28 Avqust 2026 09:59
441
Mədəniyyət
A- A+
Ərdəbil sevdalı Rübabə xanım

Ərdəbil sevdalı Rübabə xanım


Kövrək və həzin səsi ilə musiqisevərləri sehrində saxlayan görkəmli xanəndə, respublikanın Xalq artisti Rübabə Muradova sevilən və ehtiramla xatırlanan xanəndələrdəndir. Rübabə xanım  Ərdəbil sevdalı, cənub nisgilli nəğmələri ilə hər kəsdə vətən sevgisi hissi oyadardı.

Rübabə Mirzə Xəlil qızı Muradova 22 mart 1933-cü ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailədə dünyaya göz açıb. Tibb təhsilli atası övladının xoşbəxt gələcəyi üçün hər cür zəhmətə qatlaşır. O, Rübabəni Ərdəbil qızlar məktəbinə qoyur. Onun məktəbdə təşkil olunan konsert və tamaşalarda səhnəyə çıxmasına nəinki etiraz etmir, hətta dəstək olur.

Mirzə Xəlil xalqının daha firavan yaşaması naminə Cənubi Azərbaycan milli hökumətinin qurulması uğrunda mübarizə aparan "21 Azər" hərəkatının fəallarından idi. İnqilab qələbə ilə nəticələnsə də, milli hökumətin ömrü qısa olur. 6-7aydan sonra - 1946-cı ildə milli hökumət süquta uğrayır və onun qurucuları, dəstəkləyənləri doğma yurddan qaçqın düşürlər. Rübabə Muradovanın ailəsi də Şimali Azərbaycana üz tutur...

Ailə tezliklə geri qayıdacaqları ümidi ilə bir müddət Ərdəbilə yaxın Astara şəhərində məskunlaşır. Sonra Salyana gəlirlər. Mirzə Xəlilin dini təhsili olduğu üçün şəhərin məscidində axundluq edir. Amma eyni zamanda həkim kimi də fəaliyyət göstərir. Rübabə isə şəhər orta məktəbində təhsil alır. Məktəbin özfəaliyyət dərnəyinə yazılır, burada istedadlı gənc kimi diqqət çəkir. Məlahətli səsi, həm də musiqi duyumu çoxlarını heyran qoyur. Oxuduğu məktəbdə özfəaliyyət dərnəyinin üzvü kimi şəhərin mədəni-kütləvi tədbirlərində yaxından iştirak edir. Aylar, illər bir-birini əvəz etdikcə Rübabə sənətdə püxtələşir və tanınır.

Günlərin birində Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyorları Salyanda qastrol səfərində imiş. Gənc Rübabə adını eşidib, üzünü görmədiyi görkəmli aktyor Ələsgər Ələkbərovu burada görür və tanıyır. Axşam "Vaqif" tamaşası təqdim edilmə ərəfəsində məlum olur ki, Xuraman rolunun ifaçısı xəstələnib. Bu zaman tanışların təkidi ilə Rübabə Muradova ilk dəfə peşəkar səhnəyə çıxır və Ə.Ələkbərovla tərəfdaş olur. Çox çətin olsa da, üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. Onun Xuramanın özünü qayadan atması səhnəsində oxuduğu "Bayatı-kürd" muğamı isə tamaşaçıları heyran edir, sürəkli alqış sədaları salonu başına götürür. 

Tamaşadan sonra Ə.Ələkbərov gənc müğənnini Bakıya dəvət edir, "filarmoniyanın sizin kimi səsli gənclərə ehtiyacı var", - deyir.

Rübabə Muradova 1951-ci ildə Bakıya gəlir. Asəf Zeynallı adına Musiqi Məktəbinə qəbul olunur, ustad xanəndə Seyid Şuşinskinin sinfində sənətin sirlərini öyrənir. Hələ tələbə ikən müəllimlərinin ümidini doğruldur. Opera və Balet Teatrının səhnəsinə ilk dəfə Leyli rolunun ifaçısı kimi çıxır. 1954-cü ildə Opera və Balet Teatrında işə qəbul olunur. Əvvəlcə solist, sonra məşqçi-pedaqoq kimi fəaliyyət göstərir. O, bu sənət məbədinin səhnəsində "Leyli və Məcnun"da Leyli, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Xanəndə qız, "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Gəlin qayası"nda Sənəm rollarında çıxış edir.

