19 İyun 2026 15:27
152
SİYASƏT
A- A+
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət edib

Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət edib

“Environmental Protection First” Koalisiyası Ermənistanda “Liderlər təbiət naminə” devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, müraciəti Koalisiyanın həmtəsisçisi Amin Məmmədov oxuyub.

“Biz - Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin ətraf mühitə, transsərhəd çaylara təsirlərinin ictimai monitorinqini həyata keçirən Azərbaycanın vətəndaş cəmiyyəti fəallarından ibarət “Environmental Protection First” Koalisiyası olaraq, 2026-cı ilin oktyabrında İrəvanda keçiriləcək COP17 sədrliyinə və bu tədbirdən öncə Ermənistanın təşəbbüsü ilə planlaşdırılan “Liderlər təbiət naminə” devizi altında Liderlər Sammiti iştirakçılarına müraciət edirik.

Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivə Proqramı ölkələrin biomüxtəlifliyə dair hədəflərə nail olunmasındakı irəliləyişləri və Ətraf Mühit - İqtisadi Hesabatlıq Sisteminin tətbiqini mühüm vəzifə kimi müəyyən edən mühüm beynəlxalq sənəddir. COP17 bu Proqramın icrası üzrə qlobal qiymətləndirmə baxımından vacib mərhələ olacaq. Bu səbəbdən biomüxtəlifliyin qorunması konkret addımlarla müşayiət olunmalıdır.

Ermənistanda beynəlxalq ekoloji normalara məhəl qoyulmadan aparılan dağ-mədən sənayesi fəaliyyəti Cənubi Qafqaz regionunda biomüxtəliflik, ətraf mühit, su ehtiyatları və ekosistemlər üçün ciddi ekoloji risklər daşıyır. Ötən 3 il ərzində biz dəfələrlə bu mövzuda Ermənistan hakimiyyətinə ictimai çağırışlar etmiş, problemlərin həllinə nail olmaq istəyən Ermənistanın ekoloji təşkilatları ilə həmrəylik ifadə etmişik.

Ermənistandan öz başlanğıcını götürən və Azərbaycan ərazisinə axan transsərhəd çayların bir neçəsinin yuxarı axınında, mənbəyə yaxın nöqtələrdə dağ-mədən sənayesi fəaliyyətinin davam etdirilməsi bu çayların aşağı axınında aparılan müşahidə və monitorinqlərin nəticələrinə əsasən zərərli maddələrin səviyyəsinin normadan yüksək olmasına səbəb olub.

“Environmental Protection First” Koalisiyası olaraq, mövcud ekoloji vəziyyətin şəffaf və hərtərəfli qiymətləndirilməsi məqsədilə Ermənistan ərazilərində beynəlxalq ekspertlərin iştirakı ilə birgə monitorinqlərin aparılmasını vacib hesab edirik. Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin ictimaiyyətə açıqlanması təmin olunmalıdır.

Azərbaycan BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasının tərəfidir. Bu baxımdan. transsərhəd sular üzrə birgə monitorinqlərin aparılmasını, məlumat mübadiləsini, erkən xəbərdarlıq mexanizmlərinin yaradılmasını və ictimaiyyətin məlumatlandırılmasını son dərəcədə əhəmiyyətli hesab edirik. Ermənistan Azərbaycana axan transsərhəd çayların yuxarı axınında yerləşən ölkə kimi hazırda bu Konvensiyanın da tərəfi deyil, halbuki, bu transsərhəd çaylar Kür-Araz hövzəsinin və yekunda Xəzər dənizinin biomüxtəlifliyi üçün ciddi ekoloji nəticələr yaradır.

Ermənistanın da tərəf çıxdığı Espoo Konvensiyası BMT-nin transsərhəd kontekstdə ətraf mühitə olan təsirlərin qiymətləndirilməsi ilə əlaqədar beynəlxalq sazişlərindən biridir. Bu konvensiyaya tərəf çıxan dövlətlər öz ərazilərində qonşu ölkə ilə sərhədə yaxın yerlərdə həyata keçirdikləri iqtisadi fəaliyyətlər, o cümlədən mədən sənayesi fəaliyyəti ilə bağlı mütləq şəkildə qonşu ölkənin ictimaiyyətinə və hökumətinə məlumat verməli, bu fəaliyyətlər üzrə ƏMTQ hesabatlarını hazırlayıb təqdim etməlidirlər. Bu, Ermənistanın öhdəliyidir.

