06 Avqust 2026 10:50
4310
Oxucu məktubları
A- A+
FİDAN SUMQAYIT TƏHSİLİNİN FƏXRİDİR

FİDAN SUMQAYIT TƏHSİLİNİN FƏXRİDİR


Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunları növbəti dəfə qəbul imtahanlarında yüksək nailiyyətləri ilə fərqləniblər. Cari tədris ilində III ixtisas qrupu üzrə qeydə alınan ən yüksək nəticələrdən biri Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin məzunu Fidan İlham qızı Hüseynzadəyə məxsusdur.

Fidan Hüseynzadə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının hər iki mərhələsində yüksək bilik və hazırlıq nümayiş etdirərək ümumilikdə 690 bal toplayıb. O, imtahanın birinci mərhələsində 293,8, ikinci mərhələsində isə 396,2 bal nəticə göstərərək III ixtisas qrupu üzrə regionun ən yüksək nəticə əldə edən məzunlarından biri kimi fərqlənib.

Bu uğur gənc məzunun uzunmüddətli zəhmətinin, məqsədyönlü hazırlığının və təhsilə məsuliyyətli yanaşmasının nəticəsi, məktəbdə həyata keçirilən keyfiyyətli tədris prosesinin, müəllimlərin peşəkarlığının və şagird-müəllim əməkdaşlığının göstəricisidir.

Son illər Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində nailiyyətlərin yüksəlməsi, qəbul imtahanlarında yüksək bal toplayan məzunların sayının artması regionda təhsilin inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlərin nəticəsi kimi diqqət çəkir. Bu baxımdan Fidan Hüseynzadənin qazandığı uğur həm məktəbin, həm də region təhsilinin nailiyyətləri sırasına əlavə olunan mühüm göstəricilərdən biridir.

Təhsil ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan bu nəticə gənclərin elmə və biliyə marağının artırılması, onların gələcək uğurlar üçün ruhlandırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Fidan Hüseynzadənin əldə etdiyi yüksək göstərici digər şagirdlər üçün nümunə olmaqla yanaşı, Azərbaycan gəncliyinin intellektual potensialının və ölkədə təhsilin keyfiyyətinin daha bir təsdiqi kimi dəyərləndirilir.


İlhamə MƏMMƏDOVA,

Sumqayıt şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!