19 Dekabr 2024 08:40
343
İQTİSADİYYAT
A- A+
Goranboyda suvarma suyuna olan tələbat maksimum ödənilir

Goranboyda suvarma suyuna olan tələbat maksimum ödənilir


Ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında, əhalinin ərzaqla etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. 

Bu baxımdan son illərin ən böyük layihələrdən olan, strateji əhəmiyyəti və kapital qoyuluşu ilə seçilən Şəmkirçay su anbarının, eləcə də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının tikintisi ilə minlərlə hektar torpaq sahəsinin suvarılmasına, kənd təsərrüfatının inkişafına və yeni iş yerlərinin yaradılmasına imkan yaranmışdır. Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihə olaraq mühüm əhəmiyyətə malikdir. 

Xatırladaq ki, Prezident İlham Əliyevin iştirakı ilə 2009-cu ildə təməli qoyulan Şəmkir su anbarı 2014-cü ildə istifadəyə verilmişdir. Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının birinci növbəsinin davamı olan 27,95 kilometrlik ikinci növbənin tikintisinə isə 2015-ci ildə başlanılmışdır. Bu kanalın birinci növbəsinin tikintisi ilə su mənbəyi işğal zonasında qalmış Goranboy rayonunun 8293 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmişdir. Kanalın ikinci növbəsinin İpək yoluna qədər 8,55 kilometrlik birinci mərhələsinin 2017-ci ildə başa çatmış tikintisi isə  Goranboy və Samux rayonlarının 941 hektarı yeni suvarılacaq torpaqlar olmaqla, 8938 hektar torpaq sahəsini suvarmağa imkan vermişdir. Bütövlükdə magistral kanalın istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılmasına və 17 min hektar yeni suvarılacaq torpaqlardan istifadə olunmasına imkan yaranmışdır. 

Hazırda rayonun Goranlı, Qazançı, Qarapirimli, Gülməmmədli  və Qırıxlı kəndlərinin əkin sahələrinin suvarılma suyu ilə təminatında mühüm əhəmiyyətə malik Şəmkir-Samux-Goranboy magistral suvarma kanalından şaxələndirici kanallar  çəkilir. Suvarma suyunun davamlı təminatı, su itkisinin qarşısının alınması, sudan səmərəli istifadə və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti məsul şəxslər daim ərazilərdə olur, görülən işlərə ciddi nəzarət edirlər.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib

20:51
22 Dekabr

Heydər məscidində vəhdət namazı qılınıb

19:35
22 Dekabr

Prezident Kubokunun qalibləri mükafatlandırılıb

19:30
22 Dekabr

Gürcüstan Prezidenti Salome Zurabişvili həbs oluna bilər

19:01
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

18:43
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

18:17
22 Dekabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq

18:03
22 Dekabr

Xaçmazlı şəhidlərin döyüş yolundan bəhs edən film təqdim olunub

17:48
22 Dekabr

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!