28 Avqust 2021 00:20
748
Mədəniyyət
A- A+
Gədəbəydə özbəkistanlı şairin “44 gün” adlı kitabının təqdimatı keçirilib

Gədəbəydə özbəkistanlı şairin “44 gün” adlı kitabının təqdimatı keçirilib

 

Gədəbəyin Heydər Əliyev Mərkəzində özbəkistanlı şair Xasiyyət Rüstəmovanın “44 gün” adlı kitabının təqdimatı keçirilmişdir.

Kitabın müəllifi, Özbəkistanın “Şöhrət” medallı şairi, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmovanın, tibb elmləri doktoru, professor Rəşid Mahmudovun, Milli QHT Forumu idarə heyətinin üzvü, türkoloq Əkbər Qoşalının, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın iştirak etdikləri tədbiri giriş sözü ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq diqqətə çatdırmışdır ki, 2020-ci ilin 27 sentyabr  tarixi Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin başlanğıc tarixi kimi xatırlanacaq: “Həmin tarixdən başlanan haqq savaşı bizi sonunda böyük qələbəyə apardı. Uzun illərin həsrətinə son qoyan 44 günlük müharibə bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixinə qızıl hərflərlə əsl qəhrəmanlıq dastanı yazdı. Düşmən üzərində böyük qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu darmadağın etdi. İndi Azərbaycan Ordusunun bu qələbəsi bir çox ölkələrin yazıçı və şairləri üçün əsas mövzuya çevrilmişdir. Elə qardaş Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmovanın “44 gün” adlı kitabı da məhz Azərbaycan xalqının böyük qələbəsinə həsr olunmuş ən qiymətli əsərlərdəndir”.

Gədəbəy haqqında hazırlanmış videoçarx nümayiş etdirildikdən sonra kitabın müəllifinə hədiyyələr təqdim olunmuşdur.

Tədbirdə çıxış edən iştirakçılar qardaş özbək xalqının tanınmış şairinin Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr etdiyi əsərini yüksək dəyərləndirmiş və müəllifə dərin minnətdarlıqlarını bildirmişlər. Sonra Xasiyyət Rüstəmova çıxış etmişdir: “İlk dəfə bu torpaqda olarkən və sizləri tanıyandan sonra Vətənin işğalda olmasının nə olduğunu  daha çox anladım.  Vətən sevgisini sizləri tanıyandan sonra daha çox hiss etdim”.

Çıxışının sonunda “44 gün” kitabından bir neçə şeirini oxumuşdur.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ-Xankəndi ultramarafonu: İlk mərhələnin qalibi bəlli olub

12:27
10 Aprel

Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub

12:25
10 Aprel

Şimali Kiprin Baş naziri: Prezident İlham Əliyevə öz adımdan və Kipr türkləri adından təşəkkür edirəm  

12:02
10 Aprel

Bakı və Aktau limanları arasında qarşılıqlı elektron fəaliyyət formatı tətbiq edilir  

11:53
10 Aprel

Aprelin 13-də 51 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

11:47
10 Aprel

Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

11:21
10 Aprel

Səudiyyə Ərəbistanı zəvvarları Həcc ziyarəti üçün qeyri-rəsmi kanallardan istifadə etməməyə çağırıb  

11:09
10 Aprel

“AzerGold” Pakistanda ölkələrarası işgüzar görüş və beynəlxalq forumda iştirak edib  

10:53
10 Aprel

Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir "Skytrax" mükafatına layiq görülüb  

10:41
10 Aprel

Azərbaycan neftinin qiyməti azalıb  

10:32
10 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

10:29
10 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub  

10:21
10 Aprel

İsveç qızıl ehtiyatlarını ABŞ-da saxlamağa davam edəcək  

10:08
10 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna start verilib

09:57
10 Aprel

Ağdam sakini: Doğma el-obama qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur  

09:41
10 Aprel

Keçmiş məcburi köçkün: Birlik və həmrəylik nümayiş etdirərək düşmənə layiqli cavab verdik  

09:32
10 Aprel

Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub  

09:19
10 Aprel

Böyük Qayıdış: Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb  

09:04
10 Aprel

Maarifçi xeyriyyə cəmiyyətləri

09:00
10 Aprel

Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici işlər naziri

08:55
10 Aprel

İhsan Doğramacı fenomeni

08:50
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!