Hələ 2014-cü ildə Espoo Konvensiyasının tərəfi olan ölkələrin iclasında Ermənistan Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini bərpa ediləcəyi təqdirdə, qonşu ölkələrə transsərhəd kontekstdə ƏMTQ hesabatları təqdim etməyə dair öhdəlik götürüb. Ermənistan köhnə nüvə reaktorunun dəyişdirilməsi ilə bu stansiyanın fəaliyyətini bərpa etmək barədə tərəfdaşları ilə danışıqlar aparsa da, ətraf mühitə təsir, radioaktiv çirklənmənin qarşısını alma tədbirləri haqqında ictimai hesabatlılıq nümayiş etdirməyib. Radioaktiv çirklənmə biomüxtəlifliyin qorunması üçün ən böyük təhlükələrdən biridir.

Hesab edirik ki, tarixi Vaşinqton Zirvəsindən sonra formalaşmış Azərbaycan və Ermənistan arasında sülh gündəliyi bu sahədə vətəndaş cəmiyyəti təsisatlarının da sıx əməkdaşlığı üçün imkan yaradıb. “Environmental Protection First” Koalisiyası olaraq, Azərbaycan və Ermənistan arasında sülh gündəliyini alqışlayırıq, hesab edirik ki, məhz ekoloji ədalət Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə mühüm töhfə verə bilər.

Biz BMT-nin Bioloji Müxtəliflik Haqqında Konvensiyası üzrə Tərəflərin 17-ci Konfransı (COP17) sədrliyini və Liderlər Sammiti iştirakçılarını transsərhəd çayların mühafizəsi, dağ-mədən sənayesi fəaliyyətlərinin düzgün idarə olunması, şəffaf monitorinq mexanizmlərinin yaradılması və monitorinqlərin aparılması, məlumatlara çıxışın əlçatan olması istiqamətində Ermənistanı konkret, ölçülə bilən qərarların qəbuluna sövq etməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib

17:37
19 İyun

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilib - YENİLƏNİB

17:31
19 İyun

UNICEF: Dünyada təxminən 1,1 milyard uşaq eyni vaxtda ən azı üç iqlim təhlükəsinə məruz qalır

17:29
19 İyun

Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşların müraciətlərini dinləyib

17:21
19 İyun

Almaniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

17:16
19 İyun

İran XİN: Müttəfiqlərimizi qorumaq üçün bütün tədbirləri görəcəyik

17:08
19 İyun

Yağış yağacaq, dolu düşəcək, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

17:01
19 İyun

Şavkat Mirziyoyev: Beynəlxalq investorlar Özbəkistana 120 yeni təklif və təşəbbüs təqdim ediblər

16:56
19 İyun

Respublika üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb

16:43
19 İyun

Azərbaycan ilə Türkiyə hərbi logistika sahəsində əməkdaşlığı inkişaf etdirir

16:39
19 İyun

İran dünya çempionatında səyahət məhdudiyyətləri ilə bağlı FIFA-ya şikayət edəcək

16:37
19 İyun

Çingiz Aytmatov adına İssık-Kul Beynəlxalq Forumunun 40-cı yubiley tədbirləri başlayıb  

16:36
19 İyun

Azərbaycanlı şahmatçı dünya reytinqinin lideri Maqnus Karlseni məğlub edib

16:33
19 İyun

Şəhid övladlarının “Zəfər” intellektual yay düşərgəsi təşkil edilib

16:31
19 İyun

Bakı İƏT-in antikorrupsiya gündəminin mərkəzində: Hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb  

16:28
19 İyun

Ciorcia Meloni Donald Trampın iddiasına sərt cavab verib

16:16
19 İyun

Mikayıl Cabbarov: Azərbaycanın İslam İnkişaf Bankı ilə tərəfdaşlığı yeni strateji mərhələyə yüksəlib  

16:07
19 İyun

Komitə sədri Bahar Muradova Bakı şəhərində vətəndaşlarla görüşüb  

16:01
19 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:56
19 İyun

Zelenski: Müttəfiqlər Ukraynaya 4 milyard dollarlıq yeni yardım paketi elan ediblər  

15:49
19 İyun

Ermənistanda yerləşən zavodların fəaliyyəti ekoloji təhlükə kimi dəyərləndirilib

15:47
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!