13 Dekabr 2024 09:35
281
İQTİSADİYYAT
A- A+
Ənənəvi sahələrdən moruqçuluğacan...

Ənənəvi sahələrdən moruqçuluğacan...


Kəndli üçün təqvim ili şərti xarakter daşıyır. Əgər toxum bu il səpilib məhsulu gələn il biçilirsə, burada hansı təqvim ilindən söhbət gedə bilər?! 

Yaxud cari ilin payızından başlayan məhsul yığımı yeni ilin ilk aylarında davam edirsə, dekabrda hansı nəticə barədə danışmaq olar?! Ona görə də kənd adamı üçün mövsüm olur, məsələn, biçin mövsümü, meyvə mövsümü, bostan mövsümü və s. Amma bütün hallarda il ildir və ona yekun vurmaq lazımdır. 

Hazırda Göygöl rayonunun kənd təsərrüfatına yararlı torpaq sahəsi 58 min 652, o cümlədən əkinəyararlı torpaq sahəsi 13 min 27 hektardır. Mövcud əkin sahələrinin 7441 hektarı suvarılan, 5586 hektarı dəmyə ərazilərdir. Həmin torpaq sahələrinin 9614 hektarında taxıl, tərəvəz, bostan, çoxillik və yem  bitkiləri əkilir.  

Rayonda taxılçılıq  ənənəvi sahədir. 2023-cü ildə bu ilin məhsulu üçün 4382,5 hektarda  dənli bitkilərin əkini aparılmışdır. Onun 2310,5 hektarı buğda, 2016,5 hektarı arpa, 55,5 hektarı isə xəsil olmuşdur. Cari mövsüm 431,7 hektar taxıl sahəsindən 12328 ton məhsul yığılmışdır. Məhsuldarlıq ötən mövsümə nisbətən 12 sentner artmışdır. Hazırda gələn ilin məhsulu üçün əkin işləri aparılır. İndiyəcən  5228 hektarda payızlıq şum qaldırılmış, 4407 hektarda payızlıq taxıl səpini aparılmışdır.  Onun 2507 hektarı buğda, 1870 hektarı arpa, 30 hektarı xəsildir.  

Bu il həmçinin rayon üzrə 488 hektarda tərəvəz, 322 hektarda kartof, 20,2 hektarda şəkər çuğunduru, 539 hektarda dən üçün günəbaxan, 57 hektarda dən üçün yazlıq qarğıdalı, 83,5 hektarda yem üçün qarğıdalı, 40 hektarda darı və 421,7 hektarda yem bitkiləri əkilmişdir. Bundan əlavə, rayon ərazisində 718,7 hektar üzüm, 806,4 hektar meyvə və 138,5 hektar giləmeyvə bağları var. Məhsula gəldikdə, sahə və bağlardan 3094 ton kartof, 4881 ton tərəvəz,  4184,6  ton meyvə  və 178,4 ton giləmeyvə yığılmışdır. 

Göygöl rayonunda taxıl əkini sahələrinin suvarılması əsasən Gəncə çayı, Kürəkçayı, Qoşqar çayı və "Şəmkirçay" su anbarı, eləcə də 20 kənd ərazisindəki subartezian quyuları  vasitəsilə həyata keçirilir. Yeri gəlmişkən qeyd edək ki, rayondakı 220 subartezian quyusunun 50-si bilavasitə əkin, o cümlədən taxıl sahələrinin suvarılmasında istifadə olunur. 45 subartezian quyusu isə həm məişətdə, həm də suvarmada əhalinin dadına çatır. Qalan 125 subartezian quyusu kommunal məqsədlə istifadə olunur. 

Kənd təsərrüfatı məhsullarının yetişdirilməsində və yığılmasında istifadə olunan texnika rayonun özününküdür. Bu gün Göygölün təsərrüfatlarında 17 taxılbiçən kombayn, 48 şum traktoru, 48 kotan, 34 toxumsəpən,10 gübrəsəpən, 11 çiləyici, 2 kartofsəpən və digər texnikalar mövcuddur. Bundan əlavə, rayonda "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Göygöl-Daşkəsən bölməsi də fəaliyyət göstərir.  

Göygöl təbiəti və iqlim şəraiti sarıdan heyvandarlığın inkişafı üçün əlverişli rayondur. Dağlıq və dağətəyi ərazi, mülayim iqlim burada heyvandarlığın inkişafı üçün geniş imkanlar açır. İnsafən, rayon heyvandarları da bu imkanlardan səmərəli istifadə etməyi bacarırlar. Onlar hətta kənd təsərrüfatı və heyvandarlıq sahəsində bilik və bacarıqlarını artırmaq üçün təlim və seminarlarda iştirak edirlər. Statistikaya gəldikdə, hazırda  rayonda 20,2 min baş qaramal (o cümlədən 100 min baş ana inək), 115,2 min baş qoyun-keçi, 157 min baş müxtəlif növ ev quşları və 8605 arı ailəsi var. Mövsüm ərzində ət istehsalı 2794,8, süd istehsalı 21901,2, yun istehsalı 166 ton olmuşdur.

Göygöldə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanmanın əhəmiyyəti geniş təbliğ olunur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri bu məqsədlə heyvandarlar arasında tez-tez maarifləndirmə işləri aparırlar. Nəticə olur. Cari ilin 9 ayı ərzində 1574 baş inək və düyə süni yolla mayalandırılmış, süni mayalanma yolu ilə 760 baş bala alınmışdır ki, bu da əvvəlki illərə nisbətən xeyli çoxdur.

Son illər rayonda moruqçuluğa maraq xeyli artıb. Hətta bu il ilk dəfə olaraq rayonun dağlıq ərazisində yerləşən Köşkü kəndində Moruq festivalı keçirilib. Festivalda 50 mindən artıq yerli və xarici qonaq iştirak edib. Tədbirin keçirilməsi həm də rayonda turizmin inkişafına təkan verib. İndi Göygöldə kənd turizminin inkişafı üçün geniş imkanlar açılıb.  


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!