2026 16:17
555
SİYASƏT
A- A+
Haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir

Haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir

“13 iyul 2026-cı il tarixində ənənəvi olaraq artıq 4-cü dəfədir Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq media nümayəndələri ilə açıq dialoqu dünyanın diqqət mərkəzinə çevrildi. Qlobal ictimaiyyət, ekspert dairələri, media və siyasi analitiklər Azərbaycanın dövlət başçısının aktual proseslərə dair baxışlarını, regional və beynəlxalq siyasətin konturlarını açıq, cəsarətli və prinsipial şəkildə ifadə etməsinə böyük maraq göstərirlər”.

Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva açıqlamasında deyib.

Azərbaycan Prezidentinin Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Türk Dünyasından Avropaya, Yaxın Şərqdən ABŞ-a uzanan əməkdaşlıq gündəliyinə, beynəlxalq təşkilatlarla münasibətlərə dair dövlətimizin mövqeyini səsləndirməsindən bəhs edən Günay Əfəndiyeva bildirib:

“Prezident İlham Əliyevin cavabları hər zamankı kimi arqumentlərə, faktlara və dövlət maraqlarına xidmət edən prinsiplərə əsaslanırdı. Bu, əslində cənab Prezidentin rəhbərliyində Azərbaycanın özünə, öz sözünə, öz yoluna, atdığı addımlara inamının ifadəsidir. Çünki haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir”.

Deputat bildirib ki, 30 ilə yaxın işğal altında qalmış, dağıdılmış Şuşa şəhərinin bu gün gələcəyə yönəlmiş strateji müzakirələrin ünvanına çevrilməsi Azərbaycanın tarixində olduqca mühüm bir mərhələdir.

Günay Əfəndiyeva etibarlılığı XXI əsrdə dövlətlərin beynəlxalq nüfuzunun formalaşmasında əsas meyarlardan biri kimi dəyərləndirərək bildirib: “Etibarlı tərəfdaş olmaq, verdiyi sözün arxasında dayanmaq, regionda sabitliyi təşviq etmək, balanslı siyasət yürütmək böyük siyasi kapitaldır. Azərbaycan bu gün məhz belə bir dövlət olaraq dünya miqyasında tanınır, qəbul edilir”.

Deputat bildirib ki, Azərbaycan mürəkkəb və dinamik geosiyasi nöqtədə yerləşməsinə baxmayaraq, öz müstəqil iradəsini, qərarlarını qətiyyətlə ortaya qoyur.

“Biz bu gün nəinki , coğrafi baxımdan, siyasi baxımdan da müxtəlif sivilizasiyaları, iqtisadi məkanları və maraqları birləşdirən körpü rolunu oynayırıq. Bu, təsadüfi uğur deyil. Bu, uzun illər ardıcıl həyata keçirilən gələcəyə hesablanmış dövlət strategiyasının nəticəsidir.

Və Prezident İlham Əliyevin Şuşadan dünyaya ünvanladığı mesajlar dövlət başçısının böyük dünyagörüşü, geniş strateji düşüncəsi, yürütdüyü nəhəng siyasəti ilə yanaşı, Azərbaycanın güclü və uğurlu dövlətçilik xəttini nümayiş etdirir”, - deyə Günay Əfəndiyeva vurğulayıb.

“Azərbaycan”

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qardaşlıq və əbədi dostluq nümunəsi: Bakı və Daşkənd arasında yeni ittifaq modeli

11:43
25 Avqust

Çempionlar Liqası: "Sabah" “Hapoel”lə cavab oyununa çıxır

11:01
25 Avqust

“Brent”in qiyməti 92 dollardan aşağı düşüb  

10:20
25 Avqust

Azərbaycan nefti 95,13 dollara satılır

10:01
25 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətləri yeni zirvələrə yüksəlir

09:20
25 Avqust

Neft bahalaşır

09:00
25 Avqust

Səsi xoşbəxtliyi, peşəsi taleyi idi

08:55
25 Avqust

Poeziyada yeri səhv düşməmişdi

08:50
25 Avqust

Paytaxtda axşam konsertləri davam edir

08:45
25 Avqust

Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası

08:40
25 Avqust

Azərbaycanın yeni turizm strategiyası

08:35
25 Avqust

Dövlətə və xalqa xidmət amalının təcəssümü

08:30
25 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri Avrasiyanın yeni siyasi və iqtisadi arxitekturasını formalaşdırır 

08:25
25 Avqust

Bakı və Daşkəndin strateji inteqrasiyası: türk dünyasında yeni regional güc mərkəzi

08:20
25 Avqust

Müttəfiqliyin yeni zirvəsi

08:15
25 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır

08:10
25 Avqust

Tərəfdaşlıqdan "Əbədi dostluğ"a

08:05
25 Avqust

Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıq

08:00
25 Avqust

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!