10 Aprel 2025 12:25
390
CƏMİYYƏT
A- A+
Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub

Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub


Azərbaycan Respublikası Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 7-9-da Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 59-cu iclasında iştirak məqsədilə Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclas çərçivəsində təşkilatın fəaliyyətinin əsas istiqamətlərini əhatə edən məsələlərə baxılıb, BPA-nın İcraiyyə Komitəsinə hazırda fəaliyyət göstərən və vakant olan regionlar üzrə yeni üzvlərin namizədlikləri nəzərdən keçirilib, habelə təşkilatın Nizamnaməsində rəhbər orqanlara seçkilərin keçirilməsi prosedurlarına təklif olunan dəyişikliklər müzakirə edilib. Bununla yanaşı, Assosiasiyanın növbəti illik iclas və regional konfranslarının təşkili ilə bağlı aparılacaq təşkilati işlər ətrafında müzakirələr aparılıb.

Habelə İcraiyyə Komitəsinin iclasında BPA-nın rəhbər vəzifələrinə keçirilmiş səsvermə nəticəsində Assosiasiyanın vitse-prezidenti Baş prokuror Kamran Əliyevin yenidən həmin vəzifəyə 2 il müddətinə, yəni, 2027-ci ilədək seçilməsi tövsiyə edilib.

İcraiyyə Komitəsinin iclasında çıxış edən Baş prokurorunun müavini Heydər Məmmədov tədbir iştirakçılarına Baş prokuror, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin salamlarını çatdıraraq ötən il sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının nəticələrinə dair geniş hesabat təqdim edib. Heydər Məmmədov çıxışında Bakı Konfransının uzun müddət planlaşdırılan bir təşəbbüs olduğunu və bu tədbirin reallaşmasında Prezident İlham Əliyevin siyasi dəstəyinin mühüm rol oynadığını vurğulayıb, konfransın uğurlu təşkilində prokurorluq orqanları əməkdaşları ilə yanaşı, bir sıra dövlət qurumları və könüllülərin də fəal iştirak etdiyini bildirib.

Səfər çərçivəsində Heydər Məmmədov BPA-nın Prezidenti, həmçinin Argentina, Braziliya, Birləşmiş Krallıq, Çili, Keniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə hüquqi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!