04 Noyabr 2026 17:21
433
DÜNYA
A- A+
“Google” məktəblərdə süni intellektə girişi məhdudlaşdırır  

“Google” məktəblərdə süni intellektə girişi məhdudlaşdırır  


“Google” məktəblərə şagirdlərin şirkətin süni intellekt alətlərinə çıxışını məhdudlaşdırmaq üçün yeni idarəetmə vasitələri təqdim edir. Lakin məktəblər süni intellektdən tamamilə imtina etməyi seçərlərsə, onlar, həmçinin “Google” Axtarış sisteminə çıxışı da itirəcəklər. Bu siyasət dəyişikliyi şagirdlər və müəllimlərin dünyanın ən böyük təhsil texnologiyası təchizatçılarından biri ilə qarşılıqlı əlaqəsində ciddi dönüş nöqtəsi ola bilər. “Google”un "Chromebook" noutbuklarından on milyonlarla şagird istifadə edir, bəzi hallarda bu istifadə hələ uşaq bağçası dövründən başlayır.

Bu addım texnologiyanın şagirdlərin öyrənmə və inkişafına mane ola biləcəyi, yaxud təhlükəsizlik riskləri yarada biləcəyi ilə bağlı artan narahatlıqlar fonunda atılıb. Belə ki, bir çox icmalar məktəblərdə ekran qarşısında keçirilən vaxta və süni intellektin istifadəsinə daha sərt məhdudiyyətlər qoyulmasını tələb edirdilər. Nyu-York və Los-Anceles dövlət məktəbləri də daxil olmaqla, bir sıra məktəb dairələri cari tədris ilində şagirdlərin böyük bir qismi və ya hamısı üçün generativ süni intellekt alətlərindən istifadəni qadağan edib.

“Google” süni intellektə əsaslanan məhsulları, məsələn, "Gemini" köməkçisi və "Google Axtarış"ı məktəb rəhbərləri onları “xüsusi olaraq aktivləşdirənə" kimi məktəbəqədər təhsildən 12-ci sinfə qədər şagirdlərin hesablarında standart olaraq qeyri-aktiv qalacaq. Bu dəyişiklik, “Google”un avqust ayında "Google Classroom" tətbiqində "Gemini"ni standart olaraq aktivləşdirmək barədə əvvəlki qərarını ləğv edir.

Şirkət bildirib ki, bu dəyişikliklər pedaqoqların və siyasətçilərin süni intellekt alətlərinə daha çox nəzarət olunması ilə bağlı çağırışlarına cavab olaraq həyata keçirilir.”Google”un təhsil üzrə vitse-prezidenti Kris Filips "New York Times" qəzetinə açıqlamasında bildirib ki, axtarış sistemi ilə süni intellekt bir-birinə sıx inteqrasiya olunub. O əlavə edib ki, süni intellektdən istifadəni qadağan edən məktəblərdə axtarış sisteminə giriş mümkün olmayacaq və istifadəçilər məktəb tərəfindən yerləşdirilmiş, həmin xidmətin əlçatan olmadığını bildirən bir mesajla qarşılaşacaqlar.

 Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!