Görkəmli sənətkarın Azərbaycan incəsənətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilir. O, 1956-cı ildə "Əməkdar artist", 1959-cu ildə "Şərəf nişanı" ordeni və 1971-ci ildə "Xalq artisti" fəxri adına layiq görülür. 

Nəğmələrində xalqın məhəbbətini qazanan tanınmış xanəndə Rübabə Muradova sənətdə nə qədər uğurlar əldə etsə də, doğma Ərdəbilin nisgilini həmişə qəlbində daşıyıb. Deyirlər ki, bir gün Rübabə xanım Astarada qastrol səfərində imiş. Sənət yoldaşlarından bir az aralanır və İran sərhədinə tərəf üzünü tutur. İllərlə xiffətini çəkdiyi, gedə bilmədiyi, hətta yaxından baxa bilmədiyi yerlərə həsrətlə diqqət yetirir və hönkür-hönkür ağlayır. Sənət yoldaşları onu çətinliklə sakitləşdirirlər.

Qısa ömründə sənətin şöhrət zirvəsinə yüksələn Rübabə xanım daim bir qəriblik nisgilindən üzülür. Yaşadığı ağrı-acılar, ailə həyatındakı uğursuzluqlar onu taqətdən salır. Hamıdan sevgi görsə də, öz sevdiklərinə çata bilmir. 28 avqust 1983-cü ildə Bakıda dünyasını dəyişir.

Tanınmış qaboy ifaçısı, Xalq artisti, mərhum Kamil Cəlilov görkəmli sənətkarla bağlı deyib: "Rübabə xanım vəfatından öncə vəsiyyət etmişdi ki, mən onun cənazəsi başında "Segah" çalım. Çünki mənə həmişə deyərdi ki, ay Kamil, sən "Segah" çalanda elə bilirəm ki, Ərdəbildəyəm. Gözlərimi yumuram, açanda mənə qalan isə göz yaşları olur. Elə istəyirəm ki, nə sən çalğını kəsəsən, nə də mən gözlərimi açam..."

Rübabə Muradova 50 illik ömründə Azərbaycan musiqi mədəniyyətində elə bir iz qoyub ki, gələcək nəsillər onun sənət rübabını daima dinləyəcək, sənətkarı xoş duyğularla, böyük ehtiramla yada salacaqlar.

 

Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quram Maxuliya: ŞƏT-in gündəliyində duran bir çox məsələ Azərbaycan və onun liderinin iştirakı olmadan həll edilə bilməz  

20:10
01 Sentyabr

ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

20:06
01 Sentyabr

"ŞƏT plyus" görüşündə iştirak Azərbaycanın orta güc kimi rolunu nümayiş etdirir 

20:04
01 Sentyabr

Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir

19:57
01 Sentyabr

Prezident İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın regional və beynəlxalq gündəmdə fəal mövqeyi

19:53
01 Sentyabr

“ŞƏT plyus” Azərbaycana öz mövqelərini geniş auditoriyaya çatdırmaq imkanı qazandırır

19:50
01 Sentyabr

Parlamentlərarası əlaqələr genişləndirilir: Serbiyada mühüm görüş

19:49
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Somali Prezidenti ilə görüşüb

19:44
01 Sentyabr

Azərbaycan ilə Keniya arasında minatəmizləmə sahəsində innovativ yanaşmaların tətbiqi imkanları müzakirə olunub  

19:30
01 Sentyabr

Bakıda dəniz, atlar və polo həyəcanı

19:19
01 Sentyabr

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

19:15
01 Sentyabr

Kayseri Universitetinin rektoru: ŞƏT sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirdi

19:07
01 Sentyabr

Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

19:05
01 Sentyabr

Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  

19:03
01 Sentyabr

89 uşaq ailə sevgisinə qovuşub

19:00
01 Sentyabr

Naxçıvanda taxıl istehsalı 22 faiz artıb

18:58
01 Sentyabr

Moskvada kilsənin qarşısında qanlı olay

18:55
01 Sentyabr

İllərlə davam edən gözləntiyə son

18:53
01 Sentyabr

Azərbaycanda innovasiya ekosisteminin formalaşdırılması üçün yeni qanunvericilik layihələri hazırlanıb

18:51
01 Sentyabr

Balıqçı torları və tilovları yenidən suya atılır

18:49
01 Sentyabr

Azərbaycanın uğurları ŞƏT platformasından dünyaya bəyan olundu

18:43
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!