27 Avqust 2026 20:49
832
İDMAN
A- A+
Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur 

Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur 


Qubada 11 yaşadək futbolçular arasında keçirilən III “Ulduz Cup” beynəlxalq turniri artıq ənənəvi xarakter daşıyır və hər il müxtəlif ölkələrdən komandaların iştirakı ilə təşkil olunur. Artıq bu yarışlar ənənəvi xarakter daşıyır. Hər il burada bu turnir təşkil olunur. Sevindirici haldır ki, bir çox ölkələrdən komandalar gəlir. Elə komandalar var ki, hər il bu yarışa qoşulurlar. Yeni komandalarımız da var. Bu dəfə Polşadan komanda iştirak etdi və hətta qalib oldu.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Qubada keçirilən beynəlxalq turnirlə bağlı jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, yarışda hər il iştirak edən komandalarla yanaşı, yeni kollektivlərin də iştirakı turnirə marağın artdığını göstərir.

“Yarışların çox yaxşı təşkil olunması sevindiricidir. Mən buradan bütün təşkilatçıları təbrik edir və təşəkkür edirəm. Quba Rayon İcra Hakimiyyətinə də təşəkkürümü bildirirəm ki, bizə burada belə şərait yaradıb. Biz sevə-sevə hər il bura qayıdırıq. Bu, uşaqlarımız üçün böyük bir stimuldur. Azərbaycan komandaları müxtəlif ölkələrdən gələn kollektivlərlə oynamaqla bu yaş kateqoriyasında komandaların səviyyəsini görürlər. Bu, inkişaf və təcrübədir. İnanırıq ki, bu uşaqların arasından gələcəkdə milli komandamızda, böyüklər arasında çıxış edən futbolçuları görəcəyik”, - deyə nazir qeyd edib.

Fərid Qayıbov turnirin gələcəkdə daha geniş yaş qruplarını əhatə edə biləcəyini bildirib.

“Biz qərara gəldik ki, bu yaş qrupunda qalaq. Hər dəfə yeni uşaqlardır, eyni yaş qrupudur. Gələcək illərdə bu yarışda bir neçə yaş qrupundan istifadə etməyə çalışacağıq. Təəssüf ki, burada bir meydança var və hazırda imkanlarımız buna tam şərait yaratmır. Amma gələcəkdə bu barədə də düşünəcəyik. Digər idman akademiyalarımız da yaxşı inkişaf edir, yaxşı rəqabət var. Bu rəqabətin nəticəsidir ki, artıq bizdə futbolçular yetişməyə başlayıb. İnanırıq ki, gələcəkdə də belə olacaq”, - deyə nazir əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quram Maxuliya: ŞƏT-in gündəliyində duran bir çox məsələ Azərbaycan və onun liderinin iştirakı olmadan həll edilə bilməz  

20:10
01 Sentyabr

ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

20:06
01 Sentyabr

"ŞƏT plyus" görüşündə iştirak Azərbaycanın orta güc kimi rolunu nümayiş etdirir 

20:04
01 Sentyabr

Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir

19:57
01 Sentyabr

Prezident İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın regional və beynəlxalq gündəmdə fəal mövqeyi

19:53
01 Sentyabr

“ŞƏT plyus” Azərbaycana öz mövqelərini geniş auditoriyaya çatdırmaq imkanı qazandırır

19:50
01 Sentyabr

Parlamentlərarası əlaqələr genişləndirilir: Serbiyada mühüm görüş

19:49
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Somali Prezidenti ilə görüşüb

19:44
01 Sentyabr

Azərbaycan ilə Keniya arasında minatəmizləmə sahəsində innovativ yanaşmaların tətbiqi imkanları müzakirə olunub  

19:30
01 Sentyabr

Bakıda dəniz, atlar və polo həyəcanı

19:19
01 Sentyabr

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

19:15
01 Sentyabr

Kayseri Universitetinin rektoru: ŞƏT sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirdi

19:07
01 Sentyabr

Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

19:05
01 Sentyabr

Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  

19:03
01 Sentyabr

89 uşaq ailə sevgisinə qovuşub

19:00
01 Sentyabr

Naxçıvanda taxıl istehsalı 22 faiz artıb

18:58
01 Sentyabr

Moskvada kilsənin qarşısında qanlı olay

18:55
01 Sentyabr

İllərlə davam edən gözləntiyə son

18:53
01 Sentyabr

Azərbaycanda innovasiya ekosisteminin formalaşdırılması üçün yeni qanunvericilik layihələri hazırlanıb

18:51
01 Sentyabr

Balıqçı torları və tilovları yenidən suya atılır

18:49
01 Sentyabr

Azərbaycanın uğurları ŞƏT platformasından dünyaya bəyan olundu

18:43
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!