27 Iyul 2024 16:21
332
İQTİSADİYYAT
A- A+

Gəncədə sənaye müəssisələrinin rəhbərlərilə görüş keçirilib

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov və nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinin iştirakı ilə Gəncə və ətraf rayonlarda yerləşən qeyri-neft sənayesi istehsalçıları və ixracatçıları ilə görüş keçirilib.

"Azərbaycan" qəzeti nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, iqtisadiyyat naziri müasir sənaye müəssisələrinin yaradılması və bu sahədə idxaldan asılılığın azaldılması üçün reallaşdırılan tədbirləri diqqətə çatdırıb.

Bildirilib ki, son illər aparılan islahatların nəticəsində güzəştli maliyyələşmə, kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinə çıxış imkanları genişləndirilib, investisiya təşviqi mexanizmi əhəmiyyətli dərəcədə təkmilləşdirilib, sənaye zonalarının inkişafı təşviq olunub, dövlətin yeni dəstək alətləri tətbiq edilib. Bununla belə, yeni çağırışlara uyğun olaraq tədbirlərin görülməsinə dair müzakirələrə ehtiyac var.

Sahibkarlarla qeyri-neft sənayesindəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə fikir mübadiləsi aparılıb. İş adamları ilə xammalın keyfiyyəti, investisiya təşviqi, bank-maliyyə hesablaşmaları, daxili bazarın qorunması, kommunal xidmətlərdə differensial tariflər, dövlət satınalmaları, kredit resurslarına çıxış, ixtisaslı kadr potensialı kimi məsələlər müzakirə edilib. Sahibkarların təklifləri əsasında dövlətin dəstək və təşviq alətlərinin daha da təkmilləşdirilərək sistemli şəkildə davam etdiriləcəyi, sahibkarlığın bundan sonra da dəstəklənəcəyi diqqətə çatdırılıb.

Tədbir iştirakçıları görüşdən sonra dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayında yaradılmış şəraitlə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video